CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Naxçıvan DİN uşaq oğurluğu halları ilə bağlı məlumatlara münasibət bildirib

© Sputnik / Murad OrujovAzərbaycan polisi
Azərbaycan polisi - Sputnik Azərbaycan, 1920, 23.09.2023
Abunə olmaq
Xatırladaq ki, "WhatsApp" proqramı vasitəsilə sakinlərə Naxçıvanda uşaq oğrularının olduğu barədə mesajlar göndərilib.
BAKI, 23 sentyabr - Sputnik. Naxçıvan Daxili İşlər Nazirliyi muxtar respublikada uşaq oğurluğu hallarının olması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatları təkzib edib.
"Report"un sorğusuna cavab olaraq, qurumdan bildirilib ki, bununla bağlı məlumatlar həqiqəti əks etdirmir.
"Naxçıvan Muxtar Respublikasında uşaq oğrularının dolaşması barədə "WhatsApp" hesabları vasitəsilə insanlara göndərilən xəbərlər tamamilə dezinformasiyadır", - nazirlikdən qeyd olunub.
Xatırladaq ki, "WhatsApp" proqramı vasitəsilə sakinlərə Naxçıvanda uşaq oğrularının olduğu barədə mesajlar göndərilib. İddiaya görə, naməlum şəxslər Qaraxanbəyli məktəbinin qarşısında 5-ci sinif şagirdini oğurlamağa cəhd ediblər. Həmin mesajlarda bir qadının evləri dolaşaraq uşaqların sayını dəqiqləşdirdiyi bildirilir.
Xəbər lenti
0