https://sputnik.az/20230919/mask-gozlenilmeden-ukrayna-silahli-quvveleri-haqqinda-danisib-458711937.html
Mask gözlənilmədən Ukrayna Silahlı Qüvvələri haqqında danışıb
Mask gözlənilmədən Ukrayna Silahlı Qüvvələri haqqında danışıb
Sputnik Azərbaycan
İş adamı İlon Mask Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun uğursuzluğunu və ağır itkilərini açıqlayıb. 19.09.2023, Sputnik Azərbaycan
2023-09-19T00:50+0400
2023-09-19T00:50+0400
2023-09-19T00:50+0400
ukrayna
dünya xəbərləri
ilon mask
rusiya
zaporojye
https://cdnn1.img.sputnik.az/img/07e5/01/08/425908195_0:0:2894:1628_1920x0_80_0_0_aede36f57d2dcca966a85226131e22a8.jpg
BAKI, 19 sentyabr — Sputnik. Əks-hücum zamanı Ukrayna həddən artıq çox insan itirsə də cəbhədə əhəmiyyətli irəliləyiş əldə edə bilmədi. Amerikalı sahibkar İlon Mask bu barədə "X" sosial şəbəkəsində yazıb. "Belə kiçik bir nəticə üçün bu qədər çox sayda ölüm", - deyə o yazıb. Sahibkar Devid Saksın Ukrayna Silahlı Qüvvələrinin uğursuz əks-hücum əməliyyatı ilə bağlı yazısını milyarder belə şərh edib. Son zamanlar Mask Krım yaxınlığında Starlink peyk internet xidmətinin məhdudlaşdırılmasına göstəriş verdiyi və bununla da Ukrayna Hərbi Dəniz Qüvvələrinin pilotsuz təyyarələrinin Qara dəniz donanmasının gəmilərinə hücumunun qarşısını aldığı üçün tənqid atəşinə tutulub. Keçən həftə yayımlanan Maskın tərcümeyi-halında, bu qərar SpaceX-in "böyük bir müharibə aktına" qarışmasını istəməməsi ilə izah edilib. Daha sonra milyarder özü Starlink-i işə salmaqdan imtinanı Krıma da şamil edilən Amerika sanksiyalarının buna imkan verməməsi ilə əlaqələndirib. Ukrayna Silahlı Qüvvələri artıq dörd aydır ki, Cənubi Donetsk, Artyomovsk və Zaporojye istiqamətlərində NATO tərəfindən təlim keçmiş və Qərb hərbi texnikası ilə silahlanmış briqadalarını döyüşə ataraq əks-hücum əməliyyatı keçirir. Lakin onlar cəbhənin heç bir sahəsində uğur qazana bilməyiblər. Ukrayna ordusunun itkiləri artıq 70 min nəfəri və 18 min ədəd texnikanı keçib. Vladimir Putinin sözlərinə görə, bu, uğursuzluqdur. ABŞ və Avropadan olan media və hərbi ekspertlər də Kiyevin yay kampaniyasının uğursuzluqla nəticələndiyini yazır. Eyni zamanda, onlar Rusiyanın mina sahələrinin və laylı müdafiənin effektivliyini qeyd edirlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/08/425908195_163:0:2894:2048_1920x0_80_0_0_aaa58224aa58c66bafa59e3e9ebd5e4c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ukrayna, ilon mask, rusiya, zaporojye
ukrayna, ilon mask, rusiya, zaporojye
Mask gözlənilmədən Ukrayna Silahlı Qüvvələri haqqında danışıb
İş adamı İlon Mask Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun uğursuzluğunu və ağır itkilərini açıqlayıb.
BAKI, 19 sentyabr — Sputnik. Əks-hücum zamanı Ukrayna həddən artıq çox insan itirsə də cəbhədə əhəmiyyətli irəliləyiş əldə edə bilmədi.
Amerikalı sahibkar İlon Mask bu barədə "X" sosial şəbəkəsində yazıb.
"Belə kiçik bir nəticə üçün bu qədər çox sayda ölüm", - deyə o yazıb.
Sahibkar Devid Saksın Ukrayna Silahlı Qüvvələrinin uğursuz əks-hücum əməliyyatı ilə bağlı yazısını milyarder belə şərh edib.
Son zamanlar Mask Krım yaxınlığında Starlink peyk internet xidmətinin məhdudlaşdırılmasına göstəriş verdiyi və bununla da Ukrayna Hərbi Dəniz Qüvvələrinin pilotsuz təyyarələrinin Qara dəniz donanmasının gəmilərinə hücumunun qarşısını aldığı üçün tənqid atəşinə tutulub.
Keçən həftə yayımlanan Maskın tərcümeyi-halında, bu qərar SpaceX-in "böyük bir müharibə aktına" qarışmasını istəməməsi ilə izah edilib. Daha sonra milyarder özü Starlink-i işə salmaqdan imtinanı Krıma da şamil edilən Amerika sanksiyalarının buna imkan verməməsi ilə əlaqələndirib.
Ukrayna Silahlı Qüvvələri artıq dörd aydır ki, Cənubi Donetsk, Artyomovsk və Zaporojye istiqamətlərində NATO tərəfindən təlim keçmiş və Qərb hərbi texnikası ilə silahlanmış briqadalarını döyüşə ataraq əks-hücum əməliyyatı keçirir. Lakin onlar cəbhənin heç bir sahəsində uğur qazana bilməyiblər. Ukrayna ordusunun itkiləri artıq 70 min nəfəri və 18 min ədəd texnikanı keçib.
Vladimir Putinin sözlərinə görə, bu, uğursuzluqdur. ABŞ və Avropadan olan media və hərbi ekspertlər də Kiyevin yay kampaniyasının uğursuzluqla nəticələndiyini yazır. Eyni zamanda, onlar Rusiyanın mina sahələrinin və laylı müdafiənin effektivliyini qeyd edirlər.