DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ukraynanın taleyi necə olacaq? Beynəlxalq təşkilatlar bu suala cavab axtarıblar

© Eskinder DEBEBE / UN Photo / AFPBMT-nin baş katibi Antonio Quterreş
BMT-nin baş katibi Antonio Quterreş  - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Abunə olmaq
Beynəlxalq təşkilatların liderləri dünyadakı iqlim dəyişikliyi və COP28-ə hazırlıq məsələləri, eləcə də Dayanıqlı İnkişaf Məqsədlərinin inkişafı ətrafında da fikir mübadiləsi aparıblar.
BAKI, 19 sentyabr — Sputnik. BMT-nin baş katibi Antonio Quterreş Avropa Şurasının rəhbəri Şarl Mişel və Avropa diplomatiyasının rəhbəri Jozep Borrel ilə Ukraynadakı münaqişəni müzakirə ediblər.
BMT-nin mətbuat xidməti bu barədə xəbər verib.
Hesabatda qeyd edilib ki, tərəflər Ukraynadakı münaqişəni və "onun qlobal nəticələrini, xüsusilə ərzaq təhlükəsizliyi üçün olan nəticələri" müzakirə ediblər.
"Onlar Saheldə təhlükəsizlik və humanitar vəziyyətin pisləşməsi, eləcə də regionda qeyri-konstitusiya hökumət dəyişiklikləri dalğasının mənfi təsirindən narahat olduqlarını bildiriblər. Onlar, həmçinin iqlim dəyişikliyi və COP28-ə (BMT-nin iqlim konfransı) hazırlıq məsələlərini, eləcə də Dayanıqlı İnkişaf Məqsədlərinin inkişafını müzakirə ediblər", - deyə BMT-də qeyd edilib.
Xəbər lenti
0