https://sputnik.az/20230920/prezident-lham-eliyev-bp-sirketinin-dare-heyetinin-sedrini-qebul-edib-458794816.html
Prezident İlham Əliyev BP şirkətinin İdarə Heyətinin sədrini qəbul edib
Prezident İlham Əliyev BP şirkətinin İdarə Heyətinin sədrini qəbul edib
Sputnik Azərbaycan
Söhbət zamanı BP şirkətinin Azərbaycanda neft-qaz və enerji sahələrində gələcək layihələrdə də maraqlı olduğu vurğulanıb, yeni sərmayə qoyuluşu imkanları... 20.09.2023, Sputnik Azərbaycan
2023-09-20T16:53+0400
2023-09-20T16:53+0400
2023-09-20T16:53+0400
azərbaycan xəbərləri
bp şirkəti
azərbaycan
prezident ilham əliyev
"əsrin müqaviləsi"
https://cdnn1.img.sputnik.az/img/07e7/09/14/458789324_0:5:1102:625_1920x0_80_0_0_b0b069f69b362740c5800216d29f854b.jpg
BAKI, 20 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də BP şirkətinin İdarə Heyətinin sədri Helqe Landı qəbul edib. Görüşdə BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel və 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanmasında iştirak edən şirkətin sabiq baş icraçı direktoru Lord Con Filip Braun iştirak ediblər. Söhbət zamanı 20 sentyabr – "Əsrin müqaviləsi"nin imzalandığı günün önəmi qeyd edildi, bunun ölkəmizin inkişaf tarixində çox mühüm bir səhifə olduğu vurğulanıb. Prezident İlham Əliyev "Əsrin müqaviləsi"nin imzalandığı və Azərbaycanda neft işçilərinin peşə bayramı kimi qeyd edilən Neftçilər Günündə bu görüşdə BP şirkətinin rəhbərliyinin, həmçinin tarixi müqavilənin birbaşa iştirakçısı və uzun illər BP şirkətinin rəhbəri olan Lord Con Filip Braunun iştirakını yüksək qiymətləndirərək, Azərbaycan ilə şirkət arasında həyata keçirilən uzunmüddətli sıx, səmərəli və strateji əməkdaşlığın tarixinə toxunub. Dövlətimizin başçısı bunu investorlar və investisiya qoyulan ölkə arasında olan əməkdaşlığın yaxşı nümunəsi kimi dəyərləndirib və bu əməkdaşlığın qarşılıqlı inam, etimad və faydaya əsaslandığını məmnunluqla qeyd edib. Prezident İlham Əliyev Azərbaycanın keçdiyi çətin və tarixi sınaq dövründə ölkədə iqtisadi inkişaf yolunun əsasının qoyulmasında 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi"nin xüsusi rolunu vurğulayıb. Ölkəmizin sosial-iqtisadi nailiyyətlərində neft-qaz sektorunun xüsusi önəminə toxunan dövlətimizin başçısı Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilmiş və nəzərdə tutulan regional və qlobal miqyaslı layihələrdən danışıb. BP şirkətinin sabiq baş icraçı direktoru Lord Con Filip Braun "Əsrin müqaviləsi"nin imzalandığı həmin çətin dövrdə məhz Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi sayəsində investisiya qoyuluşu üçün mövcud risklərin dəf edildiyini və beləliklə bunun nəticəsində bu mühüm müqavilənin imzalandığını böyük məmnunluqla xatırlayıb. Şirkətin nümayəndələri ölkəmizin mürəkkəb dövründə "Əsrin müqaviləsi"nin Ümummilli Liderin qətiyyətli və məharətli siyasəti nəticəsində ərsəyə gəldiyini vurğulayıblar, Azərbaycanın enerji ehtiyatlarının inkişafında bu müqavilənin rolundan bəhs ediblər. Onlar qeyd ediblər ki, müasir dövrdə Azərbaycanın neft-qaz yataqlarının işlənilməsinə Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə yaradılan infrastruktur böyük töhfə verib və irimiqyaslı layihələrin qısa müddətdə həyata keçirilməsini şərtləndirib. Vurğulanıb ki, ölkəmizdə icra olunan layihələrdə tətbiq edilən mühəndislik, ətraf mühitin qorunması və digər standartlar BP-nin fəaliyyət göstərdiyi dünyanın digər bölgələrindəki standartlar səviyyəsindədir və ya onlardan da üstündür. Bu da ölkəmizin neft-qaz sahəsində zəngin insan kapitalının mövcudluğu hesabına mümkün olub. Azərbaycanın dünyanın ən qədim neft-qaz sənayesinə malik olduğunu deyən qonaqlar bu sənayenin ən müasir səviyyəyə çatdırılmasında ölkəmizin beynəlxalq enerji şirkətləri ilə əməkdaşlığına və strateji baxışına toxunublar. Söhbət zamanı BP şirkətinin Azərbaycanda neft-qaz və enerji sahələrində gələcək layihələrdə də maraqlı olduğu vurğulanıb, yeni sərmayə qoyuluşu imkanları müzakirə edilib. Qlobal enerji keçidi nəzərə alınaraq, BP-nin Azərbaycanda olan tərəfdaşlarla, o cümlədən SOCAR ilə əməkdaşlıqda, yeni bərpaolunan enerji layihələrinin həyata keçirilməsində maraqlı və qətiyyətli olduğu bir daha diqqətə çatdırılıb. Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Sonda Lord Con Filip Braun Ulu Öndərlə olan xatirə fotosunu dövlətimizin başçısına təqdim edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/14/458789324_131:0:971:630_1920x0_80_0_0_75f009dd5ccc0c2b57f26db65f8fc3ac.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bp şirkəti, azərbaycan, prezident ilham əliyev, "əsrin müqaviləsi"
bp şirkəti, azərbaycan, prezident ilham əliyev, "əsrin müqaviləsi"
Prezident İlham Əliyev BP şirkətinin İdarə Heyətinin sədrini qəbul edib
Söhbət zamanı BP şirkətinin Azərbaycanda neft-qaz və enerji sahələrində gələcək layihələrdə də maraqlı olduğu vurğulanıb, yeni sərmayə qoyuluşu imkanları müzakirə edilib.
