https://sputnik.az/20230920/ermenistan-bu-gun-elde-olunan-raziligi-tam-sekilde-icra-edecek---elcin-emirbeyov-458799548.html
Ermənistan bu gün əldə olunan razılığı tam şəkildə icra edəcək - Elçin Əmirbəyov
Ermənistan bu gün əldə olunan razılığı tam şəkildə icra edəcək - Elçin Əmirbəyov
Sputnik Azərbaycan
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi qeyd edib ki, dünya dövlətlərinin atacağı bəzi addımlar sülh gündəliyinə mane ola bilər. 20.09.2023, Sputnik Azərbaycan
2023-09-20T18:17+0400
2023-09-20T18:17+0400
2023-09-20T18:17+0400
siyasət
elçin əmirbəyov
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e7/03/15/452923086_0:0:924:520_1920x0_80_0_0_f0a8e73232251ff7ed71a32ef64258af.jpg
BAKI, 20 sentyabr — Sputnik. "Azərbaycan öz işini özü həll etməyə məcbur oldu". Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bölgədəki son vəziyyətlə bağlı sentyabrın 20-də Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə deyib. Onun fikrincə, Ermənistan bu gün əldə olunan razılığı tam şəkildə icra edəcək:"Bu isə sülh prosesinə rəvac verəcək". E.Əmirbəyovun sözlərinə görə, Azərbaycan bundan sonra əsas məsələlərə diqqət yetirə biləcək. Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi qeyd edib ki, dünya dövlətlərinin atacağı bəzi addımlar sülh gündəliyinə mane ola bilər:"Azərbaycanın bu müraciətinin eşidiləcəyinə ümid edirəm".O, həmçinin qeyd edib ki, Azərbaycan bundan sonra əsas məsələlərə diqqətini yönəldə biləcək:"Artıq çox həssas cari vəziyyətin fonunda müvafiq ölkələrə xitab edirik ki, onlar bəyanatlar irəli sürməzdən əvvəl bir neçə dəfə düşünsünlər. Həmin tərəflərə, BMT-nin Təhlükəsiz Şurasının iclasını çağırmaq istəyənlərə müraciət edirik ki, atılacaq addımların ümumi sülh gündəliyinə necə təsir edəcəklərini düşünsünlər. Diqqətimizi əsas sülh prosesinə yönəltmək istəyirik”.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/15/452923086_0:0:840:630_1920x0_80_0_0_4f3d671ead80f83ffbc971dad152a562.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
elçin əmirbəyov, azərbaycan
elçin əmirbəyov, azərbaycan
Ermənistan bu gün əldə olunan razılığı tam şəkildə icra edəcək - Elçin Əmirbəyov
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi qeyd edib ki, dünya dövlətlərinin atacağı bəzi addımlar sülh gündəliyinə mane ola bilər.
BAKI, 20 sentyabr — Sputnik. "Azərbaycan öz işini özü həll etməyə məcbur oldu". Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bölgədəki son vəziyyətlə bağlı sentyabrın 20-də Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə deyib.
Onun fikrincə, Ermənistan bu gün əldə olunan razılığı tam şəkildə icra edəcək:
"Bu isə sülh prosesinə rəvac verəcək".
E.Əmirbəyovun sözlərinə görə, Azərbaycan bundan sonra əsas məsələlərə diqqət yetirə biləcək.
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi qeyd edib ki, dünya dövlətlərinin atacağı bəzi addımlar sülh gündəliyinə mane ola bilər:
"Azərbaycanın bu müraciətinin eşidiləcəyinə ümid edirəm".
O, həmçinin qeyd edib ki, Azərbaycan bundan sonra əsas məsələlərə diqqətini yönəldə biləcək:
"Artıq çox həssas cari vəziyyətin fonunda müvafiq ölkələrə xitab edirik ki, onlar bəyanatlar irəli sürməzdən əvvəl bir neçə dəfə düşünsünlər. Həmin tərəflərə, BMT-nin Təhlükəsiz Şurasının iclasını çağırmaq istəyənlərə müraciət edirik ki, atılacaq addımların ümumi sülh gündəliyinə necə təsir edəcəklərini düşünsünlər. Diqqətimizi əsas sülh prosesinə yönəltmək istəyirik”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.