https://sputnik.az/20230920/hikmet-haciyev-bmt-ts-nin-qarabagla-bagli-iclasinin-kecirilmesine-ehtiyac-yoxdur-458799238.html
Hikmət Hacıyev: BMT TŞ-nin Qarabağla bağlı iclasının keçirilməsinə ehtiyac yoxdur
Hikmət Hacıyev: BMT TŞ-nin Qarabağla bağlı iclasının keçirilməsinə ehtiyac yoxdur
Sputnik Azərbaycan
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri qeyd edib ki, bu cür mühüm məsələlər yerlərdə lokal səviyyədə həll tələb edir. Belə... 20.09.2023, Sputnik Azərbaycan
2023-09-20T18:11+0400
2023-09-20T18:11+0400
2023-09-20T18:11+0400
qarabağın dirçəlişi və reinteqrasiyası
hikmət hacıyev
bmt
iclas
https://cdnn1.img.sputnik.az/img/40838/65/408386535_0:0:1173:660_1920x0_80_0_0_04a06c419b42c5025fb52532ada4f61b.jpg
BAKI, 20 sentyabr — Sputnik. "Bəzi dövlətlərin bizə qarşı çevik bəyanatları bizi narahat edir". Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün brifinqdə deyib. O, qeyd edib ki, bütün bunlara rəğmən, beynəlxalq ictimaiyyət və tərəfdaşlarımız bu məsələlərlə bağlı daimi məlumatlandırılır:Prezidentin köməkçisi BMT-nin hər hansısa bir aləti tətbiq etməyinə ehtiyac olmadığını düşündüyünü bildirib. O, qeyd edib ki, bu cür mühüm məsələlər yerlərdə lokal səviyyədə həll tələb edir:Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı iclası sentyabrın 21-də baş tutacaq. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı iclasında iştirak edəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40838/65/408386535_143:0:1023:660_1920x0_80_0_0_b3e5357df26e83dc616ae2212e47b777.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hikmət hacıyev, bmt, iclas
hikmət hacıyev, bmt, iclas
Hikmət Hacıyev: BMT TŞ-nin Qarabağla bağlı iclasının keçirilməsinə ehtiyac yoxdur
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri qeyd edib ki, bu cür mühüm məsələlər yerlərdə lokal səviyyədə həll tələb edir. Belə bir iclas çağırılarsa, heç də xeyirli və səmərəli olmayacaq.
BAKI, 20 sentyabr — Sputnik. "Bəzi dövlətlərin bizə qarşı çevik bəyanatları bizi narahat edir". Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün brifinqdə deyib.
O, qeyd edib ki, bütün bunlara rəğmən, beynəlxalq ictimaiyyət və tərəfdaşlarımız bu məsələlərlə bağlı daimi məlumatlandırılır:
"Azərbaycan Respublikasının legitim narahatlığı onların diqqətinə çatdırılırdı. Əfsuslar olsun ki, birtərəfli bəyanatların sülh gündəliyinə xidmət etdiyini düşünmürük".
Prezidentin köməkçisi BMT-nin hər hansısa bir aləti tətbiq etməyinə ehtiyac olmadığını düşündüyünü bildirib.
O, qeyd edib ki, bu cür mühüm məsələlər yerlərdə lokal səviyyədə həll tələb edir:
"Belə bir iclas çağırılarsa, heç də xeyirli və səmərəli olmayacaq. Biz istəməzdik ki, bu kövrək vəziyyət daha da pisləşsin. Yəni bu iclasın keçirilməsinə ehtiyac yoxdur. Olarsa, Azərbaycan öz legitim narahatlığını ifadə etməyə hazırdır".
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı iclası sentyabrın 21-də baş tutacaq. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı iclasında iştirak edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.