Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

Paşinyan: Qarabağdakı vəziyyətə görə Azərbaycana qarşı hərbi əməliyyatlara başlamayacağıq

© Sputnik / Михаил МетцельMoskvada Putin Əliyev və Paşinyan arasında üçtərəfli görüş
Moskvada Putin Əliyev və Paşinyan arasında üçtərəfli görüş - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Abunə olmaq
Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
BAKI, 19 sentyabr - Sputnik. “Ermənistan Qarabağdakı vəziyyətə görə Azərbaycana qarşı hərbi əməliyyatlara başlamaq niyyətində deyil”.
“Report” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Ermənistan hərbi əməliyyatlarda iştirak etmir. Biz indiki vaxtda tələsik addım atmayacağıq”, - o qeyd edib.
Onun sözlərinə görə, bəzi dairələr dövlət çevrilişi daxil olmaqla, müxtəlif səpkili bəyanatlar verirlər: “Bu şərtlər daxilində Ermənistan dövləti qanunvericilik çərçivəsində reaksiya verməlidir. Ayrı-ayrı şəxslərə və siyasi qüvvələrə Ermənistanın dövlətçiliyinə xələl gətirmək imkanı verilməməlidir”.
Sentyabrın 19-da səhər saatlarında Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror əməliyyatlarına başlanılıb.
Xəbər lenti
0