https://sputnik.az/20230920/qanunsuz-ermeni-silahli-birlesmeleri-mulki-infrastrukturu-hedefe-alir-458773914.html
Qanunsuz erməni silahlı birləşmələri mülki infrastrukturu hədəfə alır
Qanunsuz erməni silahlı birləşmələri mülki infrastrukturu hədəfə alır
Sputnik Azərbaycan
Qanunsuz erməni silahlı birləşmələri yenə də əvvəlki dövrdə olduğu kimi mülki şəxslərə qarşı terror cinayətlərini törətməkdə davam etdirir. 20.09.2023, Sputnik Azərbaycan
2023-09-20T10:31+0400
2023-09-20T10:31+0400
2023-09-20T10:31+0400
baş prokurorluq
qarabağın dirçəlişi və reinteqrasiyası
https://cdnn1.img.sputnik.az/img/42300/66/423006607_55:0:1280:689_1920x0_80_0_0_5d69f8545332e9522b7a86daa6883bc2.jpg
BAKI, 20 sentyabr — Sputnik. "Qanunsuz erməni silahlı birləşmələri tərəfindən 44 günlük Vətən müharibəsi dövründə olduğu kimi, terror hücumları davam etdirilir, yenə də mülki şəxslər, mülki infrastrukturu və yaşayış binaları hədəfə alınır". Bunu brifinqdə çıxışı zamanı Baş Prokurorluğun böyük prokuroru Kənan Zeynalov deyib. Onun sözlərinə görə, qanunsuz erməni silahlı birləşmələri tərəfindən sentyabrın 19-da törədilmiş terror aktı nəticəsində qətlə yetirilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 2 əməkdaşı işğaldan azad olunan ərazilərimizdə yol infrastrukturunun qurulması məqsədilə oradan çalışırdı. "Qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlamış, törədilmiş terror aktı nəticəsində 4 polis əməkdaşı isə hər hansı hərbi əməliyyatlara cəlb olunmayan, sadəcə qeyd olunan ərazidə ictimai-asayişi bərpa etmək məqsədilə ezam olunmuş şəxslər idi. Azərbaycanın Qarabağ bölgəsində halında qanunsuz yaradılmış Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən dünən iri çaplı silahlardan, o cümlədən minaatanlardan atəşə tutularaq törədilən terror hücumları nəticəsində 2 mülki şəxs - Şuşa şəhərində mənzil-kommunal və təmir xidməti mühəndisi işləyən 1967-ci il təvəllüdlü Vidadi Fərhadov adlı şəxs qətlə yetirilib, Ağdam rayonunda isə ərazidə bərpa quruculuq işləri aparan şirkətlərdən birinin ekskovator operatoru 1992-ci il təvəllüdlü mülki şəxs Mehman Həsənovun çoxsaylı qəlpə xəsarətləri yetirilməklə qəsdən öldürülməsinə cəhd edilib. Bütün bunlar onu göstərir ki, qanunsuz erməni silahlı birləşmələri yenə də əvvəlki dövrdə olduğu kimi mülki şəxslərə qarşı terror cinayətlərini törətməkdə davam etdirir".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20230920/mulki-sexsler-ve-obyektler-qetiyyen-hedefe-alinmir---anar-eyvazov-458773400.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42300/66/423006607_227:0:1146:689_1920x0_80_0_0_367c9b61c90a9051fdcf7c11b1b5cda0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
baş prokurorluq
Qanunsuz erməni silahlı birləşmələri mülki infrastrukturu hədəfə alır
Qanunsuz erməni silahlı birləşmələri yenə də əvvəlki dövrdə olduğu kimi mülki şəxslərə qarşı terror cinayətlərini törətməkdə davam etdirir.
BAKI, 20 sentyabr — Sputnik. "Qanunsuz erməni silahlı birləşmələri tərəfindən 44 günlük Vətən müharibəsi dövründə olduğu kimi, terror hücumları davam etdirilir, yenə də mülki şəxslər, mülki infrastrukturu və yaşayış binaları hədəfə alınır".
Bunu brifinqdə çıxışı zamanı Baş Prokurorluğun böyük prokuroru Kənan Zeynalov deyib.
Onun sözlərinə görə, qanunsuz erməni silahlı birləşmələri tərəfindən sentyabrın 19-da törədilmiş terror aktı nəticəsində qətlə yetirilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 2 əməkdaşı işğaldan azad olunan ərazilərimizdə yol infrastrukturunun qurulması məqsədilə oradan çalışırdı.
"Qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlamış, törədilmiş terror aktı nəticəsində 4 polis əməkdaşı isə hər hansı hərbi əməliyyatlara cəlb olunmayan, sadəcə qeyd olunan ərazidə ictimai-asayişi bərpa etmək məqsədilə ezam olunmuş şəxslər idi. Azərbaycanın Qarabağ bölgəsində halında qanunsuz yaradılmış Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən dünən iri çaplı silahlardan, o cümlədən minaatanlardan atəşə tutularaq törədilən terror hücumları nəticəsində 2 mülki şəxs - Şuşa şəhərində mənzil-kommunal və təmir xidməti mühəndisi işləyən 1967-ci il təvəllüdlü Vidadi Fərhadov adlı şəxs qətlə yetirilib, Ağdam rayonunda isə ərazidə bərpa quruculuq işləri aparan şirkətlərdən birinin ekskovator operatoru 1992-ci il təvəllüdlü mülki şəxs Mehman Həsənovun çoxsaylı qəlpə xəsarətləri yetirilməklə qəsdən öldürülməsinə cəhd edilib. Bütün bunlar onu göstərir ki, qanunsuz erməni silahlı birləşmələri yenə də əvvəlki dövrdə olduğu kimi mülki şəxslərə qarşı terror cinayətlərini törətməkdə davam etdirir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.