https://sputnik.az/20230921/azerbaycan-herbi-deniz-quvvelerinin-komandani-abs-a-gedib-458730573.html
Üç ölkənin dəniz qüvvələri arasında hərbi əməkdaşlıq müzakirə olunub
Üç ölkənin dəniz qüvvələri arasında hərbi əməkdaşlıq müzakirə olunub
Sputnik Azərbaycan
Görüşlərdə hərbi, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı... 21.09.2023, Sputnik Azərbaycan
2023-09-21T14:13+0400
2023-09-21T14:13+0400
2023-09-21T14:20+0400
hərbi
hərbi dəniz qüvvələri
abş
https://cdnn1.img.sputnik.az/img/07e6/06/15/443164787_0:94:1000:657_1920x0_80_0_0_f80f39a778257153923be0eac7708e0a.jpg
BAKI, 21 sentyabr - Sputnik. Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyuport şəhərində 90 ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanları ilə yanaşı, müxtəlif mühüm dəniz təşkilatlarının nümayəndələrinin də iştirakı ilə keçirilən 25-ci Beynəlxalq Dəniz Gücü Simpoziumu davam edir.Müdafiə Nazirliyindən verilən xəbərə görə, simpozium çərçivəsində Azərbaycan HDQ komandanı vitse-admiral Sübhan Bəkirov Türkiyə Respublikasının HDQ komandanı donanma admiralı Ercüment Tatlıoğlu və Amerika Birləşmiş Ştatlarının HDQ komandanı admiral Liza Franketti ilə görüşüb. Görüşlərdə Azərbaycan-Türkiyə və Azərbaycan-ABŞ HDQ arasında hərbi, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.18.09.23, 19:03Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı ABŞ-a gedibAzərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı vitse-admiral Sübhan Bəkirov ABŞ-ın Dəniz Qüvvələri Komandanlığının dəvəti ilə bu ölkədə səfərdədir.Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.Vitse-admiral S.Bəkirov ABŞ-ın Nyuport şəhərində 90 ölkənin HDQ komandanları ilə yanaşı, müxtəlif mühüm dəniz təşkilatlarının iştirakı ilə keçiriləcək 25-ci Beynəlxalq Dəniz Gücü Simpoziumunda iştirak edəcək.Tədbirin keçirilməsində əsas məqsəd dəniz nəqliyyatında Hərbi Dəniz Qüvvələri ilə mülki dəniz təşkilatları arasında naviqasiya təhlükəsizliyinin təmin edilməsi, həmçinin baş verə biləcək təhdidlərə qarşı birgə mübarizənin təşkili mövzuları üzrə müzakirələrin aparılmasıdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/15/443164787_0:0:1000:750_1920x0_80_0_0_2903dec0b548dee9d52cc7aecf91176c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hərbi dəniz qüvvələri, abş
hərbi dəniz qüvvələri, abş
Üç ölkənin dəniz qüvvələri arasında hərbi əməkdaşlıq müzakirə olunub
14:13 21.09.2023 (Yenilənib: 14:20 21.09.2023) Görüşlərdə hərbi, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
BAKI, 21 sentyabr - Sputnik. Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyuport şəhərində 90 ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanları ilə yanaşı, müxtəlif mühüm dəniz təşkilatlarının nümayəndələrinin də iştirakı ilə keçirilən 25-ci Beynəlxalq Dəniz Gücü Simpoziumu davam edir.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, simpozium çərçivəsində Azərbaycan HDQ komandanı vitse-admiral Sübhan Bəkirov Türkiyə Respublikasının HDQ komandanı donanma admiralı Ercüment Tatlıoğlu və Amerika Birləşmiş Ştatlarının HDQ komandanı admiral Liza Franketti ilə görüşüb.
Görüşlərdə Azərbaycan-Türkiyə və Azərbaycan-ABŞ HDQ arasında hərbi, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı ABŞ-a gedib
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı vitse-admiral Sübhan Bəkirov ABŞ-ın Dəniz Qüvvələri Komandanlığının dəvəti ilə bu ölkədə səfərdədir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Vitse-admiral S.Bəkirov ABŞ-ın Nyuport şəhərində 90 ölkənin HDQ komandanları ilə yanaşı, müxtəlif mühüm dəniz təşkilatlarının iştirakı ilə keçiriləcək 25-ci Beynəlxalq Dəniz Gücü Simpoziumunda iştirak edəcək.
Tədbirin keçirilməsində əsas məqsəd dəniz nəqliyyatında Hərbi Dəniz Qüvvələri ilə mülki dəniz təşkilatları arasında naviqasiya təhlükəsizliyinin təmin edilməsi, həmçinin baş verə biləcək təhdidlərə qarşı birgə mübarizənin təşkili mövzuları üzrə müzakirələrin aparılmasıdır.