https://sputnik.az/20230922/qerbi-azerbaycan-cmasi-bmt-tehlukesizlik-surasinin-iclasina-munasibet-bildirib-458851459.html
Qərbi Azərbaycan İcması BMT Təhlükəsizlik Şurasının iclasına münasibət bildirib
Qərbi Azərbaycan İcması BMT Təhlükəsizlik Şurasının iclasına münasibət bildirib
Sputnik Azərbaycan
İcma Ermənistanın və onun havadarlarının insan hüquqları və beynəlxalq humanitar hüquq məsələsində nümayiş etdirdikləri riyakar və destruktiv yanaşmanı sərt... 22.09.2023, Sputnik Azərbaycan
2023-09-22T10:51+0400
2023-09-22T10:51+0400
2023-09-22T10:51+0400
azərbaycan xəbərləri
qərbi azərbaycan icması
bmt
https://cdnn1.img.sputnik.az/img/07e7/01/08/450449394_0:84:892:586_1920x0_80_0_0_adf4e42f87a945e305ecb5a0ed70ef0c.jpg
BAKI, 22 sentyabr — Sputnik. BMT Təhlükəsizlik Şurasının sentyabrın 21-də keçirilmiş iclası Ermənistanın və onun bəzi havadarlarının beynəlxalq hüquqa zidd, ikiüzlü və Azərbaycanafob siyasətlərinin iç üzünü göstərib". Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı açıqlamada bildirilib. Qeyd olunub ki, Azərbaycanın öz ərazisində apardığı antiterror tədbirləri ilə bağlı Ermənistanın və Fransanın BMT Təhlükəsizlik Şurasının iclasını çağırmaları onların beynəlxalq hüququn norma və prinsiplərinə, ilk növbədə isə dövlətlərin ərazi bütövlüyü, suverenliyi və daxili işlərinə qarışmama prinsiplərinə ziddir:"Ermənistanın baş nazirinin Azərbaycanın öz ərazisində apardığı tədbirlərə müdaxilə etməyəcəyini bəyan etməsi ilə məsələnin beynəlxalq təhlükəsizlik aspekti və bununla da BMT Təhlükəsizlik Şurasının bu mövzuda iclas keçirməsinin nəzəri əsasları belə aradan qalxmışdı. Ermənistanın baş nazirinin sözügedən antiterror tədbirlərinin Qarabağda yaşayan ermənilərin həyatı üçün təhlükə törətmədiyini və mülki əhali arasında kütləvi tələfat barədə iddiaların əsassız olduğunu bildirməsi fonunda bu ölkənin xarici işlər nazirinin BMT Təhlükəsizlik Şurasında Qarabağda mülkilərə qarşı guya təhdidlərin olmasını iddia etməsi bu dövlətin siyasətində səbatsızlığı və ikiüzlülüyü bir daha nümayiş etdirir. Almaniya, Fransa və Avropa İttifaqının iclasda və ondan əvvəl nümayiş etdirdikləri mövqe bu qüvvələrin bir tərəfdən regionda davamlı sülhün bərqərar olması perspektivinin yaxınlaşmasından narahat olduqlarını, digər tərəfdən isə onların Azərbaycana və azərbaycanlılara qarşı dini və etnik nifrət əsasında ayrı-seçkiliklərini göstərir". Qərbi Azərbaycan İcması Ermənistanın və onun havadarlarının insan hüquqları və beynəlxalq humanitar hüquq məsələsində nümayiş etdirdikləri riyakar və destruktiv yanaşmanı sərt şəkildə qınadığını bildirib:İcmanın yaydığı açıqlamada bildirilib ki, bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Tələm-tələsik leksikona "öz vətənində təhlükəsiz şəkildə və ləyaqətlə yaşamaq" ifadəsini gətirən Avropa İttifaqı, Almaniya və Fransa nədənsə Ermənistandan qovulmuş azərbaycanlıların öz vətənlərinə təhlükəsiz şəkildə və ləyaqətlə qayıtmağa dair hüququnu görməzdən gəlirlər. Bu qüvvələr öz ərazisindən qovduğu azərbaycanlıları evlərinə qayıtmasına imkan yaratmaqdan imtina edən və mina xəritələrini verməkdən boyun qaçırmaqla məcburi köçkünlərin işğaldan azad edilmiş Azərbaycan ərazilərinə qayıtmasını əngəlləyən Ermənistanı dəstəkləməklə, faktiki olaraq onun bu əməllərinə şərik olublar:"Biz Avropa İttifaqından və bu təşkilatın siyasətinə yön verən əsas dövlətlər olan, tarixləri faşizm, Holokost, soyqırımı, müstəmləkəçilik, o cümlədən, Əlcəzairdə və Namibiyada tayfaların kütləvi şəkildə qırılması kimi utanc doğuran səhifələrlə dolu olan Almaniyandan və Fransadan Azərbaycana qarşı etnik və dini zəmində qərəzi dayandırmağı, Ermənistan və Azərbaycan arasında sülhə və iki xalq arasında barışığa maneə olmamağı tələb edirik. Biz Ermənistan hökumətini Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə təkcə sözdə deyil, əməldə də hörmət etməyə, başqa dairələrin əlində alət olmaq kimi zərərli vərdişindən əl çəkməyə, qovulmuş azərbaycanlıların Ermənistana qayıtmasına şərait yaratmağa və bununla davamlı sülh və rifah yolunu seçməyə çağırırıq".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/08/450449394_0:0:892:669_1920x0_80_0_0_d6c5b56431ad0980d430a65c8671061f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qərbi azərbaycan icması, bmt
qərbi azərbaycan icması, bmt
Qərbi Azərbaycan İcması BMT Təhlükəsizlik Şurasının iclasına münasibət bildirib
İcma Ermənistanın və onun havadarlarının insan hüquqları və beynəlxalq humanitar hüquq məsələsində nümayiş etdirdikləri riyakar və destruktiv yanaşmanı sərt şəkildə qınadığını bildirib
BAKI, 22 sentyabr — Sputnik. BMT Təhlükəsizlik Şurasının sentyabrın 21-də keçirilmiş iclası Ermənistanın və onun bəzi havadarlarının beynəlxalq hüquqa zidd, ikiüzlü və Azərbaycanafob siyasətlərinin iç üzünü göstərib". Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı açıqlamada bildirilib.
