https://sputnik.az/20230921/azerbaycan-mudafie-ve-milli-tehlukesizlik-xerclerini-artirir-458823592.html
Azərbaycan müdafiə və milli təhlükəsizlik xərclərini artırır
Azərbaycan müdafiə və milli təhlükəsizlik xərclərini artırır
Sputnik Azərbaycan
2024-cü ilin dövlət büdcəsində 3,0 milyard manat maliyyə təminatının yaradılması nəzərdə tutulur. 21.09.2023, Sputnik Azərbaycan
2023-09-21T15:50+0400
2023-09-21T15:50+0400
2023-09-21T15:50+0400
azərbaycan
iqtisadiyyat
müdafiə
təhlükəsizlik
maliyyə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e4/07/11/424457506_0:76:1960:1179_1920x0_80_0_0_10040a682b0e5c5703f6f9119a302ca6.jpg
BAKI, 21 sentyabr — Sputnik. Gələn il Azərbaycanda müdafiə və milli təhlükəsizlik üzrə xərclərə 6421,0 milyon manat ayrılması nəzərdə tutulur. Başqa sözlə, müdafiə və milli təhlükəsizlik üzrə xərclərin xüsusi çəkisi büdcədə 17,7 faiz olacaq. Sputnik Azərbaycan xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında öz əksini tapıb. Beləliklə, gələn il müdafiə və milli təhlükəsizlik üzrə xərclər 6 faizdən çox artırılır. Sənəddə qeyd edilib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra ölkəmiz tərəfindən bölgədə ədalətli və davamlı sülhün bərqərar olunması və iki ölkə arasında münasibətlərin normallaşdırılması məqsədilə bir sıra siyasi-diplomatik xarakterli addımlar atılıb. Lakin, Ermənistan hökumətinin sülh prosesinə qeyri-konstruktiv yanaşma sərgiləməsi, müşahidə olunan separatizm meyilləri və bölgədə sabitlik və əməkdaşlıq mühitinin formalaşması ilə bağlı cəhdlərin nəticəsiz qalması arzu olunan sülh və sabitliyə qarşı təhdidlər yaradır. Bu baxımdan, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədilə ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi və hərbi potensialın artırılması ilə bağlı tədbirlərin davam etdirilməsi üçün 2024-cü ilin dövlət büdcəsində 3,0 milyard manat maliyyə təminatının yaradılması nəzərdə tutulur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/11/424457506_144:0:1817:1255_1920x0_80_0_0_9677f55ac0d56d506132e18e4b4a249a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azərbaycan, müdafiə, təhlükəsizlik, maliyyə nazirliyi
azərbaycan, müdafiə, təhlükəsizlik, maliyyə nazirliyi
Azərbaycan müdafiə və milli təhlükəsizlik xərclərini artırır
2024-cü ilin dövlət büdcəsində 3,0 milyard manat maliyyə təminatının yaradılması nəzərdə tutulur.
BAKI, 21 sentyabr — Sputnik. Gələn il Azərbaycanda müdafiə və milli təhlükəsizlik üzrə xərclərə 6421,0 milyon manat ayrılması nəzərdə tutulur. Başqa sözlə, müdafiə və milli təhlükəsizlik üzrə xərclərin xüsusi çəkisi büdcədə 17,7 faiz olacaq.
Sputnik Azərbaycan xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında öz əksini tapıb.
Beləliklə, gələn il müdafiə və milli təhlükəsizlik üzrə xərclər 6 faizdən çox artırılır.
Sənəddə qeyd edilib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra ölkəmiz tərəfindən bölgədə ədalətli və davamlı sülhün bərqərar olunması və iki ölkə arasında münasibətlərin normallaşdırılması məqsədilə bir sıra siyasi-diplomatik xarakterli addımlar atılıb. Lakin, Ermənistan hökumətinin sülh prosesinə qeyri-konstruktiv yanaşma sərgiləməsi, müşahidə olunan separatizm meyilləri və bölgədə sabitlik və əməkdaşlıq mühitinin formalaşması ilə bağlı cəhdlərin nəticəsiz qalması arzu olunan sülh və sabitliyə qarşı təhdidlər yaradır. Bu baxımdan, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədilə ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi və hərbi potensialın artırılması ilə bağlı tədbirlərin davam etdirilməsi üçün 2024-cü ilin dövlət büdcəsində 3,0 milyard manat maliyyə təminatının yaradılması nəzərdə tutulur.