https://sputnik.az/20230922/mehvolma-qisametrajli-bedii-filmi-festival-seyahetini-davam-edir-458851111.html
"Məhvolma" qısametrajlı bədii filmi festival səyahətini davam edir
"Məhvolma" qısametrajlı bədii filmi festival səyahətini davam edir
Sputnik Azərbaycan
Filmin rejissoru və ssenari müəllifi İqor Smola, quruluşçu operatoru Natiq Hüsiyev, rəssamı Aysel Əmirova, prodüserləri Emil Nəcəfov, Elvin Adıgözəl, İqor... 22.09.2023, Sputnik Azərbaycan
2023-09-22T13:58+0400
2023-09-22T13:58+0400
2023-09-22T13:58+0400
film
mədəniyyət
festival
https://cdnn1.img.sputnik.az/img/07e5/05/13/426991205_0:143:3135:1906_1920x0_80_0_0_bd35ae2fce4b15d0f08a94760cc46d32.jpg
BAKI, 22 sentyabr — Sputnik. "Ultra" Production istehsalı olan "Məhvolma" qısametrajlı bədii filmi festival səyahətini davam edir. "Azərbaycanfilm" kinostudiyasından verilən xəbərə görə, dünya premyerasını Busan Beynəlxalq Film Fetsuivalında (Koreya) edən "Məhvolma" filmi daha sonra Asiya Beynəlxalq Kino Həftəsində (Çin), Los Anceles Cənub-Şərqi Avropa Filmləri Festivalında (ABŞ), "Land of Short Films" Beynəlxalq Film Festivalında (Qırğızıstan) iştirak edib. Filmin Avropa premyerası isə oktyabr ayında Linz Beynəlxalq Qısametrajlı Film Festivalında (Avstriya) olacaq. Filmdəki hadisələr rəssam, qəflətən rəssamın həyatına girən oğlan və hadisəni araşdıran polis arasında baş verir. Yarasından qan axan oğlan özünü rəssamın emalatxanasına atır. Rəssam qız ona kömək etməyə çalışır.Bu vaxt hadisə yerinə polis gəlir, rəssamı sorğu-suala tutmağa başlayır. Reallıq isə getdikcə təhrif olunur. Əsas rollarda Vüsalə Ağayeva, Asiman Ağa Rövşən, Rahib Məmmədzadə, Nurlan Həsənli çəkiliblər. Filmin rejissoru və ssenari müəllifi İqor Smola, quruluşçu operatoru Natiq Hüsiyev, rəssamı Aysel Əmirova, prodüserləri Emil Nəcəfov, Elvin Adıgözəl, İqor Smola və Yekaterina Bordaçovadır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/13/426991205_201:0:2932:2048_1920x0_80_0_0_d29f52033ae57e6ee99824024f7102f6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
film, festival
"Məhvolma" qısametrajlı bədii filmi festival səyahətini davam edir
Filmin rejissoru və ssenari müəllifi İqor Smola, quruluşçu operatoru Natiq Hüsiyev, rəssamı Aysel Əmirova, prodüserləri Emil Nəcəfov, Elvin Adıgözəl, İqor Smola və Yekaterina Bordaçovadır.
BAKI, 22 sentyabr — Sputnik. "Ultra" Production istehsalı olan "Məhvolma" qısametrajlı bədii filmi festival səyahətini davam edir. "Azərbaycanfilm" kinostudiyasından verilən xəbərə görə, dünya premyerasını Busan Beynəlxalq Film Fetsuivalında (Koreya) edən "Məhvolma" filmi daha sonra Asiya Beynəlxalq Kino Həftəsində (Çin), Los Anceles Cənub-Şərqi Avropa Filmləri Festivalında (ABŞ), "Land of Short Films" Beynəlxalq Film Festivalında (Qırğızıstan) iştirak edib. Filmin Avropa premyerası isə oktyabr ayında Linz Beynəlxalq Qısametrajlı Film Festivalında (Avstriya) olacaq.
Filmdəki hadisələr rəssam, qəflətən rəssamın həyatına girən oğlan və hadisəni araşdıran polis arasında baş verir. Yarasından qan axan oğlan özünü rəssamın emalatxanasına atır. Rəssam qız ona kömək etməyə çalışır.
Bu vaxt hadisə yerinə polis gəlir, rəssamı sorğu-suala tutmağa başlayır. Reallıq isə getdikcə təhrif olunur. Əsas rollarda Vüsalə Ağayeva, Asiman Ağa Rövşən, Rahib Məmmədzadə, Nurlan Həsənli çəkiliblər.
Filmin rejissoru və ssenari müəllifi İqor Smola, quruluşçu operatoru Natiq Hüsiyev, rəssamı Aysel Əmirova, prodüserləri Emil Nəcəfov, Elvin Adıgözəl, İqor Smola və Yekaterina Bordaçovadır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.