https://sputnik.az/20230921/mdb-nin-kesfiyyat-xidmetleri-terrorizm-ve-ekstremizme-qarsi-mubarizeni-muzakire-edibler-458796866.html
MDB-nin kəşfiyyat xidmətləri terrorizm və ekstremizmə qarşı mübarizəni müzakirə ediblər
MDB-nin kəşfiyyat xidmətləri terrorizm və ekstremizmə qarşı mübarizəni müzakirə ediblər
Sputnik Azərbaycan
Bu gün MDB və ŞƏT çərçivəsində ilk "Avrasiya-Antiterror - 2023" antiterror təliminin keçirilməsi planlaşdırılır. 21.09.2023, Sputnik Azərbaycan
2023-09-21T11:49+0400
2023-09-21T11:49+0400
2023-09-21T11:49+0400
mdb
siyasət
mdb
mdb ölkələri
bişkek
antiterror
antiterror əməliyyatı
bmt
atət
ktmt
https://cdnn1.img.sputnik.az/img/42287/14/422871496_0:57:2924:1702_1920x0_80_0_0_55821058a14f0f34f2bac549db795b63.jpg
BAKI, 21 sentyabr — Sputnik. Bişkekdə Müstəqil Dövlətlər Birliyinin terrorizm və ekstremizmə qarşı mübarizə üzrə birinci konfransı keçirilib. Konfransda MDB-nin 10 nizamnamə və sahə qurumlarının və səkkiz beynəlxalq təşkilatın, o cümlədən BMT strukturlarının, ATƏT, KTMT və digərlərinin əməkdaşları iştirak ediblər. "Sputnik Qırğızıstan"ın məlumatına görə, onu Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsi və MDB Antiterror Mərkəzi (ATM) təşkil edib. Konfransda Birliyin 8 ölkəsinin - Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın kəşfiyyat xidmətlərinin və digər səlahiyyətli orqanların rəhbərləri iştirak ediblər. Tədbirə ŞƏT-in dörd ölkəsinin - Hindistan, İran, Çin və Pakistanın, eləcə də təşkilatın bir müşahidəçisi olan Monqolustanın nümayəndələri də dəvət olunub. İclasda MDB-nin 10 nizamnamə və sahə qurumlarının və səkkiz beynəlxalq təşkilatın, o cümlədən BMT strukturlarının, ATƏT, KTMT və digərlərinin əməkdaşları iştirak ediblər. Konfrans iştirakçıları terrorizm və ekstremizmə qarşı mübarizə sahəsində milli təcrübə mübadiləsi apararaq bu fəaliyyətlərin elmi təminatının vəziyyətini və terrorizmə qarşı beynəlxalq əməkdaşlığı müzakirə ediblər. Tədbir çərçivəsində tərəflər MDB ATM ilə ŞƏT-in Regional Antiterror Strukturu arasında əvvəllər imzalanmış memorandumun mübadiləsini aparıblar. Sənəd təşkilatlar arasında qarşılıqlı əlaqənin gücləndirilməsi kursunu davam etdirir və antiterror sahəsində əlaqələrin inkişafına əlavə təkan verəcək. Bu gün MDB və ŞƏT çərçivəsində ilk "Avrasiya-Antiterror - 2023" antiterror təliminin keçirilməsi planlaşdırılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42287/14/422871496_141:0:2872:2048_1920x0_80_0_0_8209f6ac6f43746d51dd3e5f35b42a97.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mdb, mdb, mdb ölkələri, bişkek, antiterror, antiterror əməliyyatı, bmt, atət, ktmt
mdb, mdb, mdb ölkələri, bişkek, antiterror, antiterror əməliyyatı, bmt, atət, ktmt
MDB-nin kəşfiyyat xidmətləri terrorizm və ekstremizmə qarşı mübarizəni müzakirə ediblər
Bu gün MDB və ŞƏT çərçivəsində ilk "Avrasiya-Antiterror - 2023" antiterror təliminin keçirilməsi planlaşdırılır.
BAKI, 21 sentyabr — Sputnik. Bişkekdə Müstəqil Dövlətlər Birliyinin terrorizm və ekstremizmə qarşı mübarizə üzrə birinci konfransı keçirilib. Konfransda MDB-nin 10 nizamnamə və sahə qurumlarının və səkkiz beynəlxalq təşkilatın, o cümlədən BMT strukturlarının, ATƏT, KTMT və digərlərinin əməkdaşları iştirak ediblər.
"Sputnik Qırğızıstan"ın məlumatına görə, onu Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsi və MDB Antiterror Mərkəzi (ATM) təşkil edib.
Konfransda Birliyin 8 ölkəsinin - Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın kəşfiyyat xidmətlərinin və digər səlahiyyətli orqanların rəhbərləri iştirak ediblər.
Tədbirə ŞƏT-in dörd ölkəsinin - Hindistan, İran, Çin və Pakistanın, eləcə də təşkilatın bir müşahidəçisi olan Monqolustanın nümayəndələri də dəvət olunub. İclasda MDB-nin 10 nizamnamə və sahə qurumlarının və səkkiz beynəlxalq təşkilatın, o cümlədən BMT strukturlarının, ATƏT, KTMT və digərlərinin əməkdaşları iştirak ediblər.
Konfrans iştirakçıları terrorizm və ekstremizmə qarşı mübarizə sahəsində milli təcrübə mübadiləsi apararaq bu fəaliyyətlərin elmi təminatının vəziyyətini və terrorizmə qarşı beynəlxalq əməkdaşlığı müzakirə ediblər.
Tədbir çərçivəsində tərəflər MDB ATM ilə ŞƏT-in Regional Antiterror Strukturu arasında əvvəllər imzalanmış memorandumun mübadiləsini aparıblar. Sənəd təşkilatlar arasında qarşılıqlı əlaqənin gücləndirilməsi kursunu davam etdirir və antiterror sahəsində əlaqələrin inkişafına əlavə təkan verəcək.
Bu gün MDB və ŞƏT çərçivəsində ilk "Avrasiya-Antiterror - 2023" antiterror təliminin keçirilməsi planlaşdırılır.