https://sputnik.az/20230920/ermenistan-terefi-her-defe-danisiqlar-prosesine-kolge-salib---millet-vekili-458782973.html
Ermənistan tərəfi hər dəfə danışıqlar prosesinə kölgə salıb - Millət vəkili
Ermənistan tərəfi hər dəfə danışıqlar prosesinə kölgə salıb - Millət vəkili
Sputnik Azərbaycan
Naqif Həmzəyev qeyd edib ki, Paşinyan Azərbaycan ordusunun gücünə bələdə olduğu üçün öz hakimiyyətini qorumağa çalışır. 20.09.2023, Sputnik Azərbaycan
2023-09-20T13:48+0400
2023-09-20T13:48+0400
2023-09-20T13:48+0400
deputat
qarabağın dirçəlişi və reinteqrasiyası
qarabağ
erməni
https://cdnn1.img.sputnik.az/img/41241/97/412419759_0:0:1188:668_1920x0_80_0_0_d40f518488d09a35475d6c9ad39ae4a0.jpg
BAKI, 20 sentyabr — Sputnik. "Azərbaycan hər zaman humanist mövqedən çıxış edib və üç il ərzində Ermənistana sülh əlini uzadıb. Ermənistan və separatçılar hər dəfə sözlər və vədlər versələr də müxtəlif təxribatlar törətməyə davam ediblər". Bunu Sputnik Azərbaycan-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili bildirib ki, Ermənistan tərəfi hər dəfə danışıqlar prosesinə kölgə salıb. Onun sözlərinə görə, hazırda Azərbaycanın lokal antiterror tədbirlərini həyata keçirməsinin səbəbkarı da Ermənistan tərəfidir:Naqif Həmzəyev qeyd edib ki, Paşinyan Azərbaycan ordusunun gücünə bələdə olduğu üçün öz hakimiyyətini qorumağa çalışır:"Paşinyan bu addımı atmaqla erməni xalqı tərəfindən xəyanətkar adlandırılır. Ermənistan Baş naziri açıq şəkildə bildirir ki, Qarabağ onların məsələsi deyil. Ermənistan hakimiyyətinin ABŞ hərbçiləri ilə təlimlər keçirməsi və Rusiyaya qarşı səsləndirdiyi fikirlər onların mövqeyini aşkar şəkildə göstərir. Ermənistan Qərbə üz tutub. Biz bu seçimlərə qarışa bilmərik. Bizim tək hədəfimiz regionda uzunmüddətli və dayanıqlı sülhün əldə olunmasıdır".Separatçılar təslim oldularAzərbaycan Müdafiə Nazirliyindən məlumat verilib ki, lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub. Bildirilib ki, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub:1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlamasında bildirilib ki, Prezident administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə sentyabrın 21-də Yevlaxda görüş keçiriləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41241/97/412419759_0:0:1188:892_1920x0_80_0_0_e3f093c9a1a9e19ac26d273b49e4422b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
deputat, qarabağ, erməni
Ermənistan tərəfi hər dəfə danışıqlar prosesinə kölgə salıb - Millət vəkili
Naqif Həmzəyev qeyd edib ki, Paşinyan Azərbaycan ordusunun gücünə bələdə olduğu üçün öz hakimiyyətini qorumağa çalışır.
BAKI, 20 sentyabr — Sputnik. "Azərbaycan hər zaman humanist mövqedən çıxış edib və üç il ərzində Ermənistana sülh əlini uzadıb. Ermənistan və separatçılar hər dəfə sözlər və vədlər versələr də müxtəlif təxribatlar törətməyə davam ediblər". Bunu Sputnik Azərbaycan-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.
Millət vəkili bildirib ki, Ermənistan tərəfi hər dəfə danışıqlar prosesinə kölgə salıb.
Onun sözlərinə görə, hazırda Azərbaycanın lokal antiterror tədbirlərini həyata keçirməsinin səbəbkarı da Ermənistan tərəfidir:
"Biz ümid edirdik ki, humanitar yüklər Qarabağa çatdırıldıqdan sonra onlar reallıqları daha yaxşı dərk edəcəklər. Ancaq onlar yenə də naşükürlük edərək növbəti dəfə terrora əl atdılar. Antiterror tədbirləri yalnız lokal şəkildə icra edilir. Hədəf və məqsəd separatçıları, Ermənistan hərbi birləşmələrini bu ərazilərdən tamamilə çıxarmaqdır. Əməliyyatların sarsıdıcı olduğunu görən separatçılar yenidən danışıqlara qayıtmaq istədiklərini bildirdilər. Azərbaycan Prezident Administrasiyası isə yalnız ağ bayraq qaldırıldığı, separatçılar silahlarını yerə qoyduqları, xunta rejimi buraxıldığı halda oradakı sakinlərlə Yevlax şəhərində reinteqrasiya danışıqları aparıla biləcəyini açıqladı. Bu baxımdan antiterror tədbirlərini həyata keçirmək yeganə çıxış yolu idi".
Naqif Həmzəyev qeyd edib ki, Paşinyan Azərbaycan ordusunun gücünə bələdə olduğu üçün öz hakimiyyətini qorumağa çalışır:
"Paşinyan bu addımı atmaqla erməni xalqı tərəfindən xəyanətkar adlandırılır. Ermənistan Baş naziri açıq şəkildə bildirir ki, Qarabağ onların məsələsi deyil. Ermənistan hakimiyyətinin ABŞ hərbçiləri ilə təlimlər keçirməsi və Rusiyaya qarşı səsləndirdiyi fikirlər onların mövqeyini aşkar şəkildə göstərir. Ermənistan Qərbə üz tutub. Biz bu seçimlərə qarışa bilmərik. Bizim tək hədəfimiz regionda uzunmüddətli və dayanıqlı sülhün əldə olunmasıdır".
Separatçılar təslim oldular
Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib ki, lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub. Bildirilib ki, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub:
1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlamasında bildirilib ki, Prezident administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə sentyabrın 21-də Yevlaxda görüş keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.