SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Yaranmış vəziyyət Qarabağda yaşayan sadə insanlar üçün tarixi bir şansdır - Prezident

Prezident İlham Əliyev - Sputnik Azərbaycan, 1920, 20.09.2023
Abunə olmaq
Dövlətimizin başçısı bildirib ki, Azərbaycan çoxmillətli dövlətdir və bu, bizim böyük sərvətimizdir.
BAKI, 20 sentyabr - Sputnik. "Azərbaycan azad cəmiyyətdir. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Bu, bizim böyük sərvətimizdir". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində səsləndirib.
Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi bunu görür. Bunu izah etməyə ehtiyac yoxdur. Bu, bizim həyat tərzimizdir.

“Heç vaxt Azərbaycanda dini, milli zəmində ayrı-seçkilik olmayıb və olmayacaq, ikinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Bütün millətlərin nümayəndələri, bütün etnik qrupların, bütün konfessiyaların nümayəndələri bir yumruq kimi birləşdi - Azərbaycan uğrunda, ləyaqət uğrunda, Vətən uğrunda! Ona görə biz Qarabağda yaşayan erməni əhalisini bax, buna dəvət edirik”, - deyə dövlətimizin başçısı əlavə edib.

Prezident onu da bildirib ki, bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb və tövsiyə edib ki, o şansı əldən verməsinlər.
Dövlətimizin başçısı qeyd edib ki, biz buna hazırıq və Azərbaycan xalqı bilir.

"Əminəm, erməni xalqı da bilir ki, mənim sözüm sözdür. Biz bunu təklif edirik və ümid edirəm ki, bizim təklifimiz qəbul ediləcək. Çünki bu, məntiqə, tarixi ədalətə, beynəlxalq hüquqa və gələcək inkişafa əsaslanan və gələcək inkişafa hesablanan təklifdir", - deyə Prezident bildirib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0