Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

Qarabağdakı erməni silahlıları yüzlərlə atıcı silahı təhvil verib

© AR Ministry of Internal AffairsSilah-sursat, arxiv
Silah-sursat, arxiv - Sputnik Azərbaycan, 1920, 22.09.2023
Abunə olmaq
Qarabağdakı erməni silahlı birləşmələr Rusiya sülhməramlılarının nəzarəti altında silah və hərbi texnikanın təhvil verilməsinə başlayıb.
BAKI, 22 sentyabr - Sputnik. Sentyabrın 22-dək Qarabağdakı qanunsuz erməni silahlıları 6 ədəd zirehli texnika, 800 ədəddən çox atıcı və tank əleyhinə silahlar, 5 minə yaxın döyüş sursatı təh vil derilib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin bülletenində deyilir.
Qeyd olunur ki, hərbi əməliyyatların dayandırılması ilə bağlı əldə olunmuş razılaşmalara uyğun olaraq, Qarabağdakı erməni silahlı birləşmələr Rusiya sülhməramlılarının nəzarəti altında silah və hərbi texnikanın təhvil verilməsinə başlayıb.

"Sentyabrın 22-nə olan məlumata görə, altı ədəd zirehli texnika, 800-dən çox atıcı və tank əleyhinə silahlar, 5000-ə yaxın döyüş sursatı çatdırılıb”, - deyə məlumatda bildirilir.

O da qeyd olunur ki, Rusiya sülhməramlı kontingentinə “826 mülki şəxs, o cümlədən hazırda evlərinə qayıda bilməyən 440 uşaq daxil olmaqda davam edir”.

“Onların yaşayış, yemək və tibbi yardımı təşkil olunub” , - Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0