SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov ABŞ Prezidenti ilə görüşüb

© Photo : MFAXarici işlər naziri Ceyhun Bayramov ABŞ Prezidenti Co Bayden tərəfindən təşkil edilən qəbulda iştirak edib
Xarici işlər naziri Ceyhun Bayramov  ABŞ Prezidenti Co Bayden tərəfindən təşkil edilən qəbulda iştirak edib - Sputnik Azərbaycan, 1920, 21.09.2023
Abunə olmaq
Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində ABŞ Prezidenti Co Bayden tərəfindən təşkil edilən qəbulda iştirak edib.
BAKI, 21 sentyabr — Sputnik. Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində ABŞ Prezidenti Co Bayden tərəfindən təşkil edilən qəbulda iştirak edib.
Bu barədə Azərbaycan XİN-in "X" platformasında məlumat verilib. Qəbul çərçivəsində Azərbaycan XİN rəhbəri ABŞ Prezidenti Co Baydenlə görüşüb.
18.09.23, 11:56
Ceyhun Bayramov Nyu-Yorka gedib: Baydenlə görüş olacaq?
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün ABŞ-nin Nyu-York şəhərinə yola düşüb.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər zamanı Ceyhun Bayramovun Baş Assambleyanın plenar sessiyasında çıxışı, sessiya çərçivəsində keçiriləcək tədbirlərdə iştirakı, habelə xarici dövlətlərin rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, sentyabrın 6-da Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyası öz işinə başlayıb.
Tədbirlər 19-25 sentyabr tarixlərində beynəlxalq vəziyyətə baxışlarını təqdim etmək və qlobal çağırışlarla mübarizə istiqamətlərini müəyyən etmək üçün dünyanın hər yerindən liderləri və xarici işlər nazirlərini bir araya gətirəcək yüksək səviyyəli həftədə yekunlaşacaq.
Yüksək səviyyəli həftənin özü ənənəvi olaraq Braziliya prezidenti Luis İnasio Lula da Silvanın çıxışı ilə açılacaqdır. Ondan sonra ABŞ prezidenti Co Bayden söz alacaq. Bayden bu il BMT Baş Assambleyasına qatılacaq "Böyük beşlik" liderlərindən yeganə olacaq. Rusiya, Böyük Britaniya, Çin və Fransa liderləri bu il Nyu-Yorka səfər etməyi planlaşdırmırlar.
Ceyhun Bayramovun tədbir çərçivəsində ABŞ prezidenti Co Baydenlə görüşüb-görüşməyəcəyi hələlik bəlli deyil.
Xəbər lenti
0