https://sputnik.az/20230921/zelenski-qerbin-desteyini-qazanmaq-ucun-iqlim-deyisikliyinden-danisib-458813965.html
Zelenski Qərbin dəstəyini qazanmaq üçün iqlim dəyişikliyindən danışıb
Zelenski Qərbin dəstəyini qazanmaq üçün iqlim dəyişikliyindən danışıb
Sputnik Azərbaycan
Zelenski bu yolla "BMT üzvlərinə eşitmək istədiklərini söyləməyə" çalışıb. 21.09.2023, Sputnik Azərbaycan
2023-09-21T23:44+0400
2023-09-21T23:44+0400
2023-09-21T23:44+0400
vladimir zelenski
dünya xəbərləri
ukrayna
iqlim dəyişikliyi
qlobal iqlim dəyişikliyi
https://cdnn1.img.sputnik.az/img/07e6/02/1c/439697936_0:0:3001:1688_1920x0_80_0_0_7b7719bab628bbd65d16bd7e90e14669.jpg
BAKI, 21 sentyabr — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenskinin BMT Baş Assambleyasında iqlim dəyişikliyi ilə bağlı dediyi sözlər Qərb ölkələrinin rəğbətini qazanmaq məqsədini daşıyır. Bu fikri "Fox News" kanalının aparıcısı Cessi Uoters "YouTube"da dərc olunan xəbər buraxılışında bildirib. Ukrayna lideri çıxışı zamanı orada olanlara iqlim böhranını xatırladıb. Uotersə görə, Zelenski bu yolla "BMT üzvlərinə eşitmək istədiklərini söyləməyə" çalışıb. "Görünür, o, sadəcə olaraq Ukraynaya Qərbdən sabit və güclü dəstək qazanmağa çalışır. Bu məqsədlə də Qərbin dilində danışır və onun "yaşıl Allahına" müraciət edir", - deyə aparıcı ironiya ilə qeyd edib. Bundan əvvəl Dövlət Dumasının Krım Respublikasından olan deputatı Mixail Şeremet Zelenskinin BMT Baş Assambleyasındakı çıxışını biabırçılıq adlandırıb. Onun sözlərinə görə, beynəlxalq təşkilat dövlətlərarası səviyyədə qalmaqallar, çəkişmələr və maliyyə münasibətlərinin aydınlaşdırılması səviyyəsinə düşüb. Rusiya Xarici İşlər Nazirliyinin Kiyev rejiminin cinayətlərinə görə xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik də Ukrayna liderinin BMT-dəki çıxışını "saxta ştamplar toplusu" adlandırıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/1c/439697936_0:0:2667:2000_1920x0_80_0_0_00d6ca58fe08787cb73d6a09d6531391.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
vladimir zelenski, ukrayna, iqlim dəyişikliyi, qlobal iqlim dəyişikliyi
vladimir zelenski, ukrayna, iqlim dəyişikliyi, qlobal iqlim dəyişikliyi
Zelenski Qərbin dəstəyini qazanmaq üçün iqlim dəyişikliyindən danışıb
Zelenski bu yolla "BMT üzvlərinə eşitmək istədiklərini söyləməyə" çalışıb.
BAKI, 21 sentyabr — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenskinin BMT Baş Assambleyasında iqlim dəyişikliyi ilə bağlı dediyi sözlər Qərb ölkələrinin rəğbətini qazanmaq məqsədini daşıyır.
Bu fikri "Fox News" kanalının aparıcısı Cessi Uoters "YouTube"da dərc olunan xəbər buraxılışında bildirib.
Ukrayna lideri çıxışı zamanı orada olanlara iqlim böhranını xatırladıb. Uotersə görə, Zelenski bu yolla "BMT üzvlərinə eşitmək istədiklərini söyləməyə" çalışıb.
"Görünür, o, sadəcə olaraq Ukraynaya Qərbdən sabit və güclü dəstək qazanmağa çalışır. Bu məqsədlə də Qərbin dilində danışır və onun "yaşıl Allahına" müraciət edir", - deyə aparıcı ironiya ilə qeyd edib.
Bundan əvvəl Dövlət Dumasının Krım Respublikasından olan deputatı Mixail Şeremet Zelenskinin BMT Baş Assambleyasındakı çıxışını biabırçılıq adlandırıb. Onun sözlərinə görə, beynəlxalq təşkilat dövlətlərarası səviyyədə qalmaqallar, çəkişmələr və maliyyə münasibətlərinin aydınlaşdırılması səviyyəsinə düşüb.
Rusiya Xarici İşlər Nazirliyinin Kiyev rejiminin cinayətlərinə görə xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik də Ukrayna liderinin BMT-dəki çıxışını "saxta ştamplar toplusu" adlandırıb.