https://sputnik.az/20230923/bu-gun-beynelxalq-jest-dilleri-gunudur-458860783.html
Bu gün Beynəlxalq Jest Dilləri Günüdür
Bu gün Beynəlxalq Jest Dilləri Günüdür
Sputnik Azərbaycan
1951-ci ildə yaradılmış Ümumdünya Lal-Karlar Federasiyası olub. Təşkilatın məlumatına görə, dünyada 70 milyondan yuxarı eşitmə qabiliyyətini itirmiş kar... 23.09.2023, Sputnik Azərbaycan
2023-09-23T08:39+0400
2023-09-23T08:39+0400
2023-09-23T08:39+0400
jest
cəmiyyət
dil
lal
eşitmə qabiliyyəti
https://cdnn1.img.sputnik.az/img/07e7/09/16/458860409_0:0:2400:1350_1920x0_80_0_0_d527cf16e495efca79202b75b9d8c794.jpg
BAKI, 23 sentyabr — Sputnik. 23 sentyabr Beynəlxalq Jest Dilləri Günüdür (International Day of Sign Languages). Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 2017-ci ilin dekabrında təsis etdiyi bu tarix lal-kar və eşitmə imkanları məhdud insanların həyatına diqqəti yönəltmək, onların problemlərinin həllinə dəstək olmaq məqsədi daşıyır. Eyni zamanda, həssas təbəqənin cəmiyyət üçün əhəmiyyətli insanlar olmasını vurğulamaq üçün keçirilir. 72/161 nömrəli qətnamənin təşəbbüskarı isə 1951-ci ildə yaradılmış Ümumdünya Lal-Karlar Federasiyası olub. Təşkilatın məlumatına görə, dünyada 70 milyondan yuxarı eşitmə qabiliyyətini itirmiş kar insanlar yaşayır ki, onların əsas ünsiyyət vasitəsi məhz jestlərdir. Təşkilat həmçinin dünyada 300-ə yaxın jest dilinin və beynəlxalq jest dilinin mövcud olduğunu da qeyd edir. Dünya ictimaiyyəti jest dillərini təbii dillər sırasında qəbul edir. Əlamətdar tarixi təsis edərkən BMT eşitmə imkanları məhdud insanların hüquq və azadlıqlarının həyata keçirilməsində jest dillərinin rolunu vurğulamağı və buna diqqəti cəlb etməyi hədəfə alıb. Bu, həm də cəmiyyətin davamlı inkişaf proqramının insanların hüquq və azadlıqlarının, o cümlədən dil və mədəni müxtəlifliklərinin qorunması ilə bağlı prinsiplərinə nail olunmasında mühüm addımlardır. Tarixin seçilməsi isə Ümumdünya Lal-Karlar Federasiyasının təsis günü ilə bağlıdır. Bu həmçinin 1958-ci ildən sentyabrın sonuncu tam həftəsi qeyd edilən Ümumdünya karlar həftəsi ilə üst-üstə düşür. Lal-karlar üçün ilk məktəbin əsasını 1760-cı ildə Parisdə rahib de Lepe qoyub. O, mimikalarda danışıq üsulunun banisi, jest dilinin böyük tərəfdarı olub. Lal-karların qapalı və ünsiyyətsiz olduqları barədə deyilənlər həqiqətə uyğun deyil. Halbuki lal-kar olmasına baxmayaraq, dünyada məşhur olan onlarca insanın adını sadalamaq mümkündür. Məsələn, İntibah dövrünün şairi Pyer de Ronsarı "fransız şairlərinin şahzadəsi" adlandırırdılar, o həm də gözəl qılınc oynadan və rəqqasidi. Məşhur "Pis eşitməklə sarayda heç nəyə nail ola bilməzsən" frazası ona məxsusdur. Tarixdə başqa məşhurlarında adı var. Fransız yazıçısı Viktor Hüqo, bəstəkar Lüdviq van Bethoven, italyan rəssamı Antonio Stanoli, fransız heykəltəraşı Klod-Andre Desen, fransız filosofu və yazıçısı Jan Jak Russo və başqalarının adlarını çəkmək olar. Beynəlxalq Lal-Karlar Federasiyası eşitmə pozğunluğundan əziyyət çəkən insanların problemlərinə siyasətçi, hakimiyyət nümayəndələri, kütləvi-informasiya vasitələri işçiləri və ictimaiyyətin diqqətini yönəltmək üçün müxtəlif tədbirlər keçirməyə çağırır. Azərbaycanda da kifayət qədər eşitmə qüsurlu insanlar var. Dövlət tərəfindən lal-kar uşaqların cəmiyyətə inteqrasiyası üçün müəyyənişlər görülür. Ölkəmizdə belə məktəb ilk dəfə 1932-ci ildə Bakıda fəaliyyətə başlayıb. 1969-cu ildə respublikamızda ikinci məktəb açılıb. Məktəblərdən biri 1 nömrəli, digəri isə 3 nömrəli respublika xüsusi internat məktəbi adlandırılıb. 2012-ci ildə Nazirlər Kabinetinin qərarı ilə 1 və 3 nömrəli məktəblər birləşdirilib və onların bazasında 3 nömrəli Respublika xüsusi internat məktəbi yaradılıb. İnternat məktəbində "Bacarıqlı əllər", dama, futbol, rəsm dərnəyi fəaliyyət göstərir. Bununla yanaşı, məktəbin şagirdlərindən ibarət rəqs qrupu da var. Defektoloq ixtisası üzrə müəllimlərə ehtiyac yarandığından 1990-cı ildə N.Tusi adına ADPU-da defektologiya fakültəsi açılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/16/458860409_267:0:2400:1600_1920x0_80_0_0_7bc1d27a2ab56bb05f70e0ad241ed783.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
jest, dil, lal, eşitmə qabiliyyəti
jest, dil, lal, eşitmə qabiliyyəti
Bu gün Beynəlxalq Jest Dilləri Günüdür
1951-ci ildə yaradılmış Ümumdünya Lal-Karlar Federasiyası olub. Təşkilatın məlumatına görə, dünyada 70 milyondan yuxarı eşitmə qabiliyyətini itirmiş kar insanlar yaşayır ki, onların əsas ünsiyyət vasitəsi məhz jestlərdir.
