https://sputnik.az/20230920/mn-ermenistan-silahli-quvvelerinin-birlesmeleri-perakende-sekilde-movqeleri-terk-edirler-458785649.html
MN: Ermənistan silahlı qüvvələrinin birləşmələri pərakəndə şəkildə mövqeləri tərk edirlər
MN: Ermənistan silahlı qüvvələrinin birləşmələri pərakəndə şəkildə mövqeləri tərk edirlər
Sputnik Azərbaycan
MN rəsmisi bildirib ki, doxsandan artıq döyüş mövqeyi bir neçə strateji əhəmiyyətli mövqelər nəzarətə götürülüb. 20.09.2023, Sputnik Azərbaycan
2023-09-20T13:17+0400
2023-09-20T13:17+0400
2023-09-20T14:35+0400
qarabağın dirçəlişi və reinteqrasiyası
anar eyvazov
https://cdnn1.img.sputnik.az/img/07e7/09/13/458760220_0:160:3072:1888_1920x0_80_0_0_3d614c1ee4b9787903434df67442d822.jpg
BAKI, 20 sentyabr - Sputnik. "Silahlı Qüvvələrin lokal xarakterli antiterror tədbirləri çərçivəsində döyüş mövqeləri və sığınacaqların zərərsizləşdirilməsi həyata keçirilib". Bunu Müdafiə nazirliyinin sözçüsü Anar Eyvazov brifinqdə deyib.Onun sözlərinə görə, doxsandan artıq döyüş mövqeyi bir neçə strateji əhəmiyyətli mövqelər nəzarətə götürülüb:"Ermənistan silahlı qüvvələrinin birləşmələri pərakəndə şəkildə mövqelərini tərk edirlər. Könüllü şəkildə təslim erməni hərbi qulluqçulara heç bir zərbə endirilmir".Nazirlik rəsmisi bildirib ki, Ermənistana bağlı sosial media platformasında dezinformasiya yayılır. Zəruri hallarda bu informasiyalar təkzib edilib. Bəzi sosial media hesablarında vətəndaşlara yardımlarla bağlı çağırış edilir. Müdafiə Nazirliyi belə çağırışları diqqətə almamağı tövsiyə edir.Nazirlik rəsmisi onu da bildirib ki, qarşı tərəfə məxsus 7 ədəd hərbi nəqliyyat vasitəsi, 4 ədəd minaatan, 1 ədəd tank, 2 ədəd piyadanın döyüş maşını (PDM) və xeyli sayda silah-sursat Silahlı Qüvvələrimizin bölmələri tərəfindən qənimət olaraq ələ keçirilib."Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən son razılaşma barədə qoşunlarımıza müvafiq təlimatlar verilib", - deyə A.Eyvazov bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/13/458760220_171:0:2902:2048_1920x0_80_0_0_8e675f03ed76840a895a77d39ac9b863.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
anar eyvazov
MN: Ermənistan silahlı qüvvələrinin birləşmələri pərakəndə şəkildə mövqeləri tərk edirlər
13:17 20.09.2023 (Yenilənib: 14:35 20.09.2023) MN rəsmisi bildirib ki, doxsandan artıq döyüş mövqeyi bir neçə strateji əhəmiyyətli mövqelər nəzarətə götürülüb.
BAKI, 20 sentyabr - Sputnik. "Silahlı Qüvvələrin lokal xarakterli antiterror tədbirləri çərçivəsində döyüş mövqeləri və sığınacaqların zərərsizləşdirilməsi həyata keçirilib". Bunu Müdafiə nazirliyinin sözçüsü Anar Eyvazov brifinqdə deyib.
Onun sözlərinə görə, doxsandan artıq döyüş mövqeyi bir neçə strateji əhəmiyyətli mövqelər nəzarətə götürülüb:
"Ermənistan silahlı qüvvələrinin birləşmələri pərakəndə şəkildə mövqelərini tərk edirlər. Könüllü şəkildə təslim erməni hərbi qulluqçulara heç bir zərbə endirilmir".
Nazirlik rəsmisi bildirib ki, Ermənistana bağlı sosial media platformasında dezinformasiya yayılır. Zəruri hallarda bu informasiyalar təkzib edilib. Bəzi sosial media hesablarında vətəndaşlara yardımlarla bağlı çağırış edilir. Müdafiə Nazirliyi belə çağırışları diqqətə almamağı tövsiyə edir.
"Bölgələrimizin təminatı istiqamətində zəruri tədbirlər plana uyğun olaraq həyata keçirilir. Müraciəti nəzərə alaraq 13:00da antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə edilib", - deyə A.Eyvazov vurğulayıb.
Nazirlik rəsmisi onu da bildirib ki, qarşı tərəfə məxsus 7 ədəd hərbi nəqliyyat vasitəsi, 4 ədəd minaatan, 1 ədəd tank, 2 ədəd piyadanın döyüş maşını (PDM) və xeyli sayda silah-sursat Silahlı Qüvvələrimizin bölmələri tərəfindən qənimət olaraq ələ keçirilib.
"Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən son razılaşma barədə qoşunlarımıza müvafiq təlimatlar verilib", - deyə A.Eyvazov bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.