https://sputnik.az/20230920/qerbi-azerbaycan-cmasi-bmt-komitesine-ermenistanla-bagli-hesabat-teqdim-edib-458777432.html
Qərbi Azərbaycan İcması BMT Komitəsinə Ermənistanla bağlı hesabat təqdim edib
Qərbi Azərbaycan İcması BMT Komitəsinə Ermənistanla bağlı hesabat təqdim edib
Sputnik Azərbaycan
Sözçü vurğulayıb ki, Qərbi Azərbaycan İcması Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququnun bərpa edilməsi istiqamətində beynəlxalq konvensiyalar... 20.09.2023, Sputnik Azərbaycan
2023-09-20T14:04+0400
2023-09-20T14:04+0400
2023-09-20T14:04+0400
qərbi azərbaycan icması
cəmiyyət
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e6/03/12/440297043_0:68:995:628_1920x0_80_0_0_3bca6df52f31faea9857a02cd710a4c9.jpg
BAKI, 20 sentyabr — Sputnik. Qərbi Azərbaycan İcması Ermənistan Respublikasının İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Paktın icrasına dair Dördüncü Dövri Hesabatı ilə əlaqədar BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinə geniş Paralel Hesabat təqdim edib. Bu barədə Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar məlumat verib. Sözçü bildirib ki, Komitənin 74-cü sessiyasında (25 sentyabr 2023-cü il - 13 oktyabr 2023-cü il) baxılmaq üçün təqdim olunmuş hesabatda Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə aparmasından və geri qayıtmaq hüququ da daxil olmaqla onların Pakt ilə qorunan hüquqlarının sistematik şəkildə pozulması halları barədə məlumat verilir. Hesabat Ermənistanın sözügedən Paktı və digər beynəlxalq insan hüquqları konvensiyalarını pozduğunu vurğulayır və Komitəni insan hüquqlarının pozuntularını aradan qaldırmaq üçün təcili tədbirlər görməyə çağırır. Ülviyyə Zülfiqar qeyd edib ki, Qərbi Azərbaycan İcması hesabatda Ermənistan hökumətindən qovulmuş azərbaycanlıların Ermənistana təhlükəsiz və ləyaqətlə qayıtmasını, onların reinteqrasiyasını, qayıtdıqdan sonra onların orada hüquq və təhlükəsizliyini təmin etməyi, Azərbaycan mədəni irsinə vurduğu zərərin beynəlxalq qurumlar tərəfindən qiymətləndirilməsinə imkan yaratmağı və onu bərpa etməyi, azərbaycanlılara məxsus əmlakı geri qaytarmağı və Paktdan irəli gələn digər öhdəliklərinə əməl etməyi tələb edir. Sözçü vurğulayıb ki, Qərbi Azərbaycan İcması Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququnun bərpa edilməsi istiqamətində beynəlxalq konvensiyalar çərçivəsində səylərini davam etdirəcək. Xatırladaq ki, Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin hüquqi varisidir. Avqustun 3-də İctimai Birliyin adı dəyişdirilərək "Qərbi Azərbaycan İcması"na çevrilib, İcmanın yeni Nizamnaməsi təsdiq olunub. İcmada Müşahidə, Ağsaqqallar, Ziyalılar, Qadınlar və Qəyyumlar şuraları, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası, Gənclər Birliyi, xarici ölkələrdəki nümayəndəliklər kimi strukturlar yaradılıb və seçkilər keçirilib. Təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur. 1988-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş 50 mindən çox ailənin 20 minə qədərinə dəymiş ziyan hesablanıb və hazırda bu işlər davam etdirilir. Həmin illərdə Qərbi Azərbaycanda 300-ə yaxın yaşayış məntəqəsindən qovulan qaçqınların hər bir ailə üzrə (ad, soyad, ata adı) dəqiq statistikası aparılıb, 130 kəndin siyahısı tamamlanıb. Təşkilat Qərbi Azərbaycanda tarixi və mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısının hazırlanmasını davam etdirir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/12/440297043_158:0:995:628_1920x0_80_0_0_e50f19ac833a401ce04710b6f67c3692.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qərbi azərbaycan icması, ermənistan
qərbi azərbaycan icması, ermənistan
Qərbi Azərbaycan İcması BMT Komitəsinə Ermənistanla bağlı hesabat təqdim edib
Sözçü vurğulayıb ki, Qərbi Azərbaycan İcması Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququnun bərpa edilməsi istiqamətində beynəlxalq konvensiyalar çərçivəsində səylərini davam etdirəcək.
BAKI, 20 sentyabr — Sputnik. Qərbi Azərbaycan İcması Ermənistan Respublikasının İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Paktın icrasına dair Dördüncü Dövri Hesabatı ilə əlaqədar BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinə geniş Paralel Hesabat təqdim edib.
Bu barədə Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar məlumat verib.
Sözçü bildirib ki, Komitənin 74-cü sessiyasında (25 sentyabr 2023-cü il - 13 oktyabr 2023-cü il) baxılmaq üçün təqdim olunmuş hesabatda Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə aparmasından və geri qayıtmaq hüququ da daxil olmaqla onların Pakt ilə qorunan hüquqlarının sistematik şəkildə pozulması halları barədə məlumat verilir. Hesabat Ermənistanın sözügedən Paktı və digər beynəlxalq insan hüquqları konvensiyalarını pozduğunu vurğulayır və Komitəni insan hüquqlarının pozuntularını aradan qaldırmaq üçün təcili tədbirlər görməyə çağırır.
Ülviyyə Zülfiqar qeyd edib ki, Qərbi Azərbaycan İcması hesabatda Ermənistan hökumətindən qovulmuş azərbaycanlıların Ermənistana təhlükəsiz və ləyaqətlə qayıtmasını, onların reinteqrasiyasını, qayıtdıqdan sonra onların orada hüquq və təhlükəsizliyini təmin etməyi, Azərbaycan mədəni irsinə vurduğu zərərin beynəlxalq qurumlar tərəfindən qiymətləndirilməsinə imkan yaratmağı və onu bərpa etməyi, azərbaycanlılara məxsus əmlakı geri qaytarmağı və Paktdan irəli gələn digər öhdəliklərinə əməl etməyi tələb edir.
Sözçü vurğulayıb ki, Qərbi Azərbaycan İcması Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququnun bərpa edilməsi istiqamətində beynəlxalq konvensiyalar çərçivəsində səylərini davam etdirəcək.
Xatırladaq ki, Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin hüquqi varisidir. Avqustun 3-də İctimai Birliyin adı dəyişdirilərək "Qərbi Azərbaycan İcması"na çevrilib, İcmanın yeni Nizamnaməsi təsdiq olunub. İcmada Müşahidə, Ağsaqqallar, Ziyalılar, Qadınlar və Qəyyumlar şuraları, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası, Gənclər Birliyi, xarici ölkələrdəki nümayəndəliklər kimi strukturlar yaradılıb və seçkilər keçirilib.
Təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur. 1988-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş 50 mindən çox ailənin 20 minə qədərinə dəymiş ziyan hesablanıb və hazırda bu işlər davam etdirilir. Həmin illərdə Qərbi Azərbaycanda 300-ə yaxın yaşayış məntəqəsindən qovulan qaçqınların hər bir ailə üzrə (ad, soyad, ata adı) dəqiq statistikası aparılıb, 130 kəndin siyahısı tamamlanıb. Təşkilat Qərbi Azərbaycanda tarixi və mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısının hazırlanmasını davam etdirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.