https://sputnik.az/20230922/turkiyenin-bir-seheri-ve-bes-mescidi-dunya-xezineleri-siyahisina-daxil-edilib-458867643.html
Türkiyənin bir şəhəri və beş məscidi “dünya xəzinələri” siyahısına daxil edilib
Türkiyənin bir şəhəri və beş məscidi “dünya xəzinələri” siyahısına daxil edilib
Sputnik Azərbaycan
YUNESKO-nun Dünya İrs Siyahısına 50-dən çox yeni obyekt, o cümlədən Türkiyədənin iki tarixi yeri daxil edilib. 22.09.2023, Sputnik Azərbaycan
2023-09-22T23:51+0400
2023-09-22T23:51+0400
2023-09-22T23:51+0400
türkiyə
mədəniyyət
muzey
unesco
irs
https://cdnn1.img.sputnik.az/img/07e5/09/17/427993254_0:108:2997:1794_1920x0_80_0_0_0649917bb5cd869b9d0a0d26c0c169ed.jpg.webp
BAKI, 22 sentyabr — Sputnik. Bu il mədəni irs sahəsində beynəlxalq ekspertlər iki obyekti YUNESKO-nun siyahısına daxil edilən Azərbaycanla yanaşı, Türkiyəyə qarşı da səxavətli olublar. Qədim Qordion şəhəri və Anadolunun orta əsr taxta məscidləri “dünya xəzinələri” statusunu alıblar. Xatırladaq ki, BMT-nin Dünya Dəyərlərinin Qorunması Komitəsi ildə bir dəfə toplanır və ölkələr tərəfindən təqdim olunan namizədlərin siyahısını təsdiqləyir. Bunlar qorunub saxlanılmasını, qorunmasını və populyarlaşmasını tələb edən məşhur tarixi, mədəni və təbii yerlərdir. Bu gün YUNESKO-nun Ümumdünya İrs Siyahısında 1157 obyekt var ki, onlardan 900-ü mədəni, 218-i təbii və 39-u qarışıqdır. Onlar 167 ölkədə yerləşirlər. Bu il Ümumdünya İrs Komitəsinin Səudiyyə Ərəbistanında keçirilən 45-ci sessiyası zamanı Azərbaycanın iki ərazisi də daxil olmaqla 50-dən çox unikal yer dünya xəzinəsinə daxil edilib: köçəri marşrutu ilə Xınalıq qəsəbəsi və Xəzər dənizinin sahili boyu uzanan məşhur Hirkan meşəsi - onun tarixi 25-50 milyon il əvvələ gedib çıxır. Amma Türkiyənin bəxti Azərbaycandan heç də az gətirməyib. Bu ölkənin də iki unikal obyekti siyahıya daxil edib. YUNESKO-nun rəsmi internet saytında qədim Qordion şəhəri Dəmir dövründə tikilmiş Friqiyanın qədim paytaxtının qalıqları da daxil olmaqla, çox qatlı qədim yaşayış məskəni kimi təsvir edilib. Arxeoloji qazıntılar və tədqiqatlar Friqiya mədəniyyətinə və iqtisadiyyatına işıq salan tikinti üsullarını, məkan quruluşlarını, müdafiə tikililərini və dəfn üsullarını sənədləşdirən çoxsaylı qalıqlar aşkar edib. Qordion Polatlı bölgəsində, Ankaradan 90 km məsafədə yerləşir. O, eramızdan əvvəl 2500-cü ilə aiddir və ilk Friqiya kralı Qordiusun adını daşıyır. Tapıntıların və dəfnlərin təbiətinə görə Qordion kurqanları qədim skif kurqanlarına yaxındır. Tapıntılar əsasən eramızdan əvvəl VIII-V əsrlərə aiddir. Arxeoloji qazıntılar zamanı burada bir neçə qəbir aşkar edilib. Tapılan hər şey Qordion Muzeyinə köçürülüb. 1957-ci ildə ən böyük kurqanda məzar tapan amerikalı arxeoloqlar onun əfsanəvi Friqiya kralı Midasa aid olduğunu müəyyən ediblər. Qəbir qarət olunmayıb, arxeoloqlar oradan hazırda Ankaradakı Anadolu Sivilizasiyaları Muzeyində nümayiş etdirilən minlərlə əşya çıxarıblar. Hazırda Midasın məqbərəsinin hündürlüyü 50 metr, diametri isə 300 metrdir. Əvvəllər, şübhəsiz ki, o, daha yüksək - təxminən 60-70 metr olub. Dünya İrsi statusunu alan ikinci yer 13-cü əsrin sonu və 14-cü əsrin ortaları arasında tikilmiş orta əsrlər Anadolusunun beş taxta hipostil məscidi olub. Taxta sütunlu məscidlərin erkən nümunələrini əks etdirən bu tikililər Türkiyənin müxtəlif şəhərlərində yerləşməsinə baxmayaraq, ortaq xüsusiyyətlərə malikdir. Məscidlərin quruluşu hörgülü xarici görünüşü ilə içəridə bir neçə sıra taxta sütunları ("hipostil") birləşdirir ki, bu da düz taxta tavanı və damı dəstəkləyir. Bu məscidlər mürəkkəb ağac oymaları və əl işləri ilə tanınır. Onu da əlavə etmək lazımdır ki, hər hansı bir obyektin YUNESKO siyahısına daxil edilməsi üçün namizədlik prosesi illərlə uzana bilər. Obyekt Ümumdünya İrsi statusuna layiq görüldükdən sonra, onun yerləşdiyi ölkə və ya millət bu obyektin qorunmasına kömək etmək üçün maliyyə yardımı, eləcə də ekspert məsləhəti ala bilər. Bu gün YUNESKO-nun siyahısında Türkiyənin 21 mədəni dəyəri var. Azərbaycan hazırda, hələ ki, beş belə obyektlə öyünə bilər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/17/427993254_237:0:2968:2048_1920x0_80_0_0_e6c97ceb6fe46df8f90d32861e54a410.jpg.webpSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, muzey, unesco, irs
türkiyə, muzey, unesco, irs
Türkiyənin bir şəhəri və beş məscidi “dünya xəzinələri” siyahısına daxil edilib
YUNESKO-nun Dünya İrs Siyahısına 50-dən çox yeni obyekt, o cümlədən Türkiyədənin iki tarixi yeri daxil edilib.
