https://sputnik.az/20230922/separatcilarin-tehvil-verdiyi-texnikalarin-taleyi-nece-olacaq-458872161.html
Separatçıların təhvil verdiyi texnikaların taleyi necə olacaq?
Separatçıların təhvil verdiyi texnikaların taleyi necə olacaq?
Sputnik Azərbaycan
Politoloq bildirib ki, separatçıların təslim etdiyi texnikanın Ermənistan tərəfindan qəbul olunması bu ölkənin silahlı qüvvələrinin Qarabağda mövcudluğunun... 22.09.2023, Sputnik Azərbaycan
2023-09-22T16:00+0400
2023-09-22T16:00+0400
2023-09-22T16:34+0400
qarabağ separatçıları
siyasət
texnika
silah
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/15/425258909_0:0:1000:563_1920x0_80_0_0_0186db7975185618250270e205c8c4f5.jpg
BAKI, 22 sentyabr — Sputnik. Sentybarın 19-20-si tarixlərində Azərbaycan ordusunun Qarabağ iqtisadi rayonunda lokal antiterror əməliyyaları nəticəsində çox sayda hərbi texnika məhv edildi. Azərbaycan ordusuna qarşı müqavimətin mənasız olduğunu anlayan separatçıların əhəmiyyətli bir hissəsi silahı yerə qoymağı qəbul etdi. Bununla belə, əməliyyat regionunda mövcud silah-sursatın, o cümlədən artilleriya qurğularının taleyi hələ də sual altındadır.Bu texnikalar Azərbaycan ordusuna təhvil veriləcək, yoxsa Ermənistana göndəriləcək? Çünki Ermənistan tərəfi dəfələrlə və israrla Qarabağ iqtisadi rayonunda hərbi mövcudluğunun olmadığını bildirib. Mövzu ilə bağlı politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a fikirlərini bölüşüb. Onun sözlərinə görə, bütün hallarda qeyd edilən silahlar separatçılara Ermənistandan ötürülüb. Politoloq onu da bildirib ki, bu cür ağır silahların satışı ilə məşğul olan şirkətlər ancaq dövlətlərarası müqavilələrə uyğun olaraq bu silahların çatdırılmasını həyata keçirib:"Dünən BMT Təhlükəsizlik Şurasının iclasında da Azərbaycana qarşı olan tərəflər nədənsə bu məsələni gözardı edirlər. Azərbaycanın antiterror əməliyyatına qara yaxmaq istəyənlər suveren ərazimizdə hərbi xuntanın mövcud olmasına göz yummağımızı istəyirlər. Bu, Azərbaycan dövləti üçün qəbuledilməz idi".Qeyd edək ki, 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub.Razılığa əsasən Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar.Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/15/425258909_69:0:958:667_1920x0_80_0_0_371c462f2a0a6be58ab258636f83397d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
qarabağ separatçıları, texnika, silah, ermənistan
qarabağ separatçıları, texnika, silah, ermənistan
Separatçıların təhvil verdiyi texnikaların taleyi necə olacaq?
16:00 22.09.2023 (Yenilənib: 16:34 22.09.2023) Politoloq bildirib ki, separatçıların təslim etdiyi texnikanın Ermənistan tərəfindan qəbul olunması bu ölkənin silahlı qüvvələrinin Qarabağda mövcudluğunun sübutu olacaq.
BAKI, 22 sentyabr — Sputnik. Sentybarın 19-20-si tarixlərində Azərbaycan ordusunun Qarabağ iqtisadi rayonunda lokal antiterror əməliyyaları nəticəsində çox sayda hərbi texnika məhv edildi. Azərbaycan ordusuna qarşı müqavimətin mənasız olduğunu anlayan separatçıların əhəmiyyətli bir hissəsi silahı yerə qoymağı qəbul etdi. Bununla belə, əməliyyat regionunda mövcud silah-sursatın, o cümlədən artilleriya qurğularının taleyi hələ də sual altındadır.
Bu texnikalar Azərbaycan ordusuna təhvil veriləcək, yoxsa Ermənistana göndəriləcək?
Çünki Ermənistan tərəfi dəfələrlə və israrla Qarabağ iqtisadi rayonunda hərbi mövcudluğunun olmadığını bildirib. Mövzu ilə bağlı politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a fikirlərini bölüşüb.
Onun sözlərinə görə, bütün hallarda qeyd edilən silahlar separatçılara Ermənistandan ötürülüb.
"Çünki separatçıların bu qədər silah sursatı almaq üçün maddi imkanları yox idi. Həmin silahların Ermənistanın vəsaiti hesabına alınması kimsəyə sirr deyil. Ermənistan istərdi ki, bu texnika yenidən Ermənistan ordusunun balansına qayıtsın. Təbii ki, bu texnikalar hərbi əməliyyatlar nəticəsində ordumuzun nəzarətinə keçsəydi Azərbaycan onları özünə götürə bilərdi. Amma bu texnikalar danışıqlar yolu ilə təhvil verilir. Bu baxımdan güman etmək olar ki, həmin texnikalar Ermənistana qaytarılacaq. Bunu da nəzərə almaq lazımdır ki, sözügedən texnika və silah-sursat Ermənistana qaytarılmış olsa, Ermənistan ordusunun Azərbaycanda olması faktiki olaraq təsdiqlənmiş olacaq. Biz uzun müddətdir müşahidə edirdik ki, həmin texnika müxtəlif yollarla regiona daxil olur".
Politoloq onu da bildirib ki, bu cür ağır silahların satışı ilə məşğul olan şirkətlər ancaq dövlətlərarası müqavilələrə uyğun olaraq bu silahların çatdırılmasını həyata keçirib:
"Dünən BMT Təhlükəsizlik Şurasının iclasında da Azərbaycana qarşı olan tərəflər nədənsə bu məsələni gözardı edirlər. Azərbaycanın antiterror əməliyyatına qara yaxmaq istəyənlər suveren ərazimizdə hərbi xuntanın mövcud olmasına göz yummağımızı istəyirlər. Bu, Azərbaycan dövləti üçün qəbuledilməz idi".
Qeyd edək ki, 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub.
Razılığa əsasən Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar.
Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.