Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Elm və Təhsil Nazirliyinə tabe olan qurumların işçilərinin say həddi təsdiqlənib

© AR Ministry of EducationTəhsil Nazirliyi
Təhsil Nazirliyi - Sputnik Azərbaycan, 1920, 23.09.2023
Abunə olmaq
Baş nazir Əli Əsədov Elm və Təhsil Nazirliyinin Aparatının və strukturuna daxil olan qurumların işçilərinin ümumi say həddi ilə bağlı qərar imzalayıb.
BAKI, 23 sentyabr - Sputnik. Elm və Təhsil Nazirliyinin Aparatının və strukturuna daxil olan qurumların işçilərinin ümumi say həddi təsdiqlənib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Elm və Təhsil Nazirliyinin Aparatının işçilərinin say həddi 180 ştat vahidi, nazirlik yanında Elm və Ali Təhsil 2 üzrə Dövlət Agentliyinin işçilərinin say həddi 43 ştat vahidi, Peşə Təhsili üzrə Dövlət Agentliyinin işçilərinin say həddi 43 ştat vahidi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin işçilərinin say həddi 882 ştat vahidi təsdiq edilib.
Xəbər lenti
0