CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İran Azərbaycan və Ermənistana uçuşlara qoyulan qadağanı götürdü

© AP Photo / Hasan SarbakhshianİranAir hava şirkətinin təyyarəsi
İranAir hava şirkətinin təyyarəsi - Sputnik Azərbaycan, 1920, 21.09.2023
Abunə olmaq
İran hakimiyyəti sentyabrın 20-də Azərbaycan və Ermənistana bütün reysləri, həmçinin bu ölkələrdən İslam Respublikasına uçuşları ləğv edib.
BAKI, 21 sentyabr — Sputnik. İran Azərbaycan və Ermənistana, eləcə də bu ölkələrdən İslam Respublikasına uçuşlara qoyulmuş qadağanı aradan qaldırıb. Bu barədə ISNA agentliyi İranın Mülki Aviasiya Təşkilatının nümayəndəsinə istinadən məlumat yayıb.
"Qarabağda hərbi əməliyyatların başlaması ilə bağlı xəbərlər gələndə biz uçuşlara qadağa qoyduq. Atəşkəslə bağlı razılaşma məlum oldu, ona görə də bəzi uçuşlara icazə verildi", - Təşkilatın nümayəndəsi bildirib.
Xatırladaq ki, İran hakimiyyəti sentyabrın 20-də Azərbaycan və Ermənistana bütün reysləri, həmçinin bu ölkələrdən İslam Respublikasına uçuşları ləğv edib. Bildirilib ki, bu qərar sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə - növbəti xəbərdarlığa qədər verilib.
Xəbər lenti
0