https://sputnik.az/20230921/xn-sozcusu-antiterror-tedbirleri-zamani-mulki-ehali-hedef-alinmayib-458827201.html
XİN sözçüsü: "Antiterror tədbirləri zamanı mülki əhali hədəf alınmayıb"
XİN sözçüsü: "Antiterror tədbirləri zamanı mülki əhali hədəf alınmayıb"
Sputnik Azərbaycan
Rəsmi Bakı Qarabağ bölgəsində yaşayan etnik erməniləri Azərbaycan cəmiyyətinin bir hissəsi hesab edir 21.09.2023, Sputnik Azərbaycan
2023-09-21T16:23+0400
2023-09-21T16:23+0400
2023-09-21T16:23+0400
ayxan hacızadə
siyasət
qarabağ
https://cdnn1.img.sputnik.az/img/07e7/06/02/455520922_0:56:923:575_1920x0_80_0_0_121f84f6845f2b012da5687226a58e3a.jpg
BAKI, 21 sentyabr — Sputnik. "44 günlük müharibədən bu yana, son 3 il ərzində Azərbaycan dəfələrlə bildirib ki, ermənilər də daxil olmaqla bütün etnik qrupların qanunvericilik və konstitusiyada nəzərdə tutulmuş bütün hüquqlarını təmin etməyə hazırdır". Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə "The İnsider" nəşrinə müsahibəsində deyib. O bildirib ki, rəsmi Bakı Qarabağ bölgəsində yaşayan etnik erməniləri Azərbaycan cəmiyyətinin bir hissəsi hesab edir: "Milli qanunvericiliyə uyğun olaraq onların hüquq və təhlükəsizliyini qorumağa hər zaman hazırıq". A.Hacızadə qeyd edib ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatının 4-cü maddəsinə indiyədək əməl etməyib: "Ermənistan silahlı qüvvələri Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi ilə paralel olaraq geri çəkilməli idi, lakin bu yerinə yetirilməyib. Son bir neçə gün ərzində Ermənistan qoşunlarının hərbi eskalasiyaya səbəb olan təxribat-kəşfiyyat əməliyyatı nəticəsində altı polis və iki mülki şəxs həlak olub". XİN rəsmisi bildirib ki, Azərbaycan Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı yüksək dəqiqlikli silahlardan istifadə edib: "Demək olar ki, heç bir mülki obyekt vurulmayıb. Lakin 44 günlük genişmiqyaslı müharibəyə nəzər saldıqda görərik ki, Azərbaycan tərəfdən mülki əhali arasında itkilər Ermənistan tərəfinin itkilərindən qat-qat çox olub. Bu o deməkdir ki, Azərbaycan heç vaxt mülki əhalini hədəfə almayıb".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/02/455520922_42:0:882:630_1920x0_80_0_0_1d7b563f045d4e9dba465ab863560368.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ayxan hacızadə, qarabağ
XİN sözçüsü: "Antiterror tədbirləri zamanı mülki əhali hədəf alınmayıb"
Rəsmi Bakı Qarabağ bölgəsində yaşayan etnik erməniləri Azərbaycan cəmiyyətinin bir hissəsi hesab edir
BAKI, 21 sentyabr — Sputnik. "44 günlük müharibədən bu yana, son 3 il ərzində Azərbaycan dəfələrlə bildirib ki, ermənilər də daxil olmaqla bütün etnik qrupların qanunvericilik və konstitusiyada nəzərdə tutulmuş bütün hüquqlarını təmin etməyə hazırdır".
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə "The İnsider" nəşrinə müsahibəsində deyib.
O bildirib ki, rəsmi Bakı Qarabağ bölgəsində yaşayan etnik erməniləri Azərbaycan cəmiyyətinin bir hissəsi hesab edir: "Milli qanunvericiliyə uyğun olaraq onların hüquq və təhlükəsizliyini qorumağa hər zaman hazırıq".
A.Hacızadə qeyd edib ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatının 4-cü maddəsinə indiyədək əməl etməyib: "Ermənistan silahlı qüvvələri Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi ilə paralel olaraq geri çəkilməli idi, lakin bu yerinə yetirilməyib. Son bir neçə gün ərzində Ermənistan qoşunlarının hərbi eskalasiyaya səbəb olan təxribat-kəşfiyyat əməliyyatı nəticəsində altı polis və iki mülki şəxs həlak olub".
XİN rəsmisi bildirib ki, Azərbaycan Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı yüksək dəqiqlikli silahlardan istifadə edib: "Demək olar ki, heç bir mülki obyekt vurulmayıb. Lakin 44 günlük genişmiqyaslı müharibəyə nəzər saldıqda görərik ki, Azərbaycan tərəfdən mülki əhali arasında itkilər Ermənistan tərəfinin itkilərindən qat-qat çox olub. Bu o deməkdir ki, Azərbaycan heç vaxt mülki əhalini hədəfə almayıb".