https://sputnik.az/20230919/qarabag-azerbaycan-torpagidir-bunun-xaricinde-hec-bir-status-qebul-edilmeyecek--erdogan-458765419.html
Qarabağ Azərbaycan torpağıdır, bunun xaricində heç bir status qəbul edilməyəcək- Ərdoğan
Qarabağ Azərbaycan torpağıdır, bunun xaricində heç bir status qəbul edilməyəcək- Ərdoğan
Sputnik Azərbaycan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclasında çıxışı zamanı deyib ki, Ermənistan vədlərinə əməl etməyib. 19.09.2023, Sputnik Azərbaycan
2023-09-19T21:11+0400
2023-09-19T21:11+0400
2023-09-19T21:11+0400
qarabağın dirçəlişi və reinteqrasiyası
ərdoğan
rəcəb tayyip ərdoğan
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
bmt baş assambleyası
erməni
ermənistan
azərbaycan və ermənistan arasında müharibə
https://cdnn1.img.sputnik.az/img/07e7/06/03/455562454_0:615:2048:1767_1920x0_80_0_0_acaa3ab34b7d035919f82bda4b103eff.jpg
BAKI, 19 sentyabr - Sputnik. “Qarabağ Azərbaycan torpağıdır, bunun xaricində heç bir status qəbul edilməyəcək”.Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclasında çıxışı zamanı bildirib.Cənubi Qafqazda sülhün, sabitliyin bərpasının əsas hədəf olduğunu bildirən Ərdoğan Türkiyənin “Bir millət, iki dövlət” prinsipinə əməl etdiyini və bundan sonra da edəcəyini bildirib:""Bir millət, iki dövlət” şüarı ilə hərəkət etdiyimiz Azərbaycanın ərazi bütövlüyünü qoruması üçün atdığı addımları dəstəkləyirik və Ermənistanın addımlarını şiddətlə qınayırıq".Bundan əvvəl Türkiyə Xarici İşlər Nazirliyi Qarabağda baş verən son olaylara münasibət bildirib. "İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən üç ilə yaxın müddətdə yerlərdəki vəziyyətlə bağlı haqlı narahatlığın həllini tapmaması nəticəsində Azərbaycan öz suveren ərazisində zəruri hesab etdiyi tədbirləri görməli oldu" - Nazirliyin açıqlamasında deyilir."Hesab edirik ki, Azərbaycan və Ermənistan arasında indiyədək ciddi şəkildə həyata keçirilən hərtərəfli danışıqlar prosesinin nəticə verəcək şəkildə davam etdirilməsi, regionda sülhün, təhlükəsizliyin, firavanlığın və daimi sabitliyin bərqərar olmasının yeganə yoludur", - açıqlamada bildirilir.Ərdoğanın sözlərinə görə, Ermənistanın Zəngəzur dəhlizi başda olmaqla, verdiyi vədləri yerinə yetirməsini gözləyir.Türkiyə Prezidenti təəssüflə bildirib ki, Ermənistan bu tarixi fürsəti dəyərləndirməyib: “”Biz əvvəldən Azərbaycan və Ermənistan arasında danışıqlar prosesini dəstəklədik. Amma Ermənistan vədlərinə əməl etmədi”.Ərdoğan deyib ki, Cənubi Qafqaz bölgəsindəki gərginliyin tezliklə başa çatacağına ümid edir.Xatırladaq ki, sentyabrın 19-da səhər saatlarında Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror əməliyyatlarına başlanılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/03/455562454_0:569:2048:2105_1920x0_80_0_0_6fc4abe374aff419fe603de0f30a2a4d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, bmt baş assambleyası, erməni, ermənistan, azərbaycan və ermənistan arasında müharibə
ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, bmt baş assambleyası, erməni, ermənistan, azərbaycan və ermənistan arasında müharibə
Qarabağ Azərbaycan torpağıdır, bunun xaricində heç bir status qəbul edilməyəcək- Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclasında çıxışı zamanı deyib ki, Ermənistan vədlərinə əməl etməyib.
BAKI, 19 sentyabr - Sputnik. “Qarabağ Azərbaycan torpağıdır, bunun xaricində heç bir status qəbul edilməyəcək”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclasında çıxışı zamanı bildirib.
Cənubi Qafqazda sülhün, sabitliyin bərpasının əsas hədəf olduğunu bildirən Ərdoğan Türkiyənin “Bir millət, iki dövlət” prinsipinə əməl etdiyini və bundan sonra da edəcəyini bildirib:
""Bir millət, iki dövlət” şüarı ilə hərəkət etdiyimiz Azərbaycanın ərazi bütövlüyünü qoruması üçün atdığı addımları dəstəkləyirik və Ermənistanın addımlarını şiddətlə qınayırıq".
Bundan əvvəl Türkiyə Xarici İşlər Nazirliyi Qarabağda baş verən son olaylara münasibət bildirib.
"İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən üç ilə yaxın müddətdə yerlərdəki vəziyyətlə bağlı haqlı narahatlığın həllini tapmaması nəticəsində Azərbaycan öz suveren ərazisində zəruri hesab etdiyi tədbirləri görməli oldu" - Nazirliyin açıqlamasında deyilir.
"Hesab edirik ki, Azərbaycan və Ermənistan arasında indiyədək ciddi şəkildə həyata keçirilən hərtərəfli danışıqlar prosesinin nəticə verəcək şəkildə davam etdirilməsi, regionda sülhün, təhlükəsizliyin, firavanlığın və daimi sabitliyin bərqərar olmasının yeganə yoludur", - açıqlamada bildirilir.
Ərdoğanın sözlərinə görə, Ermənistanın Zəngəzur dəhlizi başda olmaqla, verdiyi vədləri yerinə yetirməsini gözləyir.
Türkiyə Prezidenti təəssüflə bildirib ki, Ermənistan bu tarixi fürsəti dəyərləndirməyib: “”Biz əvvəldən Azərbaycan və Ermənistan arasında danışıqlar prosesini dəstəklədik. Amma Ermənistan vədlərinə əməl etmədi”.
Ərdoğan deyib ki, Cənubi Qafqaz bölgəsindəki gərginliyin tezliklə başa çatacağına ümid edir.
Xatırladaq ki, sentyabrın 19-da səhər saatlarında Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror əməliyyatlarına başlanılıb.