https://sputnik.az/20230920/kanadada-fealiyyet-gosteren-azerbaycan-evine-hucum-olub-458788523.html
Kanadada fəaliyyət göstərən Azərbaycan Evinə hücum olub
Kanadada fəaliyyət göstərən Azərbaycan Evinə hücum olub
Sputnik Azərbaycan
Gecə saatlarında bir qrup erməniəsilli şəxs Toronto Azərbaycan Evinin qarşısına gələrək, Azərbaycan əleyhinə nalayiq ifadələr səsləndirməklə təxribat törətməyə... 20.09.2023, Sputnik Azərbaycan
2023-09-20T15:08+0400
2023-09-20T15:08+0400
2023-09-20T15:08+0400
kanada
azərbaycan xəbərləri
hücum
azərbaycan
ev
https://cdnn1.img.sputnik.az/img/07e7/09/14/458788354_0:225:3239:2047_1920x0_80_0_0_32e83ccd35af6b7be0bea872deb60082.jpg
BAKI, 20 sentyabr — Sputnik. Kanadada fəaliyyət göstərən Azərbaycan Evinə hücum olub. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, bununla bağlı Komitənin "qaynar xətti"nə Toronto Azərbaycan Evindən məlumat daxil olub. Gecə saatlarında bir qrup erməniəsilli şəxs Toronto Azərbaycan Evinin qarşısına gələrək, Azərbaycan əleyhinə nalayiq ifadələr səsləndirməklə təxribat törətməyə cəhd edib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Xatırladaq ki, Azərbaycanın ABŞ-ın Los-Anceles şəhərindəki Baş Konsulluğunun binasına da boya tökülüb. Bu barədə məlumat və video sosial şəbəkədə yayılıb. Bildirilib ki, Baş Konsulluğun binasının bütün ətrafı boyanıb və qapıları bağlanıb. Azərbaycanın diplomatik missiyasının binasına hücumu ermənilərin törətdiyi bildirilib. Hadisə baş verən zaman ərazidə polis əməkdaşları görünməyib. Mütəxəssislər bildiriblər ki, ötən illərin təcrübəsinə əsasən, Los-Anceles polisi və uyğun qurumlar Baş Konsulluğun təhlükəsizliyini gücləndirmək üçün əlavə tədirlər görə bilərdi.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/14/458788354_275:0:3004:2047_1920x0_80_0_0_8c4b1a872a796199a0687067d489853f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kanada, hücum, azərbaycan, ev
kanada, hücum, azərbaycan, ev
Kanadada fəaliyyət göstərən Azərbaycan Evinə hücum olub
Gecə saatlarında bir qrup erməniəsilli şəxs Toronto Azərbaycan Evinin qarşısına gələrək, Azərbaycan əleyhinə nalayiq ifadələr səsləndirməklə təxribat törətməyə cəhd edib.
BAKI, 20 sentyabr — Sputnik. Kanadada fəaliyyət göstərən Azərbaycan Evinə hücum olub. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, bununla bağlı Komitənin "qaynar xətti"nə Toronto Azərbaycan Evindən məlumat daxil olub.
Gecə saatlarında bir qrup erməniəsilli şəxs Toronto Azərbaycan Evinin qarşısına gələrək, Azərbaycan əleyhinə nalayiq ifadələr səsləndirməklə təxribat törətməyə cəhd edib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.
Xatırladaq ki, Azərbaycanın ABŞ-ın Los-Anceles şəhərindəki Baş Konsulluğunun binasına da boya tökülüb. Bu barədə məlumat və video sosial şəbəkədə yayılıb.
Bildirilib ki, Baş Konsulluğun binasının bütün ətrafı boyanıb və qapıları bağlanıb.
Azərbaycanın diplomatik missiyasının binasına hücumu ermənilərin törətdiyi bildirilib.
Hadisə baş verən zaman ərazidə polis əməkdaşları görünməyib.
Mütəxəssislər bildiriblər ki, ötən illərin təcrübəsinə əsasən, Los-Anceles polisi və uyğun qurumlar Baş Konsulluğun təhlükəsizliyini gücləndirmək üçün əlavə tədirlər görə bilərdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.