https://sputnik.az/20230921/azerbaycan-antiterror-tedbirleri-gormeye-mecbur-qaldi---hikmet-haciyev-458813091.html
Azərbaycan antiterror tədbirləri görməyə məcbur qaldı - Hikmət Hacıyev
Azərbaycan antiterror tədbirləri görməyə məcbur qaldı - Hikmət Hacıyev
Sputnik Azərbaycan
Prezident köməkçisi bildirib ki, Azərbaycan heç bir halda mülki şəxsləri hədəf almayıb. 21.09.2023, Sputnik Azərbaycan
2023-09-21T12:17+0400
2023-09-21T12:17+0400
2023-09-21T12:17+0400
qarabağın dirçəlişi və reinteqrasiyası
ermənistan
antiterror əməliyyatı
antiterror xidməti
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/04/425107325_0:320:3072:2048_1920x0_80_0_0_17ef48cf8c5e54e2c41029503cd3fb04.jpg
BAKI, 21 sentyabr — Sputnik. "Ermənistan silahlı qüvvələrinin Qarabağda qeyri-qanuni mövcudluğu regional sülh və təhlükəsizliyə ciddi problem idi". Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev "BBC News"a müsahibəsində deyib. "Azərbaycan həmişə bildirib ki, qeyri-qanuni hərbi birləşmələrin Azərbaycan ərazisindəki mövcudluğu regional sülh və təhlükəsizliyin təmin edilməsinə böyük problemlər yaratmağa davam edir. Lakin buna baxmayaraq, Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda yer alan "Azərbaycan ərazisindəki silahlı erməni birləşmələrinin çıxarılmalıdır" öhdəliyini icra etməkdən boyun qaçırıb", - o, vurğulayıb. H.Hacıyev Ermənistanın hərbi quruculuğunu davam etdirdiyinə də diqqət çəkib və qeyd edib ki, bu fonda Azərbaycan lokal antiterror tədbirləri görməyə məcbur qaldı: "Ermənistan Azərbaycan ərazisində hərbi quruculuğunu davam etdirir və biz 10 min hərbçinin Azərbaycanın suveren ərazisində olmasından danışırıq. Bundan başqa, 100 tank elementi, 200 artilleriya hissəsi və raket mövcuddur. Azərbaycan dəfələrlə bunlarla bağlı çağırışlar edib, ancaq təəssüf ki, onlar Azərbaycanın çağırışlarına diqqət yetirməyiblər. Buna görə də Azərbaycan ərazisində lokal antiterror tədbirləri görməyə məcbur qaldı. Başqa seçim yox idi. Bu tədbir lokal və məhdud xarakter daşıyırdı. Biz genişmiqyaslı hərbi əməliyyatdan qətiyyən danışmırıq". Prezident köməkçisi onu da söyləyib ki, Azərbaycan heç bir halda mülki şəxsləri hədəf almayıb: "Ancaq azərbaycanlı mülki şəxslər və polis əməkdaşları Ermənistanın Azərbaycanın Qarabağ regionundakı qanunsuz hərbi birləşmələrin təxribatçı qrupları tərəfindən basdırılmış mina qurbanı oldular".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/04/425107325_341:0:3072:2048_1920x0_80_0_0_7684b06120200263ad3e4c8a424eb801.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistan, antiterror əməliyyatı, antiterror xidməti
ermənistan, antiterror əməliyyatı, antiterror xidməti
Azərbaycan antiterror tədbirləri görməyə məcbur qaldı - Hikmət Hacıyev
Prezident köməkçisi bildirib ki, Azərbaycan heç bir halda mülki şəxsləri hədəf almayıb.
BAKI, 21 sentyabr — Sputnik. "Ermənistan silahlı qüvvələrinin Qarabağda qeyri-qanuni mövcudluğu regional sülh və təhlükəsizliyə ciddi problem idi".
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev "BBC News"a müsahibəsində deyib.
"Azərbaycan həmişə bildirib ki, qeyri-qanuni hərbi birləşmələrin Azərbaycan ərazisindəki mövcudluğu regional sülh və təhlükəsizliyin təmin edilməsinə böyük problemlər yaratmağa davam edir. Lakin buna baxmayaraq, Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda yer alan "Azərbaycan ərazisindəki silahlı erməni birləşmələrinin çıxarılmalıdır" öhdəliyini icra etməkdən boyun qaçırıb", - o, vurğulayıb.
H.Hacıyev Ermənistanın hərbi quruculuğunu davam etdirdiyinə də diqqət çəkib və qeyd edib ki, bu fonda Azərbaycan lokal antiterror tədbirləri görməyə məcbur qaldı: "Ermənistan Azərbaycan ərazisində hərbi quruculuğunu davam etdirir və biz 10 min hərbçinin Azərbaycanın suveren ərazisində olmasından danışırıq. Bundan başqa, 100 tank elementi, 200 artilleriya hissəsi və raket mövcuddur. Azərbaycan dəfələrlə bunlarla bağlı çağırışlar edib, ancaq təəssüf ki, onlar Azərbaycanın çağırışlarına diqqət yetirməyiblər. Buna görə də Azərbaycan ərazisində lokal antiterror tədbirləri görməyə məcbur qaldı. Başqa seçim yox idi. Bu tədbir lokal və məhdud xarakter daşıyırdı. Biz genişmiqyaslı hərbi əməliyyatdan qətiyyən danışmırıq".
Prezident köməkçisi onu da söyləyib ki, Azərbaycan heç bir halda mülki şəxsləri hədəf almayıb: "Ancaq azərbaycanlı mülki şəxslər və polis əməkdaşları Ermənistanın Azərbaycanın Qarabağ regionundakı qanunsuz hərbi birləşmələrin təxribatçı qrupları tərəfindən basdırılmış mina qurbanı oldular".