https://sputnik.az/20230920/bas-prokurorluq-azerbaycan-xalqi-buna-imkan-vermeyecek-458774722.html
Baş Prokurorluq: "Azərbaycan xalqı buna imkan verməyəcək"
Baş Prokurorluq: "Azərbaycan xalqı buna imkan verməyəcək"
Sputnik Azərbaycan
Baş Prokurorluğun böyük prokuroru təəssüflə qeyd edib ki, dünəndən bəri bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən süni ajiotaja səbəb olan, rəsmi dövlət... 20.09.2023, Sputnik Azərbaycan
2023-09-20T11:03+0400
2023-09-20T11:03+0400
2023-09-20T11:03+0400
baş prokurorluq
qarabağın dirçəlişi və reinteqrasiyası
https://cdnn1.img.sputnik.az/img/07e5/02/08/426168652_0:145:3071:1872_1920x0_80_0_0_5cbe44cf56423c3972ad2a873f11a548.jpg
BAKI, 20 sentyabr — Sputnik. "Baş vermiş hər bir faktla bağlı cinayət işləri başlanmaqla istintaq aparılır, hazırkı şəraitdə prokurorluq əməkdaşları tərəfindən mümkün olan istintaq hərəkətləri aparılır, həmçinin mülki infrastruktur obyektlərinə dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib". Bunu brifinqdə çıxışı zamanı Baş Prokurorluğun böyük prokuroru Kənan Zeynalov deyib. Onun sözlərinə görə, təəssüflər olsun ki, dünəndən bəri bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən əhalinin həssas olduğu mövzulara dair, xüsusilə yalandan çoxlu sayda şəhidlərimizin olması barədə süni ajiotaja səbəb olan, rəsmi dövlət qurumları ilə dəqiqləşdirilməmiş informasiyalar ictimailəşdirilir: "İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması məsuliyyətə səbəb olur. Hüquq-mühafizə orqanları hazırda koordinasiyalı fəaliyyət göstərir və bu tipli istənilən qanunsuz hərəkətin qarşısı alınacaq, qanunsuz hərəkətə yol vermiş şəxslər məsuliyyətə cəlb olunacaq. Əminliklə bildiririk ki, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində olduğu kimi, yenə də vətəndaş-dövlət birliyini nümayiş etdirəcək və qanunsuz əməllərə, bu kimi süni ajiotaja səbəb olacaq halların yayılmasına imkan verməyəcək".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/08/426168652_192:0:2880:2016_1920x0_80_0_0_55e8dd37532529873f71d513656a569f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
baş prokurorluq
Baş Prokurorluq: "Azərbaycan xalqı buna imkan verməyəcək"
Baş Prokurorluğun böyük prokuroru təəssüflə qeyd edib ki, dünəndən bəri bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən süni ajiotaja səbəb olan, rəsmi dövlət qurumları ilə dəqiqləşdirilməmiş informasiyalar ictimailəşdirilir.
BAKI, 20 sentyabr — Sputnik. "Baş vermiş hər bir faktla bağlı cinayət işləri başlanmaqla istintaq aparılır, hazırkı şəraitdə prokurorluq əməkdaşları tərəfindən mümkün olan istintaq hərəkətləri aparılır, həmçinin mülki infrastruktur obyektlərinə dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib".
Bunu brifinqdə çıxışı zamanı Baş Prokurorluğun böyük prokuroru Kənan Zeynalov deyib.
Onun sözlərinə görə, təəssüflər olsun ki, dünəndən bəri bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən əhalinin həssas olduğu mövzulara dair, xüsusilə yalandan çoxlu sayda şəhidlərimizin olması barədə süni ajiotaja səbəb olan, rəsmi dövlət qurumları ilə dəqiqləşdirilməmiş informasiyalar ictimailəşdirilir:
"İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması məsuliyyətə səbəb olur. Hüquq-mühafizə orqanları hazırda koordinasiyalı fəaliyyət göstərir və bu tipli istənilən qanunsuz hərəkətin qarşısı alınacaq, qanunsuz hərəkətə yol vermiş şəxslər məsuliyyətə cəlb olunacaq. Əminliklə bildiririk ki, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində olduğu kimi, yenə də vətəndaş-dövlət birliyini nümayiş etdirəcək və qanunsuz əməllərə, bu kimi süni ajiotaja səbəb olacaq halların yayılmasına imkan verməyəcək".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.