BAKI, 23 sentyabr — Sputnik. 23 sentyabr Beynəlxalq Jest Dilləri Günüdür (International Day of Sign Languages). Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 2017-ci ilin dekabrında təsis etdiyi bu tarix lal-kar və eşitmə imkanları məhdud insanların həyatına diqqəti yönəltmək, onların problemlərinin həllinə dəstək olmaq məqsədi daşıyır. Eyni zamanda, həssas təbəqənin cəmiyyət üçün əhəmiyyətli insanlar olmasını vurğulamaq üçün keçirilir.
72/161 nömrəli qətnamənin təşəbbüskarı isə 1951-ci ildə yaradılmış Ümumdünya Lal-Karlar Federasiyası olub. Təşkilatın məlumatına görə, dünyada 70 milyondan yuxarı eşitmə qabiliyyətini itirmiş kar insanlar yaşayır ki, onların əsas ünsiyyət vasitəsi məhz jestlərdir. Təşkilat həmçinin dünyada 300-ə yaxın jest dilinin və beynəlxalq jest dilinin mövcud olduğunu da qeyd edir. Dünya ictimaiyyəti jest dillərini təbii dillər sırasında qəbul edir.
Əlamətdar tarixi təsis edərkən BMT eşitmə imkanları məhdud insanların hüquq və azadlıqlarının həyata keçirilməsində jest dillərinin rolunu vurğulamağı və buna diqqəti cəlb etməyi hədəfə alıb. Bu, həm də cəmiyyətin davamlı inkişaf proqramının insanların hüquq və azadlıqlarının, o cümlədən dil və mədəni müxtəlifliklərinin qorunması ilə bağlı prinsiplərinə nail olunmasında mühüm addımlardır.
Tarixin seçilməsi isə Ümumdünya Lal-Karlar Federasiyasının təsis günü ilə bağlıdır. Bu həmçinin 1958-ci ildən sentyabrın sonuncu tam həftəsi qeyd edilən Ümumdünya karlar həftəsi ilə üst-üstə düşür.
Lal-karlar üçün ilk məktəbin əsasını 1760-cı ildə Parisdə rahib de Lepe qoyub. O, mimikalarda danışıq üsulunun banisi, jest dilinin böyük tərəfdarı olub. Lal-karların qapalı və ünsiyyətsiz olduqları barədə deyilənlər həqiqətə uyğun deyil. Halbuki lal-kar olmasına baxmayaraq, dünyada məşhur olan onlarca insanın adını sadalamaq mümkündür.
Məsələn, İntibah dövrünün şairi Pyer de Ronsarı "fransız şairlərinin şahzadəsi" adlandırırdılar, o həm də gözəl qılınc oynadan və rəqqasidi. Məşhur "Pis eşitməklə sarayda heç nəyə nail ola bilməzsən" frazası ona məxsusdur.
Tarixdə başqa məşhurlarında adı var. Fransız yazıçısı Viktor Hüqo, bəstəkar Lüdviq van Bethoven, italyan rəssamı Antonio Stanoli, fransız heykəltəraşı Klod-Andre Desen, fransız filosofu və yazıçısı Jan Jak Russo və başqalarının adlarını çəkmək olar.
Beynəlxalq Lal-Karlar Federasiyası eşitmə pozğunluğundan əziyyət çəkən insanların problemlərinə siyasətçi, hakimiyyət nümayəndələri, kütləvi-informasiya vasitələri işçiləri və ictimaiyyətin diqqətini yönəltmək üçün müxtəlif tədbirlər keçirməyə çağırır.
Azərbaycanda da kifayət qədər eşitmə qüsurlu insanlar var. Dövlət tərəfindən lal-kar uşaqların cəmiyyətə inteqrasiyası üçün müəyyənişlər görülür.
Ölkəmizdə belə məktəb ilk dəfə 1932-ci ildə Bakıda fəaliyyətə başlayıb. 1969-cu ildə respublikamızda ikinci məktəb açılıb. Məktəblərdən biri 1 nömrəli, digəri isə 3 nömrəli respublika xüsusi internat məktəbi adlandırılıb. 2012-ci ildə Nazirlər Kabinetinin qərarı ilə 1 və 3 nömrəli məktəblər birləşdirilib və onların bazasında 3 nömrəli Respublika xüsusi internat məktəbi yaradılıb. İnternat məktəbində "Bacarıqlı əllər", dama, futbol, rəsm dərnəyi fəaliyyət göstərir. Bununla yanaşı, məktəbin şagirdlərindən ibarət rəqs qrupu da var.
Defektoloq ixtisası üzrə müəllimlərə ehtiyac yarandığından 1990-cı ildə N.Tusi adına ADPU-da defektologiya fakültəsi açılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.