https://sputnik.az/20230919/ran-abs-mehbus-mubadilesinin-nuve-razilasmasi-ile-elaqesi-yoxdur---ag-ev-458741327.html
İran-ABŞ məhbus mübadiləsinin nüvə razılaşması ilə əlaqəsi yoxdur - Ağ Ev
İran-ABŞ məhbus mübadiləsinin nüvə razılaşması ilə əlaqəsi yoxdur - Ağ Ev
Sputnik Azərbaycan
Makqurk qeyd edib ki, Birləşmiş Ştatlar bu məsələnin diplomatik yolla həllini istisna etməsə də, Vaşinqton İranın nüvə proqramı ilə bağlı hər hansı gözlənilməz... 19.09.2023, Sputnik Azərbaycan
2023-09-19T21:42+0400
2023-09-19T21:42+0400
2023-09-19T21:42+0400
ağ ev
dünya xəbərləri
abş
iran
tehran
vaşinqton
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1c/443418179_0:288:3071:2015_1920x0_80_0_0_9c43eedd5406a6b0afee52f467a36c0a.jpg
BAKI, 19 sentyabr — Sputnik. Sentyabrın 18-də Tehran və Vaşinqton arasında məhbus mübadiləsi İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası üzrə danışıqlarla bağlı deyil. Bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk "The Washington Post" qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, nüvə sazişi ətrafında vəziyyətin müzakirəsi "dalana dirənib". Makqurk qeyd edib ki, Birləşmiş Ştatlar bu məsələnin diplomatik yolla həllini istisna etməsə də, Vaşinqton İranın nüvə proqramı ilə bağlı hər hansı gözlənilməz vəziyyətə hazırdır. Sentyabrın 18-də İran və ABŞ arasında məhbus mübadiləsi baş tutub. Azad edilmiş 5 Amerika vətəndaşını daşıyan təyyarə İrandan Qətərin paytaxtına uçub. ABŞ administrasiyasının məlumatına görə, Təyyarədə İranı tərk etməsi qadağan edilmiş məhbusların iki ailə üzvü də olub. Press TV-nin məlumatına görə, ABŞ səlahiyyətliləri də beş İran vətəndaşını da azad edib. Məhbusların dəyişdirilməsi sazişinin bir hissəsi olaraq İran ABŞ sanksiyaları səbəbindən Cənubi Koreyanın bank hesablarında bloklanan aktivlərinə çıxış əldə edib. İran Mərkəzi Bankının sədri Məhəmməd Rza Fərzin 5,9 milyard dollar aktivin Cənubi Koreya vonundan avroya çevrildiyini və İranın Qətərdəki bank hesablarına köçürüldüyünü təsdiqləyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1c/443418179_336:0:3065:2047_1920x0_80_0_0_cff2684596d6f7a96bc395d60503ef43.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ağ ev, abş, iran, tehran, vaşinqton
ağ ev, abş, iran, tehran, vaşinqton
İran-ABŞ məhbus mübadiləsinin nüvə razılaşması ilə əlaqəsi yoxdur - Ağ Ev
Makqurk qeyd edib ki, Birləşmiş Ştatlar bu məsələnin diplomatik yolla həllini istisna etməsə də, Vaşinqton İranın nüvə proqramı ilə bağlı hər hansı gözlənilməz vəziyyətə hazırdır.
BAKI, 19 sentyabr — Sputnik. Sentyabrın 18-də Tehran və Vaşinqton arasında məhbus mübadiləsi İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası üzrə danışıqlarla bağlı deyil. Bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk "The Washington Post" qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, nüvə sazişi ətrafında vəziyyətin müzakirəsi "dalana dirənib".
Makqurk qeyd edib ki, Birləşmiş Ştatlar bu məsələnin diplomatik yolla həllini istisna etməsə də, Vaşinqton İranın nüvə proqramı ilə bağlı hər hansı gözlənilməz vəziyyətə hazırdır.
Sentyabrın 18-də İran və ABŞ arasında məhbus mübadiləsi baş tutub. Azad edilmiş 5 Amerika vətəndaşını daşıyan təyyarə İrandan Qətərin paytaxtına uçub. ABŞ administrasiyasının məlumatına görə, Təyyarədə İranı tərk etməsi qadağan edilmiş məhbusların iki ailə üzvü də olub.
Press TV-nin məlumatına görə, ABŞ səlahiyyətliləri də beş İran vətəndaşını da azad edib. Məhbusların dəyişdirilməsi sazişinin bir hissəsi olaraq İran ABŞ sanksiyaları səbəbindən Cənubi Koreyanın bank hesablarında bloklanan aktivlərinə çıxış əldə edib. İran Mərkəzi Bankının sədri Məhəmməd Rza Fərzin 5,9 milyard dollar aktivin Cənubi Koreya vonundan avroya çevrildiyini və İranın Qətərdəki bank hesablarına köçürüldüyünü təsdiqləyib.