DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Corcio Napolitano ilə vida mərasimi sentyabrın 26-da keçiriləcək

© AP Photo / Thierry CharlierCorcio Napolitano
Corcio Napolitano - Sputnik Azərbaycan, 1920, 23.09.2023
Abunə olmaq
Corcio Napolitano İtaliya tarixində iki dəfə prezident seçilən yeganə dövlət başçısıdır.
BAKI, 23 sentyabr - Sputnik. İtaliyanın sabiq Prezidenti Corcio Napolitano ilə vida mərasimi sentyabrın 26-da keçiriləcək.
AZƏRTAC xəbər verir ki, dövlət səviyyəsində təşkil olunan vida mərasimi Deputatlar Palatasında baş tutacaq. Həmin gün İtaliyada milli matəm elan edilib.
İtaliya Prezidenti Sercio Mattarella və Senatın sədri İqnazio Benito Maria La Russa sentyabrın 24-də Corcio Napolitano üçün Senatda qurulacaq cənazə otağının açılışında iştirak edəcəklər. Cənazə otağı bazar günü saat 11:00-dan 19:00-dək, sentyabrın 25-də isə 10:00-dan 16:00-dək hər kəs üçün açıq olacaq.
Xatırladaq ki, İtaliyanın 11-ci Prezidenti Corcio Napolitano sentyabrın 22-də 98 yaşında vəfat edib. Sabiq Prezident uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi və Romadakı “Salvator Mundi” klinikasında müalicə olunurdu.
Corcio Napolitano İtaliya tarixində iki dəfə prezident seçilən yeganə dövlət başçısıdır. O, ilk dəfə 2006-cı ildə, ikinci dəfə isə 2013-cü ildə prezident seçilib və 7 illik səlahiyyət müddətini başa vurmadan 2015-ci il yanvarın 14-də istefa verib. Corcio Napolitano İtaliyanın fəxri Prezidenti, 2015-ci ildən isə ömürlük senator idi.
Xəbər lenti
0