https://sputnik.az/20230923/xarici-olkelerin-herbi-attaseleri-qarabagdadirlar-458906825.html
Xarici ölkələrin hərbi attaşeləri Qarabağdadırlar
Xarici ölkələrin hərbi attaşeləri Qarabağdadırlar
Sputnik Azərbaycan
Xarici ölkələrin hərbi attaşeləri erməni separatçılarından təmizlənən döyüş məntəqəsində olublar 23.09.2023, Sputnik Azərbaycan
2023-09-23T18:59+0400
2023-09-23T18:59+0400
2023-09-23T20:22+0400
hərbi attaşelər
qarabağın dirçəlişi və reinteqrasiyası
şuşa
qarabağ
anar eyvazov
azərbaycan ordusu
https://cdnn1.img.sputnik.az/img/07e7/09/17/458907255_0:135:1440:945_1920x0_80_0_0_4752852ccad2fcbb6ce9e0877671a8cf.jpg
BAKI, 23 sentyabr - Sputnik. Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra ilk dəfə akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Şuşaya səfər ediblər.Hərbi attaşelər antiterror tədbirlərindən sonra Şuşadan Xankəndi istiqamətində Azərbaycan Ordusunun nəzarətinə keçən ərazilərə baxış keçirəcəklər.Hərbi attaşelər daha sonra Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirində tərk edilmiş erməni separatçılarından təmizlənən döyüş məntəqəsində olublar.Onlara Müdafiə Nazirliyinin rəsmiləri tərəfindən ətraflı məlumat verilib.Bildirilib ki, bu hərbi hissə son əməliyyatlar zamanı separatçılar tərəfindən tərk edilib. Müdafiə Nazirliyinin rəsmisi Anar Eyvazov deyib ki, Azərbaycan Ordusu hazırda bölgədə təhlükəsizliyin təmin edilməsi ilə məşğuldur: "Azərbaycan Ordusu dəqiq zərbələrlə yalnız legitim hərbi hədəflərə zərbə endirib. Ordumuz 24 saatdan az bir müddətdə qarşıya qoyulan tapşırıqları icra edib.Hazırda qeyri-qanuni erməni silahlı birləşmələrinin silahlarının təhvil alınması prosesi həyata keçirilir"."Eyni zamanda bölgənin minalardan təmizlənməsi prosesi həyata keçirilir", - o deyib. "Hazırda Azərbaycan Silahlı Qüvvələri Rusiya sülhməramlı kontingenti ilə qarşılıqlı fəaliyyətdə silahların təhvil alınması prosesini həyata keçirir. Artıq kifayət qədər silah sursat və texnikanın təhvil alınması prosesi həyata keçirilib", - Eyvazov bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/17/458907255_0:0:1440:1080_1920x0_80_0_0_bd0c10e480dabfb616f195ad123a8134.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
hərbi attaşelər, şuşa, qarabağ, anar eyvazov, azərbaycan ordusu
hərbi attaşelər, şuşa, qarabağ, anar eyvazov, azərbaycan ordusu
Xarici ölkələrin hərbi attaşeləri Qarabağdadırlar
18:59 23.09.2023 (Yenilənib: 20:22 23.09.2023) Xarici ölkələrin hərbi attaşeləri erməni separatçılarından təmizlənən döyüş məntəqəsində olublar
BAKI, 23 sentyabr - Sputnik. Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra ilk dəfə akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Şuşaya səfər ediblər.
Hərbi attaşelər antiterror tədbirlərindən sonra Şuşadan Xankəndi istiqamətində Azərbaycan Ordusunun nəzarətinə keçən ərazilərə baxış keçirəcəklər.
Hərbi attaşelər daha sonra Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirində tərk edilmiş erməni separatçılarından təmizlənən döyüş məntəqəsində olublar.
Onlara Müdafiə Nazirliyinin rəsmiləri tərəfindən ətraflı məlumat verilib.
Bildirilib ki, bu hərbi hissə son əməliyyatlar zamanı separatçılar tərəfindən tərk edilib.
Müdafiə Nazirliyinin rəsmisi Anar Eyvazov deyib ki, Azərbaycan Ordusu hazırda bölgədə təhlükəsizliyin təmin edilməsi ilə məşğuldur: "Azərbaycan Ordusu dəqiq zərbələrlə yalnız legitim hərbi hədəflərə zərbə endirib. Ordumuz 24 saatdan az bir müddətdə qarşıya qoyulan tapşırıqları icra edib.Hazırda qeyri-qanuni erməni silahlı birləşmələrinin silahlarının təhvil alınması prosesi həyata keçirilir".
"Eyni zamanda bölgənin minalardan təmizlənməsi prosesi həyata keçirilir", - o deyib.
"Hazırda Azərbaycan Silahlı Qüvvələri Rusiya sülhməramlı kontingenti ilə qarşılıqlı fəaliyyətdə silahların təhvil alınması prosesini həyata keçirir. Artıq kifayət qədər silah sursat və texnikanın təhvil alınması prosesi həyata keçirilib", - Eyvazov bildirib.