Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

Prezidentin xüsusi nümayəndəsi: "Ermənistan separatçılara hər cür dəstək verir"

© Photo : REPORTElçin Əmirbəyov
Elçin Əmirbəyov - Sputnik Azərbaycan, 1920, 20.09.2023
Abunə olmaq
Elçin Əmirbəyov bildirib ki, üç ilə yaxındır Qarabağda 10 minə yaxın qeyri-qanuni silahlı mövcuddur.
BAKI, 20 sentyabr — Sputnik. "Qarabağda olan qanunsuz silahlılar hər gün yüzlərlə insanımızın həyatına ciddi təhlükə törədir. Üç ilə yaxındır ki, həmin ərazimizdə 10 minə yaxın qeyri-qanuni silahlı mövcuddur".
Bu fikirlər Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Fransa radiosuna müsahibəsində yer alıb.
Ermənistanın separatçılara hər cür dəstək verdiyini vurğulayan E.Əmirbəyov deyib ki, Ermənistan, həmçinin separatçıları özünün dövlət büdcəsindən maliyyələşdirir: "Bunların hamısı dövlətimizin təhlükəsizliyinə ciddi risklər yaradır. Ona görə də qərara alınıb ki, lokal antiterror tədbirləri görülsün və qarşı tərəfin legitim hərbi hədəfləri neytrallaşdırılsın".
Qeyd edək ki, sentyabrın 19-dan başlayaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri uğurla davam edir.
Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus döyüş mövqeləri, hərbi təyinatlı avtomobillər, artilleriya və zenit-raket qurğuları, radioelektron mübarizə stansiyaları və digər hərbi təyinatlı vasitələr zərərsizləşdirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0