https://sputnik.az/20230922/ndoneziya-dunyani-deniz-seviyyesinin-qalxmasi-tehlukesine-qarsi-birlesmeye-cagirir-458879108.html
İndoneziya dünyanı dəniz səviyyəsinin qalxması təhlükəsinə qarşı birləşməyə çağırır
İndoneziya dünyanı dəniz səviyyəsinin qalxması təhlükəsinə qarşı birləşməyə çağırır
Sputnik Azərbaycan
İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin məlumatına görə, hazırda qlobal dəniz səviyyəsi 1900-cü illə müqayisədə 20 santimetr yüksəlib. 22.09.2023, Sputnik Azərbaycan
2023-09-22T20:46+0400
2023-09-22T20:46+0400
2023-09-22T20:46+0400
dəniz
dünya xəbərləri
iqlim
dəyişiklik
dərəcə
selsi
səviyyə
indoneziya
xarici işlər nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e6/02/15/439395565_0:0:3111:1750_1920x0_80_0_0_513d18bc178fc3f50feb1887281d481d.jpg
BAKI, 22 sentyabr — Sputnik. İndoneziyanın xarici işlər naziri Retno Marsudi ölkələri dəniz səviyyəsinin qalxmasının yaratdığı təhlükələrə qarşı mübarizədə birləşməyə çağırıb. O, bu çağırışı Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində Tuvalu, Palau, Marşal adaları və BMT-nin Qlobal İqlim Mobilliyi Mərkəzinin birgə təşkil etdiyi səhər yeməyi zamanı edib. Onun bəyanatının səsyazması İndoneziya Xarici İşlər Nazirliyinin YouTube kanalında yayımlanıb. Xarici işlər naziri ölkələri CO2 emissiyalarını azaltmaqla və iqlim dəyişikliyinin sürətini yavaşlatmaqla dəniz səviyyəsinin qalxmasının qarşısını almaq və təsirlərini yumşaltmaq üçün birgə işləməyə çağırıb. O, regional bütövlüyün qorunması səylərinin vacibliyini vurğulayıb, çünki dəniz səviyyəsinin yüksəlməsi problemi dəniz sərhədlərinin bir hissəsini də silə bilər. Marsudinin sözlərinə görə, gələcəkdə bu məsələ "qeyri-müəyyənlik və münaqişələr" yarada bilər. Nazir İndoneziyanın 11 oktyabr 2023-cü ildə Balidə Arxipelaq və Ada Dövlətləri Forumuna ev sahibliyi etmək planlarını açıqlayıb. İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin məlumatına görə, hazırda qlobal dəniz səviyyəsi 1900-cü illə müqayisədə 20 santimetr yüksəlib. CO2 emissiyaları yüksək qalarsa, dəniz səviyyəsinin qalxmasının 2100-cü ildə 1 metrə çatacağı proqnozlaşdırılır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/15/439395565_0:0:2731:2048_1920x0_80_0_0_b15f077927dd03a03e44eb738209637d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
dəniz, iqlim, dəyişiklik, dərəcə, selsi, səviyyə, indoneziya, xarici işlər nazirliyi
dəniz, iqlim, dəyişiklik, dərəcə, selsi, səviyyə, indoneziya, xarici işlər nazirliyi
İndoneziya dünyanı dəniz səviyyəsinin qalxması təhlükəsinə qarşı birləşməyə çağırır
İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin məlumatına görə, hazırda qlobal dəniz səviyyəsi 1900-cü illə müqayisədə 20 santimetr yüksəlib.
BAKI, 22 sentyabr — Sputnik. İndoneziyanın xarici işlər naziri Retno Marsudi ölkələri dəniz səviyyəsinin qalxmasının yaratdığı təhlükələrə qarşı mübarizədə birləşməyə çağırıb.
O, bu çağırışı Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində Tuvalu, Palau, Marşal adaları və BMT-nin Qlobal İqlim Mobilliyi Mərkəzinin birgə təşkil etdiyi səhər yeməyi zamanı edib.
"Dəniz səviyyəsinin yüksəlməsi bizim sağ qalmağımızı təhdid edən real təhlükədir, ona görə də bunun öhdəsindən gəlmək üçün birləşməliyik", - deyə Marsudi qeyd edib.
Onun bəyanatının səsyazması İndoneziya Xarici İşlər Nazirliyinin YouTube kanalında yayımlanıb.
Xarici işlər naziri ölkələri CO2 emissiyalarını azaltmaqla və iqlim dəyişikliyinin sürətini yavaşlatmaqla dəniz səviyyəsinin qalxmasının qarşısını almaq və təsirlərini yumşaltmaq üçün birgə işləməyə çağırıb.
"Qlobal istiləşmə 1,5 dərəcə Selsi ilə məhdudlaşdırılsa belə (illik - red.), bu, dəniz səviyyəsinin qalxmasını dayandıra bilməyəcək", - deyə nazir xəbərdarlıq edib.
O, regional bütövlüyün qorunması səylərinin vacibliyini vurğulayıb, çünki dəniz səviyyəsinin yüksəlməsi problemi dəniz sərhədlərinin bir hissəsini də silə bilər. Marsudinin sözlərinə görə, gələcəkdə bu məsələ "qeyri-müəyyənlik və münaqişələr" yarada bilər.
Nazir İndoneziyanın 11 oktyabr 2023-cü ildə Balidə Arxipelaq və Ada Dövlətləri Forumuna ev sahibliyi etmək planlarını açıqlayıb.
İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin məlumatına görə, hazırda qlobal dəniz səviyyəsi 1900-cü illə müqayisədə 20 santimetr yüksəlib. CO2 emissiyaları yüksək qalarsa, dəniz səviyyəsinin qalxmasının 2100-cü ildə 1 metrə çatacağı proqnozlaşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.