https://sputnik.az/20230922/a-abs-in-cetiri-altinda-cenubi-qafqazda-rusiyaya-qarsi-mubarize-aparir---millet-vekili-458861977.html
Aİ ABŞ-ın çətiri altında Cənubi Qafqazda Rusiyaya qarşı mübarizə aparır - Millət vəkili
Aİ ABŞ-ın çətiri altında Cənubi Qafqazda Rusiyaya qarşı mübarizə aparır - Millət vəkili
Sputnik Azərbaycan
Millət vəkili deyir ki, Azərbaycan son atdığı addımlarla gələcəkdə regiona müdaxilə etməyə imkan verəcək elementləri aradan qaldırır. 22.09.2023, Sputnik Azərbaycan
2023-09-22T14:36+0400
2023-09-22T14:36+0400
2023-09-22T14:36+0400
təhlil
millət vəkili
avropa ittifaqı
rusiya
azərbaycan
ermənistan
missiya
https://cdnn1.img.sputnik.az/img/07e6/01/12/438284236_0:161:3071:1888_1920x0_80_0_0_1c73358af6660b3699ce231cf8280c5f.jpg
BAKI, 22 sentyabr — Sputnik. Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel tərəfindən bölgədə baş verən son hadisələrlə bağlı verilən və regiondakı reallıqları qəsdən təhrif edən bəyanat tamamilə qeyri-adekvatdır. Bu barədə Xarici İşlər Nazirliyi Cozep Borelin bəyanatına cavabında bildirib. KİV yazır ki, Cozep Borrellin Avropa İttifaqının Qarabağdakı lokal antiterror əməliyyatı ilə bağlı bəyanatı əvvəlcə Aİ-nin bütün 27 ölkəsinin birgə bəyanatı olmalı idi. Amma Macarıstan buna veto qoyub. Bəs Aİ-nin Azərbaycanı hədəf göstərən mövqeyinin arxasında nə dayanır? Sputnik Azərbycan Aİ-nin tutduğu mövqe ilə bağlı millət vəkili Elşad Mirbəşiroğlunun fikirlərini öyrənib. Millət vəkili bildirib ki, Avropa İttrifaqı regionda münaqişə vəziyyətinin tam aradan qalxmasında maraqlı deyil:Elşad Mirbəşiroğlu onu da qeyd edib ki, Avropa İttifaqı ABŞ-ın çətiri altında Cənubi Qafqaz regionunda Rusiyaya qarşı mübarizə aparmaqla məşğuldur: "Belə olan halda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması onlar üçün prioritet olmayacaq. Digər tərəfdən bu gərginlikdən onlar alət kimi istifadə edirlər. Ermənistanın təxribat törətdiyi ərazilərdə hər zaman Aİ missiyası peyda olub. Sanki əvvəlcədən bunlar öz aralarında razılaşırdılar ki, hansı istiqamətdə təxribat törədiləcək. Hazırlayacaqları hesabatlara da bu halları istədikləri kimi daxil edirlər. Bu mülki missiyanın tərkibinə Almaniyanın və Fransanın güc strukturlarının təmsilçiləri daxil edilib. Aİ-yə heç bir aidiyyatı olmayan Kanada da bura qoşulmaq istəyini bildirib. Bütün bunlar onu göstərir ki, Qərb regionda öz mövcudluğunu təmin edən şərtlərin formalaşdırılmasında maraqlıdır". Deputatın qənaətinə görə, "biz tam haqlı olduğumuz halda Avropa coğrafiyasında Azərbaycana qarşı mövqenin formalaşdırılmasını müşahidə etmişik".E.Mirbəşiroğlu Rusiyanın proseslərdə sərgilədiyi mövqeyə də toxunub. "Rusiya tərəfi açıq mətnlə bildirdi ki, Qarabağ məsələsi Azərbaycanın daxili işidir. Amma biz bir dəfə də olsun Aİ ölkələrindən bu məsələ ilə bağlı aydın mövqe eşitmədik. İyul ayında XİN rəhbələri səviyyəsində baş tutan görüşdə Rusiya XİN rəhbəri Sergey Lavrov bildirdi ki, Azərbaycan ərazisində yaşayan ermənilərin vəziyyəti Azərbaycanın ərazi bütövlüyü prinsipləri əsasında həll olunmalıdır. Qərb isə deyir ki, regionda beynəlxalq mexanizmlər tətbiq etməklə ermənilərin hüquqları və təhlükəsizlik məsələlərini həll etməliyik. Beynəlxalq mexanizmlər o deməkdir ki, Qərb gəlib regionda gəlib yerləşməlidir, ondan sonra bu məsələnin açıq qalması üçün çalışmalıdırlar. Madrid prinsipləri də ona hesablanmışdı ki, Qarabağ məsələsi həllini tapmasın, qeyri-müəyyən müddətə kimi qalsın. Bu o deməkdir ki, regionda münaqişə vəziyyəti qalsın. Münaqişə vəziyyətinin qalması isə Aİ və ABŞ-ın regiona müdaxilə etmək imkanlarının verilməsi deməkdir", - deyə millət vəkili fikirlərini yekunlaşdırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/12/438284236_170:0:2901:2048_1920x0_80_0_0_5f5ab76b9ca0ed11a5e18641779df472.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
millət vəkili, avropa ittifaqı, rusiya, azərbaycan, ermənistan, missiya
millət vəkili, avropa ittifaqı, rusiya, azərbaycan, ermənistan, missiya
Aİ ABŞ-ın çətiri altında Cənubi Qafqazda Rusiyaya qarşı mübarizə aparır - Millət vəkili
Millət vəkili deyir ki, Azərbaycan son atdığı addımlarla gələcəkdə regiona müdaxilə etməyə imkan verəcək elementləri aradan qaldırır.
