https://sputnik.az/20230921/polsa-hokumeti-kiyevin-beyanatlari-ve-jestleri-qebuledilmezdir-458822419.html
Polşa hökuməti: Kiyevin bəyanatları və jestləri qəbuledilməzdir
Polşa hökuməti: Kiyevin bəyanatları və jestləri qəbuledilməzdir
Sputnik Azərbaycan
Kiyev və Varşava arasında mübahisələr son vaxtlar Ukraynanın kənd təsərrüfatı məhsullarının Avropa İttifaqı ölkələrinə tədarükü fonunda yaranıb. 21.09.2023, Sputnik Azərbaycan
2023-09-21T21:58+0400
2023-09-21T21:58+0400
2023-09-21T21:58+0400
polşa
dünya xəbərləri
ukrayna
taxıl
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/14/425246527_0:0:3258:1833_1920x0_80_0_0_e9afce7b76af39b1e06bea9582a56463.jpg
BAKI, 21 sentyabr - Sputnik. Varşava Ukrayna Prezidenti Vladimir Zelenskinin ofisinin son günlərdəki ritorikasını qəbuledilməz hesab edir. Bu barədə Polşa hökumətin mətbuat katibi Pyotr Müller məlumat verib. "Ukrayna tərəfindən bir sıra tamamilə qəbuledilməz bəyanatlar və diplomatik jestlər ortaya çıxıb", – deyə Polşanın mətbuat agentliyi Müllerin sözlərindən sitat gətirir. Siyasətçi həmçinin əlavə edib ki, Varşava bu cür "əsassız hərəkətləri" qəbul etmir. Xatırladaq ki, Kiyev və Varşava arasında mübahisələr son vaxtlar Ukraynanın kənd təsərrüfatı məhsullarının Avropa İttifaqı (Aİ) ölkələrinə tədarükü fonunda yaranıb. Məsələ ondadır ki, Polşa Avropa Komissiyası (AK) embarqosunun ləğvindən sonra Ukraynadan taxıl idxalına qadağa müddətini uzadıb. Kiyev bu qərarı ağrılı qəbul edib. Belə ki, Ukrayna Polşa, Slovakiya və Macarıstanın öz kənd təsərrüfatı məhsullarının Aİ-yə idxalını qadağan edən qərarlarından Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət edib. Bundan sonra Polşanın Baş naziri Mateuş Moravetski bildirib ki, əgər Kiyev vəziyyəti qızışdırmağa davam edərsə, onların ərazilərindən idxalı qadağan olunan malların siyahısı yalnız genişlənəcək. Bu yaxınlarda Polşanın milli müdafiə naziri Mariuş Blaşak da qeyd edib ki, Ukrayna taxılı ilə bağlı qalmaqal Ukrayna oliqarxlarının maraqları ilə əlaqədardır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/14/425246527_527:0:3258:2048_1920x0_80_0_0_66e6182c59ad2f926c6883159b16df03.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
polşa, ukrayna, taxıl
Polşa hökuməti: Kiyevin bəyanatları və jestləri qəbuledilməzdir
Kiyev və Varşava arasında mübahisələr son vaxtlar Ukraynanın kənd təsərrüfatı məhsullarının Avropa İttifaqı ölkələrinə tədarükü fonunda yaranıb.
BAKI, 21 sentyabr - Sputnik. Varşava Ukrayna Prezidenti Vladimir Zelenskinin ofisinin son günlərdəki ritorikasını qəbuledilməz hesab edir.
Bu barədə Polşa hökumətin mətbuat katibi Pyotr Müller məlumat verib.
"Ukrayna tərəfindən bir sıra tamamilə qəbuledilməz bəyanatlar və diplomatik jestlər ortaya çıxıb", – deyə Polşanın mətbuat agentliyi Müllerin sözlərindən sitat gətirir.
Siyasətçi həmçinin əlavə edib ki, Varşava bu cür "əsassız hərəkətləri" qəbul etmir.
Xatırladaq ki, Kiyev və Varşava arasında mübahisələr son vaxtlar Ukraynanın kənd təsərrüfatı məhsullarının Avropa İttifaqı (Aİ) ölkələrinə tədarükü fonunda yaranıb. Məsələ ondadır ki, Polşa Avropa Komissiyası (AK) embarqosunun ləğvindən sonra Ukraynadan taxıl idxalına qadağa müddətini uzadıb. Kiyev bu qərarı ağrılı qəbul edib.
Belə ki, Ukrayna Polşa, Slovakiya və Macarıstanın öz kənd təsərrüfatı məhsullarının Aİ-yə idxalını qadağan edən qərarlarından Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət edib. Bundan sonra Polşanın Baş naziri Mateuş Moravetski bildirib ki, əgər Kiyev vəziyyəti qızışdırmağa davam edərsə, onların ərazilərindən idxalı qadağan olunan malların siyahısı yalnız genişlənəcək.
Bu yaxınlarda Polşanın milli müdafiə naziri Mariuş Blaşak da qeyd edib ki, Ukrayna taxılı ilə bağlı qalmaqal Ukrayna oliqarxlarının maraqları ilə əlaqədardır.