https://sputnik.az/20230920/abs-hokumetini-azerbaycanin-erazi-butovluyune-hormet-etmeye-cagiririq---cma-458793813.html
ABŞ hökumətini Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyə çağırırıq - İcma
ABŞ hökumətini Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyə çağırırıq - İcma
Sputnik Azərbaycan
Terror təhdidlərini dəf etmək və Konstitusiya quruluşunu bərqərar etmək üçün öz ərazisi daxilində tədbirlər həyata keçirmək Azərbaycanın suveren hüququdur - ... 20.09.2023, Sputnik Azərbaycan
2023-09-20T16:37+0400
2023-09-20T16:37+0400
2023-09-20T16:37+0400
azərbaycan xəbərləri
qərbi azərbaycan icması
abş
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/14/434408226_0:0:2001:1125_1920x0_80_0_0_87f665b20dda0c81a682938c939a72f3.jpg
BAKI, 20 sentyabr — Sputnik. Qərbi Azərbaycan İcması Amerika Birləşmiş Ştatlarının rəsmilərinin Azərbaycanın Qarabağ regionunda həyata keçirdiyi anti-terror tədbirləri ilə əlaqədar verdikləri qərəzli bəyanatlardan narahatdır. Bu, İcmanın məsələ ilə bağlı bəyanatında yer alıb. Bəyanatda, həmçinin deyilir:"Terror təhdidlərini dəf etmək və Konstitusiya quruluşunu bərqərar etmək üçün öz ərazisi daxilində tədbirlər həyata keçirmək Azərbaycanın suveren hüququdur. ABŞ tərəfinin son bəyanatları onun terrorçuluğa qarşı beynəlxalq mübarizədə nümayiş etdirdiyi mövqeyi və bu məsələ üzrə Azərbaycan Respublikası ilə onilliklər boyunca apardığı tərəfdaşlığa uyğun gəlmir". Diqqətə çatdırılıb ki, ABŞ hökumətinin Ermənistandan azərbaycanlıların qovulmasına, Ermənistanın Azərbaycan ərazilərini işğal edib oranı viran qoymasına, bir milyona yaxın azərbaycanlını oradan didərgin salmasına adekvat münasibət bildirməməsi fonunda, Azərbaycanın antiterror tədbirləri ilə bağlı qərəzli mövqe nümayiş etdirməsi təəssüf doğurur. Bundan başqa, Ermənistan Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı qəsd etdiyi halda, ABŞ tərəfi nədənsə ancaq Ermənistanın ərazi bütövlüyünə dəstək ifadə edir. Xatırladaq ki, Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin hüquqi varisidir. Avqustun 3-də İctimai Birliyin adı dəyişdirilərək "Qərbi Azərbaycan İcması"na çevrilib, İcmanın yeni Nizamnaməsi təsdiq olunub. İcmada Müşahidə, Ağsaqqallar, Ziyalılar, Qadınlar və Qəyyumlar şuraları, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası, Gənclər Birliyi, xarici ölkələrdəki nümayəndəliklər kimi strukturlar yaradılıb və seçkilər keçirilib. Təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur. 1988-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş 50 mindən çox ailənin 20 minə qədərinə dəymiş ziyan hesablanıb və hazırda bu işlər davam etdirilir. Həmin illərdə Qərbi Azərbaycanda 300-ə yaxın yaşayış məntəqəsindən qovulan qaçqınların hər bir ailə üzrə (ad, soyad, ata adı) dəqiq statistikası aparılıb, 130 kəndin siyahısı tamamlanıb. Təşkilat Qərbi Azərbaycanda tarixi və mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısının hazırlanmasını davam etdirir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/14/434408226_0:50:1536:1202_1920x0_80_0_0_bccfcf0322b9d24ca7bbcff78a95a64f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qərbi azərbaycan icması, abş
qərbi azərbaycan icması, abş
ABŞ hökumətini Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyə çağırırıq - İcma
Terror təhdidlərini dəf etmək və Konstitusiya quruluşunu bərqərar etmək üçün öz ərazisi daxilində tədbirlər həyata keçirmək Azərbaycanın suveren hüququdur - , bəyanatda vurğulanıb.
BAKI, 20 sentyabr — Sputnik. Qərbi Azərbaycan İcması Amerika Birləşmiş Ştatlarının rəsmilərinin Azərbaycanın Qarabağ regionunda həyata keçirdiyi anti-terror tədbirləri ilə əlaqədar verdikləri qərəzli bəyanatlardan narahatdır. Bu, İcmanın məsələ ilə bağlı bəyanatında yer alıb.
Bəyanatda, həmçinin deyilir:
"Terror təhdidlərini dəf etmək və Konstitusiya quruluşunu bərqərar etmək üçün öz ərazisi daxilində tədbirlər həyata keçirmək Azərbaycanın suveren hüququdur. ABŞ tərəfinin son bəyanatları onun terrorçuluğa qarşı beynəlxalq mübarizədə nümayiş etdirdiyi mövqeyi və bu məsələ üzrə Azərbaycan Respublikası ilə onilliklər boyunca apardığı tərəfdaşlığa uyğun gəlmir".
Diqqətə çatdırılıb ki, ABŞ hökumətinin Ermənistandan azərbaycanlıların qovulmasına, Ermənistanın Azərbaycan ərazilərini işğal edib oranı viran qoymasına, bir milyona yaxın azərbaycanlını oradan didərgin salmasına adekvat münasibət bildirməməsi fonunda, Azərbaycanın antiterror tədbirləri ilə bağlı qərəzli mövqe nümayiş etdirməsi təəssüf doğurur. Bundan başqa, Ermənistan Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı qəsd etdiyi halda, ABŞ tərəfi nədənsə ancaq Ermənistanın ərazi bütövlüyünə dəstək ifadə edir.
"Biz ABŞ hökumətini Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət etməyə, insan hüquqları məsələsində ayrı-seçkiliyə yol verməməyə və Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmasına dəstək verməyə çağırırıq", - deyə bəyanatda vurğulanıb.
Xatırladaq ki, Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin hüquqi varisidir. Avqustun 3-də İctimai Birliyin adı dəyişdirilərək "Qərbi Azərbaycan İcması"na çevrilib, İcmanın yeni Nizamnaməsi təsdiq olunub. İcmada Müşahidə, Ağsaqqallar, Ziyalılar, Qadınlar və Qəyyumlar şuraları, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası, Gənclər Birliyi, xarici ölkələrdəki nümayəndəliklər kimi strukturlar yaradılıb və seçkilər keçirilib.
Təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur. 1988-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş 50 mindən çox ailənin 20 minə qədərinə dəymiş ziyan hesablanıb və hazırda bu işlər davam etdirilir. Həmin illərdə Qərbi Azərbaycanda 300-ə yaxın yaşayış məntəqəsindən qovulan qaçqınların hər bir ailə üzrə (ad, soyad, ata adı) dəqiq statistikası aparılıb, 130 kəndin siyahısı tamamlanıb. Təşkilat Qərbi Azərbaycanda tarixi və mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısının hazırlanmasını davam etdirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.