https://sputnik.az/20230923/prezident-ermenistanla-azerbaycan-arasinda-sulh-muqavilesi-ucun-yaxsi-imkanlar-yaranib-458908284.html
Prezident: Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üçün yaxşı imkanlar yaranıb
Prezident: Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üçün yaxşı imkanlar yaranıb
Sputnik Azərbaycan
Dövlətimizin başçısı, həmçinin yerlərdə artıq silah və sursatın yığılması prosesinə başlanıldığını, orada çox böyük həcmdə silah-sursat anbarlarının müəyyən... 23.09.2023, Sputnik Azərbaycan
2023-09-23T19:05+0400
2023-09-23T19:05+0400
2023-09-23T20:22+0400
azərbaycan xəbərləri
prezident ilham əliyev
toivo klaar
görüş
qəbul
https://cdnn1.img.sputnik.az/img/07e7/09/17/458905386_0:43:923:562_1920x0_80_0_0_b5f49dc28c81109458e324cb1161cbb7.jpg
BAKI, 23 sentyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.Görüşdə regional məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.Toivo Klaar dövlətimizin başçısının Azərbaycan xalqına 20 sentyabr tarixli müraciəti, həmin müraciətdə Qarabağın erməni əhalisinin reinteqrasiyası ilə əlaqədar səsləndirdiyi fikirləri və Yevlaxda Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə keçirilmiş görüşü müsbət qiymətləndirdiyini bildirib.Dövlətimizin başçısı öz növbəsində Azərbaycan xalqına 20 sentyabr tarixli müraciətində Qarabağın erməni əhalisinin reinteqrasiyası ilə bağlı söylədiyi fikirlərə toxunub, onların bütün hüquqlarının - təhsil, mədəniyyət, din, bələdiyyə, seçki və digər hüquqlarının təmin olunacağını bildirib.Prezident İlham Əliyev Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə İşçi qrupun yaradıldığını, bu İşçi qrupun əsas funksiyalarının Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli olduğunu, Yevlaxda keçirilmiş görüşdə reinteqrasiya məsələləri üzrə Azərbaycanın planlarının təqdim edildiyini diqqətə çatdırıb.Dövlətimizin başçısı, həmçinin yerlərdə artıq silah və sursatın yığılması prosesinə başlanıldığını, orada çox böyük həcmdə silah-sursat anbarlarının müəyyən edildiyini bildirib.Prezident İlham Əliyev hazırda Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üçün regionda daha yaxşı imkanların yarandığını qeyd edib.Görüşdə, eyni zamanda, dövlətimizin həyata keçirdiyi humanitar layihələr haqqında məlumat verildi, Beynəlxalq Qırmızı Xaç Komitəsinin təqdim etdiyi sorğulara Azərbaycan tərəfindən müsbət cavab verildiyi və dəstək göstərildiyi vurğulandı.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/17/458905386_147:0:923:582_1920x0_80_0_0_0c1a93b82b75490f33c2ab88089fa650.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, toivo klaar, görüş, qəbul
prezident ilham əliyev, toivo klaar, görüş, qəbul
Prezident: Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üçün yaxşı imkanlar yaranıb
19:05 23.09.2023 (Yenilənib: 20:22 23.09.2023) Dövlətimizin başçısı, həmçinin yerlərdə artıq silah və sursatın yığılması prosesinə başlanıldığını, orada çox böyük həcmdə silah-sursat anbarlarının müəyyən edildiyini bildirib.
BAKI, 23 sentyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
Görüşdə regional məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Toivo Klaar dövlətimizin başçısının Azərbaycan xalqına 20 sentyabr tarixli müraciəti, həmin müraciətdə Qarabağın erməni əhalisinin reinteqrasiyası ilə əlaqədar səsləndirdiyi fikirləri və Yevlaxda Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə keçirilmiş görüşü müsbət qiymətləndirdiyini bildirib.
Dövlətimizin başçısı öz növbəsində Azərbaycan xalqına 20 sentyabr tarixli müraciətində Qarabağın erməni əhalisinin reinteqrasiyası ilə bağlı söylədiyi fikirlərə toxunub, onların bütün hüquqlarının - təhsil, mədəniyyət, din, bələdiyyə, seçki və digər hüquqlarının təmin olunacağını bildirib.
Prezident İlham Əliyev Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə İşçi qrupun yaradıldığını, bu İşçi qrupun əsas funksiyalarının Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli olduğunu, Yevlaxda keçirilmiş görüşdə reinteqrasiya məsələləri üzrə Azərbaycanın planlarının təqdim edildiyini diqqətə çatdırıb.
Dövlətimizin başçısı, həmçinin yerlərdə artıq silah və sursatın yığılması prosesinə başlanıldığını, orada çox böyük həcmdə silah-sursat anbarlarının müəyyən edildiyini bildirib.
Prezident İlham Əliyev hazırda Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üçün regionda daha yaxşı imkanların yarandığını qeyd edib.
Görüşdə, eyni zamanda, dövlətimizin həyata keçirdiyi humanitar layihələr haqqında məlumat verildi, Beynəlxalq Qırmızı Xaç Komitəsinin təqdim etdiyi sorğulara Azərbaycan tərəfindən müsbət cavab verildiyi və dəstək göstərildiyi vurğulandı.