BAKI, 22 sentyabr — Sputnik. Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel tərəfindən bölgədə baş verən son hadisələrlə bağlı verilən və regiondakı reallıqları qəsdən təhrif edən bəyanat tamamilə qeyri-adekvatdır. Bu barədə Xarici İşlər Nazirliyi Cozep Borelin bəyanatına cavabında bildirib.
KİV yazır ki, Cozep Borrellin Avropa İttifaqının Qarabağdakı lokal antiterror əməliyyatı ilə bağlı bəyanatı əvvəlcə Aİ-nin bütün 27 ölkəsinin birgə bəyanatı olmalı idi. Amma Macarıstan buna veto qoyub.
Bəs Aİ-nin Azərbaycanı hədəf göstərən mövqeyinin arxasında nə dayanır?
Sputnik Azərbycan Aİ-nin tutduğu mövqe ilə bağlı millət vəkili Elşad Mirbəşiroğlunun fikirlərini öyrənib.
Millət vəkili bildirib ki, Avropa İttrifaqı regionda münaqişə vəziyyətinin tam aradan qalxmasında maraqlı deyil:
"Brüssel danışıqlara bir neçə dəfə ev sahibliyi etsə də, biz bunun faydasını görmədik. Görünən reallıq o idi ki, bu, sadəcə olaraq Aİ-nin imitasiya xarakterli mövqeyidir. Ötən ilin oktyabrında Aİ-nin monitorinq missiyasının Ermənistan ərazisinə göndərilməsi aydın göstərirdi ki, onlar əlavə gərginlik elementlərinin yaradılmasında maraqlıdır".
Elşad Mirbəşiroğlu onu da qeyd edib ki, Avropa İttifaqı ABŞ-ın çətiri altında Cənubi Qafqaz regionunda Rusiyaya qarşı mübarizə aparmaqla məşğuldur:
"Belə olan halda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması onlar üçün prioritet olmayacaq. Digər tərəfdən bu gərginlikdən onlar alət kimi istifadə edirlər. Ermənistanın təxribat törətdiyi ərazilərdə hər zaman Aİ missiyası peyda olub. Sanki əvvəlcədən bunlar öz aralarında razılaşırdılar ki, hansı istiqamətdə təxribat törədiləcək. Hazırlayacaqları hesabatlara da bu halları istədikləri kimi daxil edirlər. Bu mülki missiyanın tərkibinə Almaniyanın və Fransanın güc strukturlarının təmsilçiləri daxil edilib. Aİ-yə heç bir aidiyyatı olmayan Kanada da bura qoşulmaq istəyini bildirib. Bütün bunlar onu göstərir ki, Qərb regionda öz mövcudluğunu təmin edən şərtlərin formalaşdırılmasında maraqlıdır".
Deputatın qənaətinə görə, "biz tam haqlı olduğumuz halda Avropa coğrafiyasında Azərbaycana qarşı mövqenin formalaşdırılmasını müşahidə etmişik".
"Təbii ki, Aİ-dən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində səmimi münasibət gözləmək sadəlövlük olardı. Bu gün Azərbaycan öz liderinin strateji baxışlarına söykənərək özünün haqlı mövqelərini inamla qorumaqdadır. Son atdığımız addımlarla gələcəkdə regiona müdaxilə etməyə imkan verəcək elementlər aradan qaldırılır".
E.Mirbəşiroğlu Rusiyanın proseslərdə sərgilədiyi mövqeyə də toxunub.
"Rusiya tərəfi açıq mətnlə bildirdi ki, Qarabağ məsələsi Azərbaycanın daxili işidir. Amma biz bir dəfə də olsun Aİ ölkələrindən bu məsələ ilə bağlı aydın mövqe eşitmədik. İyul ayında XİN rəhbələri səviyyəsində baş tutan görüşdə Rusiya XİN rəhbəri Sergey Lavrov bildirdi ki, Azərbaycan ərazisində yaşayan ermənilərin vəziyyəti Azərbaycanın ərazi bütövlüyü prinsipləri əsasında həll olunmalıdır. Qərb isə deyir ki, regionda beynəlxalq mexanizmlər tətbiq etməklə ermənilərin hüquqları və təhlükəsizlik məsələlərini həll etməliyik. Beynəlxalq mexanizmlər o deməkdir ki, Qərb gəlib regionda gəlib yerləşməlidir, ondan sonra bu məsələnin açıq qalması üçün çalışmalıdırlar. Madrid prinsipləri də ona hesablanmışdı ki, Qarabağ məsələsi həllini tapmasın, qeyri-müəyyən müddətə kimi qalsın. Bu o deməkdir ki, regionda münaqişə vəziyyəti qalsın. Münaqişə vəziyyətinin qalması isə Aİ və ABŞ-ın regiona müdaxilə etmək imkanlarının verilməsi deməkdir", - deyə millət vəkili fikirlərini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.