https://sputnik.az/20230920/pensiya-muavinet-teqaud-unvanli-yardimlar-uzre-5-milyard-manatdan-cox-vesait-odenilib-458800870.html
Pensiya, müavinət, təqaüd, ünvanlı yardımlar üzrə 5 milyard manatdan çox vəsait ödənilib
Pensiya, müavinət, təqaüd, ünvanlı yardımlar üzrə 5 milyard manatdan çox vəsait ödənilib
Sputnik Azərbaycan
2022-ci ildə pensiyaçılara verilən maddi yardımlar da bu ilin əvvəlindən onların pensiyaları tərkibinə daxil edilib. 20.09.2023, Sputnik Azərbaycan
2023-09-20T22:35+0400
2023-09-20T22:35+0400
2023-09-20T22:35+0400
iqtisadiyyat
pensiya
manat
il
məbləğ
https://cdnn1.img.sputnik.az/img/07e6/06/0e/442933065_0:0:1920:1080_1920x0_80_0_0_6069bcb6f584ac92ddd4cae2ac96f140.jpg
BAKI, 20 sentyabr — Sputnik. Bu ilin yanvar-avqust aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 926 milyon manat və ya 21,2 faiz çox olmaqla 5 milyard 288 milyon manat ödənilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, həyata keçirilən yeni sosial islahat paketi çərçivəsində bu ilin əvvəlindən müavinət və təqaüdlər növbəti dəfə artırılıb, minimum pensiya fevralın 1-dən 240 manatdan 280 manata çatdırılıb. 2022-ci ildə pensiyaçılara verilən maddi yardımlar da bu ilin əvvəlindən onların pensiyaları tərkibinə daxil edilib. Bu artımdan sonra həmin pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 2023-cü il yanvarın 1-dən 14,7 faiz indeksləşdirilərək artırılıb. Həmçinin 2023-cü il üçün ehtiyac meyarının həddi artırılaraq 246 manata çatdırılıb ki, bu da ünvanlı sosial yardımın məbləğlərinin növbəti dəfə artması ilə nəticələnib. Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1096,6 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir. Onların 64,1 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Ötən ilin iyulun 1-i ilə müqayisədə əlilliyə görə pensiya alanların sayı 16,4 faiz, ailə başçısını itirməyə görə pensiya alanların sayı 9,7 faiz azalıb, yaşa görə pensiya alanların sayı isə 0,4 faiz artıb. Bu ilin birinci yarısında təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,2 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 16,9 faiz artaraq 435 manat təşkil edib və orta aylıq əmək haqqının 47,2 faizinə bərabər olub. "Əmək pensiyaları haqqında" qanuna edilmiş dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 16,7 faiz artırılaraq 2023-cü ilin 1 fevral tarixindən 280 manat müəyyən olunub. Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə 2023-cü ilin 1 yanvar tarixindən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20230908/azerbaycanda-pensiyacilarin-sayi-niye-azalir--458403674.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/0e/442933065_240:0:1680:1080_1920x0_80_0_0_9954962c2a8a86a217eda2a5d1f5c773.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
pensiya, manat, il, məbləğ
pensiya, manat, il, məbləğ
Pensiya, müavinət, təqaüd, ünvanlı yardımlar üzrə 5 milyard manatdan çox vəsait ödənilib
2022-ci ildə pensiyaçılara verilən maddi yardımlar da bu ilin əvvəlindən onların pensiyaları tərkibinə daxil edilib.
BAKI, 20 sentyabr — Sputnik. Bu ilin yanvar-avqust aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 926 milyon manat və ya 21,2 faiz çox olmaqla 5 milyard 288 milyon manat ödənilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, həyata keçirilən yeni sosial islahat paketi çərçivəsində bu ilin əvvəlindən müavinət və təqaüdlər növbəti dəfə artırılıb, minimum pensiya fevralın 1-dən 240 manatdan 280 manata çatdırılıb.
2022-ci ildə pensiyaçılara verilən maddi yardımlar da bu ilin əvvəlindən onların pensiyaları tərkibinə daxil edilib. Bu artımdan sonra həmin pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 2023-cü il yanvarın 1-dən 14,7 faiz indeksləşdirilərək artırılıb.
Həmçinin 2023-cü il üçün ehtiyac meyarının həddi artırılaraq 246 manata çatdırılıb ki, bu da ünvanlı sosial yardımın məbləğlərinin növbəti dəfə artması ilə nəticələnib.
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1096,6 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir. Onların 64,1 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Ötən ilin iyulun 1-i ilə müqayisədə əlilliyə görə pensiya alanların sayı 16,4 faiz, ailə başçısını itirməyə görə pensiya alanların sayı 9,7 faiz azalıb, yaşa görə pensiya alanların sayı isə 0,4 faiz artıb.
Bu ilin birinci yarısında təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,2 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 16,9 faiz artaraq 435 manat təşkil edib və orta aylıq əmək haqqının 47,2 faizinə bərabər olub.
"Əmək pensiyaları haqqında" qanuna edilmiş dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 16,7 faiz artırılaraq 2023-cü ilin 1 fevral tarixindən 280 manat müəyyən olunub.
Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə 2023-cü ilin 1 yanvar tarixindən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.