https://sputnik.az/20230919/pa-qarabagin-ermeni-sakinlerinin-numayendeleriyle-yevlaxda-goruse-hazir-oldugunu-bildirib-458757720.html
PA Qarabağın erməni sakinlərinin nümayəndələrilə Yevlaxda görüşə hazır olduğunu bildirib
PA Qarabağın erməni sakinlərinin nümayəndələrilə Yevlaxda görüşə hazır olduğunu bildirib
Sputnik Azərbaycan
Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. 19.09.2023, Sputnik Azərbaycan
2023-09-19T18:42+0400
2023-09-19T18:42+0400
2023-09-19T19:55+0400
qarabağın dirçəlişi və reinteqrasiyası
prezident administrasiyası
yevlax
yevlax şəhəri
erməni
ermənistan
https://cdnn1.img.sputnik.az/img/41377/17/413771702_0:0:2000:1125_1920x0_80_0_0_00093632a9aca9b6cc9504418aeeab87.jpg
BAKI, 19 sentyabr - Sputnik. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Ermənistanın Azərbaycan ərazisində yaratdığı və hələ də dəstəklədiyi qanunsuz rejimin “danışıqlara başlamaq çağırışı” ilə əlaqədar bildirir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası reinteqrasiya məsələlərini müzakirə etmək üçün bir neçə dəfə ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini dialoqa dəvət edib. Lakin onlar hər dəfə bundan imtina ediblər.Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının yaydığı açıqlamada bildirilib.“Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşə hazır olduğunu bildirir. Lakin antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır. Əks təqdirdə, antiterror tədbirləri sona qədər davam etdiriləcək”, - qeyd olunub.Qeyd edək ki, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
https://sputnik.az/20230919/eyvazov-mulki-ehalini-ermenistan-herbi-birlesmelerine-tabe-olmamaga-cagiririq-458754272.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41377/17/413771702_293:0:2000:1280_1920x0_80_0_0_c779ab4cc155c31caf83810d51a4f6b4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident administrasiyası, yevlax, yevlax şəhəri, erməni, ermənistan
prezident administrasiyası, yevlax, yevlax şəhəri, erməni, ermənistan
PA Qarabağın erməni sakinlərinin nümayəndələrilə Yevlaxda görüşə hazır olduğunu bildirib
18:42 19.09.2023 (Yenilənib: 19:55 19.09.2023) Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
BAKI, 19 sentyabr - Sputnik. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Ermənistanın Azərbaycan ərazisində yaratdığı və hələ də dəstəklədiyi qanunsuz rejimin “danışıqlara başlamaq çağırışı” ilə əlaqədar bildirir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası reinteqrasiya məsələlərini müzakirə etmək üçün bir neçə dəfə ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini dialoqa dəvət edib. Lakin onlar hər dəfə bundan imtina ediblər.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının yaydığı açıqlamada bildirilib.
“Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşə hazır olduğunu bildirir. Lakin antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır. Əks təqdirdə, antiterror tədbirləri sona qədər davam etdiriləcək”, - qeyd olunub.
Qeyd edək ki, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.