https://sputnik.az/20230921/qarabagdaki-son-hadiselerin-pasinyan-ve-ermenistan-dovletine-aidiyyati-yoxdur---erdogan-458840897.html
Qarabağdakı son hadisələrin Paşinyan və Ermənistan dövlətinə aidiyyatı yoxdur - Ərdoğan
Qarabağdakı son hadisələrin Paşinyan və Ermənistan dövlətinə aidiyyatı yoxdur - Ərdoğan
Sputnik Azərbaycan
Türkiyə prezidenti qeyd edib ki, separatçıların sözdə seçki keçirmək cəhdləri həm Ermənistanın baş nazirini, həm də Azərbaycanı ciddi narahat edib. 21.09.2023, Sputnik Azərbaycan
2023-09-21T22:12+0400
2023-09-21T22:12+0400
2023-09-21T22:14+0400
qarabağın dirçəlişi və reinteqrasiyası
ərdoğan
rəcəb tayyip ərdoğan
ermənistanın baş naziri nikol paşinyan
nikol paşinyan
türkiyə
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1b/457194873_0:160:3072:1888_1920x0_80_0_0_54d9771a4f4822e8cc9b67aa9cd89e51.jpg
BAKI, 21 sentyabr - Sputnik. Bu son hadisə (Azərbaycanın Qarabağda antiterror tədbirləri - red. ) Paşinyanla bağlı deyil. Bunun Ermənistan dövlətinə aidiyyatı yoxdur.Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkdan geri dönərkən türk jurnalistlərin suallarına cavabında bildirib.Türkiyə lideri deyib ki, bu, Qarabağda talançı erməni separatçıları ilə bağlı məsələdir.Onun sözlərinə görə, Azərbaycan Qarabağda separatçı erməni qüvvələrinə qarşı həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri 24 saatdan da az vaxt ərzində uğurla başa çatıb:“Bu, qismən Qarabağda talançı erməni komandası ilə bağlı məsələdir. Onların “prezident seçkiləri”ni özünəməxsus şəkildə keçirmək cəhdi həm Ermənistanın baş naziri Nikol Paşinyanı, həm də Azərbaycanı ciddi narahat edib. Çünki Azərbaycan bu hadisəyə “hələ də davam edən bir prosesi alovlandırırlar” kimi baxırdı. Bu arada, təbii ki, qardaşlarımızın şəhid olması hadisəni çox fərqli səviyyəyə qaldırdı.Xəbərdarlıqlar edildi, lakin bütün bu xəbərdarlıqlara baxmayaraq, əksinə, prosesi davam etdirdilər. Hadisə belə davam etdiyi üçün də, Azərbaycan müvafiq addım atdı. Və daha da gecikmədən orada əməliyyatlarını yekunlaşdırdılar. Antiterror tədbirləri bitdikdən sonra mənə dedilər ki, 90-a yaxın vacib nöqtə məhv edilib. Yəni 90 mövqe vurulmaqla artıq tədbirlər bitib”.Ərdoğan bildirib ki, antiterror tədbirləri ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı olub:“Bu məqamda o, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxışıma görə mənə təşəkkür etdi və “Yəqin ki, bir daha orada nəfəs ala bilməyəcəklər. Biz işi yenicə bitirdik. Heç bir problem yoxdur. Biz buna son qoyduq” dedi” - deyə Ərdoğan bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1b/457194873_171:0:2902:2048_1920x0_80_0_0_097b82fc432361f283fa7fb50fa84b12.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ərdoğan, rəcəb tayyip ərdoğan, ermənistanın baş naziri nikol paşinyan, nikol paşinyan, türkiyə, prezident ilham əliyev
ərdoğan, rəcəb tayyip ərdoğan, ermənistanın baş naziri nikol paşinyan, nikol paşinyan, türkiyə, prezident ilham əliyev
Qarabağdakı son hadisələrin Paşinyan və Ermənistan dövlətinə aidiyyatı yoxdur - Ərdoğan
22:12 21.09.2023 (Yenilənib: 22:14 21.09.2023) Türkiyə prezidenti qeyd edib ki, separatçıların sözdə seçki keçirmək cəhdləri həm Ermənistanın baş nazirini, həm də Azərbaycanı ciddi narahat edib.
BAKI, 21 sentyabr - Sputnik. Bu son hadisə (Azərbaycanın Qarabağda antiterror tədbirləri - red. ) Paşinyanla bağlı deyil. Bunun Ermənistan dövlətinə aidiyyatı yoxdur.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkdan geri dönərkən türk jurnalistlərin suallarına cavabında bildirib.
Türkiyə lideri deyib ki, bu, Qarabağda talançı erməni separatçıları ilə bağlı məsələdir.
Onun sözlərinə görə, Azərbaycan Qarabağda separatçı erməni qüvvələrinə qarşı həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri 24 saatdan da az vaxt ərzində uğurla başa çatıb:
“Bu, qismən Qarabağda talançı erməni komandası ilə bağlı məsələdir. Onların “prezident seçkiləri”ni özünəməxsus şəkildə keçirmək cəhdi həm Ermənistanın baş naziri Nikol Paşinyanı, həm də Azərbaycanı ciddi narahat edib. Çünki Azərbaycan bu hadisəyə “hələ də davam edən bir prosesi alovlandırırlar” kimi baxırdı. Bu arada, təbii ki, qardaşlarımızın şəhid olması hadisəni çox fərqli səviyyəyə qaldırdı.
Xəbərdarlıqlar edildi, lakin bütün bu xəbərdarlıqlara baxmayaraq, əksinə, prosesi davam etdirdilər. Hadisə belə davam etdiyi üçün də, Azərbaycan müvafiq addım atdı. Və daha da gecikmədən orada əməliyyatlarını yekunlaşdırdılar. Antiterror tədbirləri bitdikdən sonra mənə dedilər ki, 90-a yaxın vacib nöqtə məhv edilib. Yəni 90 mövqe vurulmaqla artıq tədbirlər bitib”.
Ərdoğan bildirib ki, antiterror tədbirləri ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı olub:
“Bu məqamda o, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxışıma görə mənə təşəkkür etdi və “Yəqin ki, bir daha orada nəfəs ala bilməyəcəklər. Biz işi yenicə bitirdik. Heç bir problem yoxdur. Biz buna son qoyduq” dedi” - deyə Ərdoğan bildirib.