https://sputnik.az/20230921/azerbaycan-xarice-bioloji-feal-qida-elaveleri-ixrac-edecek-458814233.html
Azərbaycan xaricə bioloji fəal qida əlavələri ixrac edəcək
Azərbaycan xaricə bioloji fəal qida əlavələri ixrac edəcək
Sputnik Azərbaycan
Ümumilikdə 2018-ci ilin aprel ayından 2023-cü ilin sentyabr ayına kimi 659 adda məhsula sərbəst satış sertifikatı təqdim olunub. 21.09.2023, Sputnik Azərbaycan
2023-09-21T23:29+0400
2023-09-21T23:29+0400
2023-09-21T23:29+0400
qida əlavələri
cəmiyyət
rusiya
gürcüstan
https://cdnn1.img.sputnik.az/img/42320/26/423202634_0:0:3001:1688_1920x0_80_0_0_286129fa3eafc53aedb0dbed405009af.jpg
BAKI, 21 sentyabr — Sputnik. Azərbaycanda istehsal olunan bioloji fəallığa malik qida əlavəsi məhsullarının Rusiya və Gürcüstana ixracına hazırlıq gedir. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) məlumat yayıb. Məlumata görə, qurumun operatoru olduğu "Azexport" portalı növbəti dəfə Sərbəst Satış Sertifikatları ("Certificate of Free Sale") təqdim edib. Bu sənədlər ölkə prezidentinin 12 sentyabr 2017-ci il tarixli fərmanına uyğun olaraq təqdim olunub, ixrac olunan malın Azərbaycanda sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiq edir. Ümumilikdə 2018-ci ilin aprel ayından 2023-cü ilin sentyabr ayına kimi 659 adda məhsula sərbəst satış sertifikatı təqdim olunub. Sertifikatın verilməsi "Made in Azerbaijan" məhsullarının əvvəllər ixracında çətinlik yaranan 100-dən artıq Amerika, Asiya, Avropa, Okeaniya və Körfəz ölkələrinə ixracını asanlaşdırıb. Sərbəst Satış Sertifikatı əldə etmək istəyən sahibkarlar www.azexport.az portalı vasitəsilə müraciət edə bilərlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42320/26/423202634_0:0:2667:2000_1920x0_80_0_0_38be9e7a1664876af0681aa5de3d7bdc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qida əlavələri, rusiya, gürcüstan
qida əlavələri, rusiya, gürcüstan
Azərbaycan xaricə bioloji fəal qida əlavələri ixrac edəcək
Ümumilikdə 2018-ci ilin aprel ayından 2023-cü ilin sentyabr ayına kimi 659 adda məhsula sərbəst satış sertifikatı təqdim olunub.
BAKI, 21 sentyabr — Sputnik. Azərbaycanda istehsal olunan bioloji fəallığa malik qida əlavəsi məhsullarının Rusiya və Gürcüstana ixracına hazırlıq gedir.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) məlumat yayıb.
Məlumata görə, qurumun operatoru olduğu "Azexport" portalı növbəti dəfə Sərbəst Satış Sertifikatları ("Certificate of Free Sale") təqdim edib. Bu sənədlər ölkə prezidentinin 12 sentyabr 2017-ci il tarixli fərmanına uyğun olaraq təqdim olunub, ixrac olunan malın Azərbaycanda sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiq edir.
Ümumilikdə 2018-ci ilin aprel ayından 2023-cü ilin sentyabr ayına kimi 659 adda məhsula sərbəst satış sertifikatı təqdim olunub. Sertifikatın verilməsi "Made in Azerbaijan" məhsullarının əvvəllər ixracında çətinlik yaranan 100-dən artıq Amerika, Asiya, Avropa, Okeaniya və Körfəz ölkələrinə ixracını asanlaşdırıb.
Sərbəst Satış Sertifikatı əldə etmək istəyən sahibkarlar www.azexport.az portalı vasitəsilə müraciət edə bilərlər.