SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Quterreş Ermənistan-Azərbaycan sülh anlaşmasının yaxın zamanda reallaşacağına inanır

© AP Photo / K.M. ChaudaryBMT baş katibi Antoniu Quterreş
BMT baş katibi Antoniu Quterreş - Sputnik Azərbaycan, 1920, 23.09.2023
Abunə olmaq
Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində iştirak edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT baş katibi Antoniu Quterreşlə görüşüb.
BAKI, 23 sentyabr - Sputnik. "Ermənistanla Azərbaycan arasında sülh anlaşmasının yaxın zamanda reallaşacağına inanıram".
"Report" xəbər verir ki, bunu BMT baş katibi Antoniu Quterreş Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib.
Görüşdə baş katib regionda mövcud vəziyyət barəsində nazir tərəfindən məlumatlandırılıb.
Tərəflər, həmçinin BMT və Azərbaycan münasibətlərinin müxtəlif istiqamətlərini, regional məsələləri müzakirə ediblər.
Qeyd edək ki, görüş artıq başa çatıb.
Xəbər lenti
0