Qeyd olunub ki, Azərbaycanın öz ərazisində apardığı antiterror tədbirləri ilə bağlı Ermənistanın və Fransanın BMT Təhlükəsizlik Şurasının iclasını çağırmaları onların beynəlxalq hüququn norma və prinsiplərinə, ilk növbədə isə dövlətlərin ərazi bütövlüyü, suverenliyi və daxili işlərinə qarışmama prinsiplərinə ziddir:
"Ermənistanın baş nazirinin Azərbaycanın öz ərazisində apardığı tədbirlərə müdaxilə etməyəcəyini bəyan etməsi ilə məsələnin beynəlxalq təhlükəsizlik aspekti və bununla da BMT Təhlükəsizlik Şurasının bu mövzuda iclas keçirməsinin nəzəri əsasları belə aradan qalxmışdı. Ermənistanın baş nazirinin sözügedən antiterror tədbirlərinin Qarabağda yaşayan ermənilərin həyatı üçün təhlükə törətmədiyini və mülki əhali arasında kütləvi tələfat barədə iddiaların əsassız olduğunu bildirməsi fonunda bu ölkənin xarici işlər nazirinin BMT Təhlükəsizlik Şurasında Qarabağda mülkilərə qarşı guya təhdidlərin olmasını iddia etməsi bu dövlətin siyasətində səbatsızlığı və ikiüzlülüyü bir daha nümayiş etdirir. Almaniya, Fransa və Avropa İttifaqının iclasda və ondan əvvəl nümayiş etdirdikləri mövqe bu qüvvələrin bir tərəfdən regionda davamlı sülhün bərqərar olması perspektivinin yaxınlaşmasından narahat olduqlarını, digər tərəfdən isə onların Azərbaycana və azərbaycanlılara qarşı dini və etnik nifrət əsasında ayrı-seçkiliklərini göstərir".
Qərbi Azərbaycan İcması Ermənistanın və onun havadarlarının insan hüquqları və beynəlxalq humanitar hüquq məsələsində nümayiş etdirdikləri riyakar və destruktiv yanaşmanı sərt şəkildə qınadığını bildirib:
"Xatırlatmaq istərdik ki, hazırda Qarabağın erməni sakinlərinin dinc reinteqrasiyasına başlamış Azərbaycanı "etnik təmizləmə" niyyətində ittiham edənlər, Ermənistanın bir milyondan artıq azərbaycanlını öz yurdundan qovmasına, on minlərlə mülki azərbaycanlını qətliama məruz qoymasına, Azərbaycanın minə yaxın şəhər və kəndini dağıtmasına, Azərbaycan ərazilərini minalarla çirkləndirərək məcburi köçkünlərin qayıtmasını əngəlləməsinə rəhmsizcəsinə göz yumurlar".
İcmanın yaydığı açıqlamada bildirilib ki, bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Tələm-tələsik leksikona "öz vətənində təhlükəsiz şəkildə və ləyaqətlə yaşamaq" ifadəsini gətirən Avropa İttifaqı, Almaniya və Fransa nədənsə Ermənistandan qovulmuş azərbaycanlıların öz vətənlərinə təhlükəsiz şəkildə və ləyaqətlə qayıtmağa dair hüququnu görməzdən gəlirlər. Bu qüvvələr öz ərazisindən qovduğu azərbaycanlıları evlərinə qayıtmasına imkan yaratmaqdan imtina edən və mina xəritələrini verməkdən boyun qaçırmaqla məcburi köçkünlərin işğaldan azad edilmiş Azərbaycan ərazilərinə qayıtmasını əngəlləyən Ermənistanı dəstəkləməklə, faktiki olaraq onun bu əməllərinə şərik olublar:
"Biz Avropa İttifaqından və bu təşkilatın siyasətinə yön verən əsas dövlətlər olan, tarixləri faşizm, Holokost, soyqırımı, müstəmləkəçilik, o cümlədən, Əlcəzairdə və Namibiyada tayfaların kütləvi şəkildə qırılması kimi utanc doğuran səhifələrlə dolu olan Almaniyandan və Fransadan Azərbaycana qarşı etnik və dini zəmində qərəzi dayandırmağı, Ermənistan və Azərbaycan arasında sülhə və iki xalq arasında barışığa maneə olmamağı tələb edirik. Biz Ermənistan hökumətini Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə təkcə sözdə deyil, əməldə də hörmət etməyə, başqa dairələrin əlində alət olmaq kimi zərərli vərdişindən əl çəkməyə, qovulmuş azərbaycanlıların Ermənistana qayıtmasına şərait yaratmağa və bununla davamlı sülh və rifah yolunu seçməyə çağırırıq".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.