https://sputnik.az/20230922/genc-tamasacilar-teatri-festivala-yollanir-458858116.html
Gənc Tamaşaçılar Teatrı festivala yollanır
Gənc Tamaşaçılar Teatrı festivala yollanır
Sputnik Azərbaycan
Ülviyyə Heydərovanın qələmə aldığı eyniadlı tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatçısı Elşad Rəhimzadə, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor... 22.09.2023, Sputnik Azərbaycan
2023-09-22T12:26+0400
2023-09-22T12:26+0400
2023-09-22T12:26+0400
gənc tamaşaçılar teatrı
mədəniyyət
tamaşa
https://cdnn1.img.sputnik.az/img/41495/79/414957948_0:19:2001:1144_1920x0_80_0_0_21dd42d74ce91aa8824c1515340784a8.jpg
BAKI, 22 sentyabr — Sputnik. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 25 sentyabr 2023-cü ildə Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçiriləcək Beynəlxalq Teatr festivalına yola düşəcək. Teatrın mətbuat xidmətindən verilən xəbərə görə, "ART - ORDO 2023" IX teatr festivalı Xalq artisti Baken Kıdekeyavanın 100 illiyinə həsr olunub. Sentyabrın 30-adək davam edəcək festivalda Gənc Tamaşaçılar Teatrı "İnanıram" adlı monotamaşa ilə çıxış edəcək. Ülviyyə Heydərovanın qələmə aldığı eyniadlı tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatçısı Elşad Rəhimzadə, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor assistenti Sona Mustafayevadır. Monotamaşada aktrisa Zemfira Əbdülsəmədova çıxış edir. Tamaşa müharibədə yeganə oğlunu itirmiş qadından bəhs edir. Qadın bir dağ kəndində arxeoloji ekspedisiyada iştirak edərkən, yamacda tək başına boy atmaqda olan bir ağac görür. Gənc arxeoloq bu ağacın kölgəsində oturarkən ana olacağını öyrənir. Məhz bu məqamdan sonra qadınla ağac arasında mənəvi bağ yaranır. Qadın müharibə səbəbindən arxeoloji qazıntı ərazisindən uzaq düşür. O, həmişə arzulayır ki, işğal altında qalan dağ yamacındakı bu ağacı oğluna göstərə bilsin. İllər sonra qadının oğlu həmin ərazini işğaldan azad edərkən, anasının çox bəhs etdiyi ağacı tanımadan şəhid olur. Qadın isə ürəyindəki dərin ağrı və qəbul etdiyi qəti qərarla ağacın kölgəsinə geri dönür... Səhnə əsəri Vətən sevgisini bütün sevgilərdən daha üstün tutan şəhidlərimizə və onların analarına həsr olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41495/79/414957948_0:0:1773:1330_1920x0_80_0_0_345ce2bd6c685e9374a2f86dd428f2db.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
gənc tamaşaçılar teatrı, tamaşa
gənc tamaşaçılar teatrı, tamaşa
Gənc Tamaşaçılar Teatrı festivala yollanır
Ülviyyə Heydərovanın qələmə aldığı eyniadlı tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatçısı Elşad Rəhimzadə, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor assistenti Sona Mustafayevadır. Monotamaşada aktrisa Zemfira Əbdülsəmədova çıxış edir.
BAKI, 22 sentyabr — Sputnik. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 25 sentyabr 2023-cü ildə Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçiriləcək Beynəlxalq Teatr festivalına yola düşəcək. Teatrın mətbuat xidmətindən verilən xəbərə görə, "ART - ORDO 2023" IX teatr festivalı Xalq artisti Baken Kıdekeyavanın 100 illiyinə həsr olunub.
Sentyabrın 30-adək davam edəcək festivalda Gənc Tamaşaçılar Teatrı "İnanıram" adlı monotamaşa ilə çıxış edəcək.
Ülviyyə Heydərovanın qələmə aldığı eyniadlı tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatçısı Elşad Rəhimzadə, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor assistenti Sona Mustafayevadır. Monotamaşada aktrisa Zemfira Əbdülsəmədova çıxış edir.
Tamaşa müharibədə yeganə oğlunu itirmiş qadından bəhs edir. Qadın bir dağ kəndində arxeoloji ekspedisiyada iştirak edərkən, yamacda tək başına boy atmaqda olan bir ağac görür. Gənc arxeoloq bu ağacın kölgəsində oturarkən ana olacağını öyrənir. Məhz bu məqamdan sonra qadınla ağac arasında mənəvi bağ yaranır. Qadın müharibə səbəbindən arxeoloji qazıntı ərazisindən uzaq düşür. O, həmişə arzulayır ki, işğal altında qalan dağ yamacındakı bu ağacı oğluna göstərə bilsin. İllər sonra qadının oğlu həmin ərazini işğaldan azad edərkən, anasının çox bəhs etdiyi ağacı tanımadan şəhid olur. Qadın isə ürəyindəki dərin ağrı və qəbul etdiyi qəti qərarla ağacın kölgəsinə geri dönür...
Səhnə əsəri Vətən sevgisini bütün sevgilərdən daha üstün tutan şəhidlərimizə və onların analarına həsr olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.