https://sputnik.az/20230922/turkiye-bmt-ts-de-azerbaycanin-apardigi-antiterror-emeliyyatlarina-haqq-qazandirdi-458843454.html
Türkiyə BMT TŞ-də Azərbaycanın apardığı antiterror əməliyyatlarına haqq qazandırıb
Türkiyə BMT TŞ-də Azərbaycanın apardığı antiterror əməliyyatlarına haqq qazandırıb
Sputnik Azərbaycan
BMT-də ermənipərəst dövlətlər Azərbaycanın əleyhinə çıxış ediblər
2023-09-22T08:22+0400
2023-09-22T08:22+0400
2023-09-22T08:27+0400
qarabağın dirçəlişi və reinteqrasiyası
bmt
bmt tş
türkiyə
ceyhun bayramov
xarici işlər naziri ceyhun bayramov
qarabağ
antiterror əməliyyatı
antiterror
https://cdnn1.img.sputnik.az/img/07e6/09/18/446664583_0:161:3071:1888_1920x0_80_0_0_c27b4e9da38eebd10d1e2aa8fce5bda6.jpg
BAKI, 22 sentyabr - Sputnik. “Ermənistanın son 3 ildəki fəaliyyətindən sonra Azərbaycanın öz təhlükəsizliyini və sabitliyini təmin etmək üçün Qarabağdakı qanunsuz silahlı qüvvələrə qarşı antiterror tədbirləri keçirməkdən başqa yolu qalmamışdı. Bu, Azərbaycanın suveren hüquqları və vətəndaşlarının təhlükəsizliyi üçün atmalı olduğu addım idi”.Bunu BMT Təhlükəsizlik Şurasının iclası zamanı Türkiyənin BMT-dəki nümayəndəsi Burak Akçapar deyib.Türkiyənin Azərbaycan rəsmiləri ilə Qarabağ erməni əhalisinin nümayəndələri arasında aparılan danışıqları alqışladığını deyən diplomat danışıqların məhsuldar davam edəcəyinə ümid etdiyini qeyd edib:“Biz Ermənistandan verdiyi vədlərə əməl edəcəyini, xüsusən də Zəngəzur dəhlizinin açılmasını gözləyirik. Ermənistan və digər əlaqədar tərəfləri fürsəti əldən verməməyə çağırırıq. Türkiyə iki ölkə arasında sülh prosesini əvvəldən dəstəkləyir və buna görə də Ermənistanla normallaşma prosesinə başlayıb”.BMT TŞ-nin iclasında nə baş verib? Xatırladaq ki, ötən gecə BMT Təhlükəsizlik Şurasında Qarabağa həsr olunmuş iclası keçirilib. İclasda bir neçə ölkə, xüsusən də Fransa, Almaniya, Malta və Afrikanın bir neçə ölkəsi əsassız ittihamlar səsləndiriblər.Birləşmiş Ərəb Əmirlikləri, Çin və Rusiya neytral mövqedən çıxış etsə də, Türkiyə hər zaman olduğu kimi, Azərbaycanın haqlı mövqeyini dəstəkləyib.Daha sonra Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çıxış edib. Azərbaycanlı nazir rəsmi Bakının həyata keçirdiyi antiterror tədbirlərinin əsl mahiyyətini açıqlayıb.İclas heç bir sənəd qəbul olunmadan başa çatıb.
https://sputnik.az/20230922/ceyhun-bayramov-baki-bmt-ba-cercivesinde-revanla-danisiqlar-aparmagi-planlasdirmir-458796223.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/18/446664583_170:0:2901:2048_1920x0_80_0_0_c1d4fae9912010a5795207b69b696e32.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bmt tş qarabağ ermənipərəst
bmt tş qarabağ ermənipərəst
Türkiyə BMT TŞ-də Azərbaycanın apardığı antiterror əməliyyatlarına haqq qazandırıb
08:22 22.09.2023 (Yenilənib: 08:27 22.09.2023) Türkiyənin BMT-dəki nümayəndəsi Burak Akçapar deyib ki, Azərbaycanın öz təhlükəsizliyini və sabitliyini təmin etmək üçün Qarabağdakı qanunsuz silahlı qüvvələrə qarşı antiterror tədbirləri keçirməkdən başqa yolu qalmamışdı.
BAKI, 22 sentyabr - Sputnik. “Ermənistanın son 3 ildəki fəaliyyətindən sonra Azərbaycanın öz təhlükəsizliyini və sabitliyini təmin etmək üçün Qarabağdakı qanunsuz silahlı qüvvələrə qarşı antiterror tədbirləri keçirməkdən başqa yolu qalmamışdı. Bu, Azərbaycanın suveren hüquqları və vətəndaşlarının təhlükəsizliyi üçün atmalı olduğu addım idi”.
Bunu BMT Təhlükəsizlik Şurasının iclası zamanı Türkiyənin BMT-dəki nümayəndəsi Burak Akçapar deyib.
Türkiyənin Azərbaycan rəsmiləri ilə Qarabağ erməni əhalisinin nümayəndələri arasında aparılan danışıqları alqışladığını deyən diplomat danışıqların məhsuldar davam edəcəyinə ümid etdiyini qeyd edib:
“Biz Ermənistandan verdiyi vədlərə əməl edəcəyini, xüsusən də Zəngəzur dəhlizinin açılmasını gözləyirik. Ermənistan və digər əlaqədar tərəfləri fürsəti əldən verməməyə çağırırıq. Türkiyə iki ölkə arasında sülh prosesini əvvəldən dəstəkləyir və buna görə də Ermənistanla normallaşma prosesinə başlayıb”.
BMT TŞ-nin iclasında nə baş verib?
Xatırladaq ki, ötən gecə BMT Təhlükəsizlik Şurasında Qarabağa həsr olunmuş iclası keçirilib.
İclasda bir neçə ölkə, xüsusən də Fransa, Almaniya, Malta və Afrikanın bir neçə ölkəsi əsassız ittihamlar səsləndiriblər.
Birləşmiş Ərəb Əmirlikləri, Çin və Rusiya neytral mövqedən çıxış etsə də, Türkiyə hər zaman olduğu kimi, Azərbaycanın haqlı mövqeyini dəstəkləyib.
Daha sonra Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çıxış edib. Azərbaycanlı nazir rəsmi Bakının həyata keçirdiyi antiterror tədbirlərinin əsl mahiyyətini açıqlayıb.
İclas heç bir sənəd qəbul olunmadan başa çatıb.