DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qərbin köməyi olmasaydı, Ukraynadakı münaqişə çoxdan bitərdi

© Sputnik / Сергей АверинMəhv edilmiş Ukrayna tankı
Məhv edilmiş Ukrayna tankı - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Abunə olmaq
Qərb Ukraynanın silahla təchizatına davam edir və bunu "Rusiya ilə döyüşmək" zərurəti ilə izah edir.
BAKI, 19 sentyabr — Sputnik. Əgər Qərb Kiyevə silah tədarükünü dayandırsaydı, Ukraynadakı münaqişə çoxdan həll oluna bilərdi.
Bu fikri "Daily Mail"in jurnalisti Piter Hitçens deyib.
Onun sözlərinə görə, Qərb Ukraynanı silah təchiz etməyə davam edir və bunu "Rusiya ilə döyüşmək" zərurəti ilə izah edir. Eyni zamanda, jurnalist Qərb ölkələrinin ikiüzlülüyünə diqqət çəkib, çünki onların hərəkətləri yalnız eskalasiyaya və ukraynalıların ölümünə səbəb olur.
Hitçens vurğulayıb ki, əgər ABŞ və müttəfiqləri həqiqətən də Ukrayna vətəndaşlarının qayğısına qalırlarsa, o zaman Kiyevi sülh danışıqlarına sövq etməli və "odun üzərinə yağ tökməməlidirlər".
Bundan əvvəl ABŞ-ın Ukraynaya yardıma xərcləmələri, təxminən 111 milyard dollar təşkil etdiyi məlum olub. Bundan əlavə, avqust ayında Ağ Ev Konqresdən daha 24 milyard dollar, o cümlədən hərbi yardım üçün 13 milyard dollar istəyib.
Xəbər lenti
0