CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

XİN-ə diplomatik xidmətə qəbul imtahanının ikinci mərhələsi üzrə qeydiyyat başlanıb

© Sputnik / Murad OrudjevXİN Xarici İşlər Nazirliyi
XİN Xarici İşlər Nazirliyi - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Abunə olmaq
Tələb olunan şərtləri ödəyən namizədlər imtahanda iştirak etmək üçün bu gün saat 10:00-dan 20 sentyabr saat 18:00-dək DİM-in saytında qeydiyyatdan keçib ödəniş etməlidirlər
BAKI, 19 sentyabr — Sputnik. Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul üzrə keçiriləcək yazılı imtahanın ikinci mərhələsinə birinci mərhələdə hər bir tapşırıq bloku üzrə 50%-dən yuxarı (çin, ərəb, fars, fransız, ispan, portuqal və ibri dillərini seçən namizədlər üçün isə 40%-dən yuxarı) nəticə göstərən namizədlər buraxılır.
Bu barədə Dövlət İmtahan Mərkəzindən xəbər verilib.
Qeyd edilib ki, tələb olunan şərtləri ödəyən namizədlər imtahanda iştirak etmək üçün 19 sentyabr saat 10:00-dan 20 sentyabr saat 18:00-dək DİM-in saytında (https://exidmet.dim.gov.az/elimt/XINTest2Merhele/QeydList) qeydiyyatdan keçib ödəniş etməlidirlər.
Qeyd edək ki, imtahanın xarici dil biliyini və Azərbaycan dili üzrə yazı bacarığını yoxlayan ikinci mərhələsi sentyabrın 23-də, danışıq bloku imtahanı isə sentyabrın 24-də keçiriləcək. Yuxarıda göstərilən müddət ərzində qeydiyyatdan keçmiş şəxslər sentyabrın 23-də və 24-də keçiriləcək imtahanlarda iştirak edə biləcəklər.
Yazılı imtahanın xarici dil biliyini yoxlayan ikinci mərhələsində dillər üzrə ümum-Avropa çərçivə sənədinin (CEFR) C1 səviyyəsinə uyğun olaraq namizədlərin 4 bacarıq ("dinləyib-anlama", "oxuyub-anlama", "yazı" və "danışıq") üzrə qiymətləndirilməsi aparılacaq.
İmtahanın ikinci mərhələsi haqqında ətraflı məlumatla buradan tanış ola bilərsiniz: https://dim.gov.az/news/11787/
Xəbər lenti
0