BAKI, 20 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də BP şirkətinin İdarə Heyətinin sədri Helqe Landı qəbul edib.
Görüşdə BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel və 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanmasında iştirak edən şirkətin sabiq baş icraçı direktoru Lord Con Filip Braun iştirak ediblər.
Söhbət zamanı 20 sentyabr – "Əsrin müqaviləsi"nin imzalandığı günün önəmi qeyd edildi, bunun ölkəmizin inkişaf tarixində çox mühüm bir səhifə olduğu vurğulanıb. Prezident İlham Əliyev "Əsrin müqaviləsi"nin imzalandığı və Azərbaycanda neft işçilərinin peşə bayramı kimi qeyd edilən Neftçilər Günündə bu görüşdə BP şirkətinin rəhbərliyinin, həmçinin tarixi müqavilənin birbaşa iştirakçısı və uzun illər BP şirkətinin rəhbəri olan Lord Con Filip Braunun iştirakını yüksək qiymətləndirərək, Azərbaycan ilə şirkət arasında həyata keçirilən uzunmüddətli sıx, səmərəli və strateji əməkdaşlığın tarixinə toxunub. Dövlətimizin başçısı bunu investorlar və investisiya qoyulan ölkə arasında olan əməkdaşlığın yaxşı nümunəsi kimi dəyərləndirib və bu əməkdaşlığın qarşılıqlı inam, etimad və faydaya əsaslandığını məmnunluqla qeyd edib.
Prezident İlham Əliyev Azərbaycanın keçdiyi çətin və tarixi sınaq dövründə ölkədə iqtisadi inkişaf yolunun əsasının qoyulmasında 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi"nin xüsusi rolunu vurğulayıb.
Ölkəmizin sosial-iqtisadi nailiyyətlərində neft-qaz sektorunun xüsusi önəminə toxunan dövlətimizin başçısı Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilmiş və nəzərdə tutulan regional və qlobal miqyaslı layihələrdən danışıb.
BP şirkətinin sabiq baş icraçı direktoru Lord Con Filip Braun "Əsrin müqaviləsi"nin imzalandığı həmin çətin dövrdə məhz Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi sayəsində investisiya qoyuluşu üçün mövcud risklərin dəf edildiyini və beləliklə bunun nəticəsində bu mühüm müqavilənin imzalandığını böyük məmnunluqla xatırlayıb. Şirkətin nümayəndələri ölkəmizin mürəkkəb dövründə "Əsrin müqaviləsi"nin Ümummilli Liderin qətiyyətli və məharətli siyasəti nəticəsində ərsəyə gəldiyini vurğulayıblar, Azərbaycanın enerji ehtiyatlarının inkişafında bu müqavilənin rolundan bəhs ediblər.
Onlar qeyd ediblər ki, müasir dövrdə Azərbaycanın neft-qaz yataqlarının işlənilməsinə Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə yaradılan infrastruktur böyük töhfə verib və irimiqyaslı layihələrin qısa müddətdə həyata keçirilməsini şərtləndirib. Vurğulanıb ki, ölkəmizdə icra olunan layihələrdə tətbiq edilən mühəndislik, ətraf mühitin qorunması və digər standartlar BP-nin fəaliyyət göstərdiyi dünyanın digər bölgələrindəki standartlar səviyyəsindədir və ya onlardan da üstündür. Bu da ölkəmizin neft-qaz sahəsində zəngin insan kapitalının mövcudluğu hesabına mümkün olub.
Azərbaycanın dünyanın ən qədim neft-qaz sənayesinə malik olduğunu deyən qonaqlar bu sənayenin ən müasir səviyyəyə çatdırılmasında ölkəmizin beynəlxalq enerji şirkətləri ilə əməkdaşlığına və strateji baxışına toxunublar.
Söhbət zamanı BP şirkətinin Azərbaycanda neft-qaz və enerji sahələrində gələcək layihələrdə də maraqlı olduğu vurğulanıb, yeni sərmayə qoyuluşu imkanları müzakirə edilib. Qlobal enerji keçidi nəzərə alınaraq, BP-nin Azərbaycanda olan tərəfdaşlarla, o cümlədən SOCAR ilə əməkdaşlıqda, yeni bərpaolunan enerji layihələrinin həyata keçirilməsində maraqlı və qətiyyətli olduğu bir daha diqqətə çatdırılıb.
Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonda Lord Con Filip Braun Ulu Öndərlə olan xatirə fotosunu dövlətimizin başçısına təqdim edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.