BAKI, 22 sentyabr — Sputnik. Bu il mədəni irs sahəsində beynəlxalq ekspertlər iki obyekti YUNESKO-nun siyahısına daxil edilən Azərbaycanla yanaşı, Türkiyəyə qarşı da səxavətli olublar. Qədim Qordion şəhəri və Anadolunun orta əsr taxta məscidləri “dünya xəzinələri” statusunu alıblar.
Xatırladaq ki, BMT-nin Dünya Dəyərlərinin Qorunması Komitəsi ildə bir dəfə toplanır və ölkələr tərəfindən təqdim olunan namizədlərin siyahısını təsdiqləyir. Bunlar qorunub saxlanılmasını, qorunmasını və populyarlaşmasını tələb edən məşhur tarixi, mədəni və təbii yerlərdir. Bu gün YUNESKO-nun Ümumdünya İrs Siyahısında 1157 obyekt var ki, onlardan 900-ü mədəni, 218-i təbii və 39-u qarışıqdır. Onlar 167 ölkədə yerləşirlər.
Bu il Ümumdünya İrs Komitəsinin Səudiyyə Ərəbistanında keçirilən 45-ci sessiyası zamanı Azərbaycanın iki ərazisi də daxil olmaqla 50-dən çox unikal yer dünya xəzinəsinə daxil edilib: köçəri marşrutu ilə Xınalıq qəsəbəsi və Xəzər dənizinin sahili boyu uzanan məşhur Hirkan meşəsi - onun tarixi 25-50 milyon il əvvələ gedib çıxır. Amma Türkiyənin bəxti Azərbaycandan heç də az gətirməyib. Bu ölkənin də iki unikal obyekti siyahıya daxil edib.
YUNESKO-nun rəsmi internet saytında qədim Qordion şəhəri Dəmir dövründə tikilmiş Friqiyanın qədim paytaxtının qalıqları da daxil olmaqla, çox qatlı qədim yaşayış məskəni kimi təsvir edilib. Arxeoloji qazıntılar və tədqiqatlar Friqiya mədəniyyətinə və iqtisadiyyatına işıq salan tikinti üsullarını, məkan quruluşlarını, müdafiə tikililərini və dəfn üsullarını sənədləşdirən çoxsaylı qalıqlar aşkar edib.
Qordion Polatlı bölgəsində, Ankaradan 90 km məsafədə yerləşir. O, eramızdan əvvəl 2500-cü ilə aiddir və ilk Friqiya kralı Qordiusun adını daşıyır. Tapıntıların və dəfnlərin təbiətinə görə Qordion kurqanları qədim skif kurqanlarına yaxındır. Tapıntılar əsasən eramızdan əvvəl VIII-V əsrlərə aiddir. Arxeoloji qazıntılar zamanı burada bir neçə qəbir aşkar edilib. Tapılan hər şey Qordion Muzeyinə köçürülüb.
1957-ci ildə ən böyük kurqanda məzar tapan amerikalı arxeoloqlar onun əfsanəvi Friqiya kralı Midasa aid olduğunu müəyyən ediblər. Qəbir qarət olunmayıb, arxeoloqlar oradan hazırda Ankaradakı Anadolu Sivilizasiyaları Muzeyində nümayiş etdirilən minlərlə əşya çıxarıblar. Hazırda Midasın məqbərəsinin hündürlüyü 50 metr, diametri isə 300 metrdir. Əvvəllər, şübhəsiz ki, o, daha yüksək - təxminən 60-70 metr olub.
Dünya İrsi statusunu alan ikinci yer 13-cü əsrin sonu və 14-cü əsrin ortaları arasında tikilmiş orta əsrlər Anadolusunun beş taxta hipostil məscidi olub. Taxta sütunlu məscidlərin erkən nümunələrini əks etdirən bu tikililər Türkiyənin müxtəlif şəhərlərində yerləşməsinə baxmayaraq, ortaq xüsusiyyətlərə malikdir. Məscidlərin quruluşu hörgülü xarici görünüşü ilə içəridə bir neçə sıra taxta sütunları ("hipostil") birləşdirir ki, bu da düz taxta tavanı və damı dəstəkləyir. Bu məscidlər mürəkkəb ağac oymaları və əl işləri ilə tanınır.
Onu da əlavə etmək lazımdır ki, hər hansı bir obyektin YUNESKO siyahısına daxil edilməsi üçün namizədlik prosesi illərlə uzana bilər. Obyekt Ümumdünya İrsi statusuna layiq görüldükdən sonra, onun yerləşdiyi ölkə və ya millət bu obyektin qorunmasına kömək etmək üçün maliyyə yardımı, eləcə də ekspert məsləhəti ala bilər.
Bu gün YUNESKO-nun siyahısında Türkiyənin 21 mədəni dəyəri var. Azərbaycan hazırda, hələ ki, beş belə obyektlə öyünə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.