https://sputnik.az/20230922/almaniya-zelenskinin-rusiyani-bmt-de-veto-huququndan-mehrum-etmek-ideyasini-redd-edib-458827815.html
Almaniya Zelenskinin Rusiyanı BMT-də veto hüququndan məhrum etmək ideyasını rədd edib
Almaniya Zelenskinin Rusiyanı BMT-də veto hüququndan məhrum etmək ideyasını rədd edib
Sputnik Azərbaycan
Alman diplomat vurğulayıb ki, Ukraynanın Almaniyaya təklif etdiyi hər şey Berlin tərəfindən dəstəklənmir. 22.09.2023, Sputnik Azərbaycan
2023-09-22T00:30+0400
2023-09-22T00:30+0400
2023-09-22T00:30+0400
vladimir zelenski
dünya xəbərləri
annalena berbok
ukrayna
almaniya
rusiya
bmt tş
https://cdnn1.img.sputnik.az/img/07e7/09/15/458827646_0:0:3028:1703_1920x0_80_0_0_b96d2b063073251a94f29493b3082473.jpg
BAKI, 22 sentyabr - Sputnik. Almaniya Ukrayna Prezidenti Vladimir Zelenskinin Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında Rusiyanı veto hüququndan məhrum etmək fikrini dəstəkləmir. Bunu Almaniyanın xarici işlər naziri Annalena Barbok "ARD" telekanalına müsahibəsində deyib. "Biz bunu dəstəkləmirik və mən bu barədə ukraynalı tərəfdaşlarıma dəfələrlə demişəm. Ukraynanın hökumətimizə təklif etdiyi hər şey bizim tərəfimizdən dəstəklənmir", - deyə Almaniya xarici işlər naziri bildirib. Barbok BMT Nizamnaməsinin qorunmasının zəruriliyini qeyd edib və təşkilatın modernləşdirilməsi variantları üzərində düşünməyə çağırıb. BMT Təhlükəsizlik Şurasında çıxış edən Ukrayna lideri guya Rusiyanın veto hüququna görə təşkilatın "kor küncdə" olduğunu bildirib. Zelenskinin sözlərinə görə, Moskva Sovet İttifaqının dağılmasından sonra manipulyasiyalar sayəsində qeyri-qanuni olaraq BMT Təhlükəsizlik Şurasında yer tutur. "KP.RU" saytı yazır ki, Ukrayna prezidenti hələ 2022-ci ilin sentyabrında Rusiyanı BMT Təhlükəsizlik Şurasında veto hüququndan məhrum etməyə çağırıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/15/458827646_117:0:2848:2048_1920x0_80_0_0_8abd947d6a8e201b5eb593b72f544908.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
vladimir zelenski, annalena berbok, ukrayna, almaniya, rusiya, bmt tş
vladimir zelenski, annalena berbok, ukrayna, almaniya, rusiya, bmt tş
Almaniya Zelenskinin Rusiyanı BMT-də veto hüququndan məhrum etmək ideyasını rədd edib
Alman diplomat vurğulayıb ki, Ukraynanın Almaniyaya təklif etdiyi hər şey Berlin tərəfindən dəstəklənmir.
BAKI, 22 sentyabr - Sputnik. Almaniya Ukrayna Prezidenti Vladimir Zelenskinin Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında Rusiyanı veto hüququndan məhrum etmək fikrini dəstəkləmir.
Bunu Almaniyanın xarici işlər naziri Annalena Barbok "ARD" telekanalına müsahibəsində deyib.
"Biz bunu dəstəkləmirik və mən bu barədə ukraynalı tərəfdaşlarıma dəfələrlə demişəm. Ukraynanın hökumətimizə təklif etdiyi hər şey bizim tərəfimizdən dəstəklənmir", - deyə Almaniya xarici işlər naziri bildirib.
Barbok BMT Nizamnaməsinin qorunmasının zəruriliyini qeyd edib və təşkilatın modernləşdirilməsi variantları üzərində düşünməyə çağırıb.
BMT Təhlükəsizlik Şurasında çıxış edən Ukrayna lideri guya Rusiyanın veto hüququna görə təşkilatın "kor küncdə" olduğunu bildirib. Zelenskinin sözlərinə görə, Moskva Sovet İttifaqının dağılmasından sonra manipulyasiyalar sayəsində qeyri-qanuni olaraq BMT Təhlükəsizlik Şurasında yer tutur.
"KP.RU" saytı yazır ki, Ukrayna prezidenti hələ 2022-ci ilin sentyabrında Rusiyanı BMT Təhlükəsizlik Şurasında veto hüququndan məhrum etməyə çağırıb.