https://sputnik.az/20230919/lon-mask-x-sosial-sebekesinden-istifade-ucun-ayliq-odenis-tetbiq-etmek-isteyir-458743290.html
İlon Mask “X” sosial şəbəkəsindən istifadə üçün aylıq ödəniş tətbiq etmək istəyir
İlon Mask “X” sosial şəbəkəsindən istifadə üçün aylıq ödəniş tətbiq etmək istəyir
Sputnik Azərbaycan
“Tesla” və “SpaceX”in rəhbəri belə bir tədbirin "bot orduları"ilə mübarizə aparmaq üçün lazım olduğunu izah edib. 19.09.2023, Sputnik Azərbaycan
2023-09-19T22:19+0400
2023-09-19T22:19+0400
2023-09-19T22:19+0400
ilon mask
dünya xəbərləri
twitter
benyamin netanyahu
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1f/458193859_0:135:3401:2048_1920x0_80_0_0_ad884e094a337ce265519297695827c7.jpg
BAKI, 19 sentyabr — Sputnik. “X” şirkəti platformadan istifadə edənlərdən hər ay pul almaq niyyətindədir. Bunu amerikalı sahibkar və milyarder İlon Mask deyib. İlon Mask İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündə saxta hesablarla mübarizə aparmağın yeganə yolunun ödəniş sistemindən keçdiyini bildirib. “Biz “X” sistemindən istifadə üçün minimal aylıq ödəniş tətbiqinə keçirik”, - deyə dünyaca tanınmış iş adamı qeyd edib. Amerikalı milyarderin sözlərinə görə, ödəniş az olacaq. Belə bir tədbirin "bot orduları"ilə mübarizə aparmaq üçün lazım olduğunu izah edib. “Twitter” sosial şəbəkəsi 2023-cü ilin iyul ayında loqosunu dəyişərək, mavi quş şəklini ağ-qara “X” loqosu ilə əvəz edib. Sosial şəbəkənin adı “X” olaraq dəyişdirildikdən sonra “Twitter”dəki nəşrlərin “tvitlər” deyil, “X”lər adlandırılacağını deyən Mask sosial şəbəkənin yeni konseptində köhnə ad və loqonun artıq məna kəsb etmədiyini vurğulayıb. O, həmçinin sosial şəbəkənin funksionallığını genişləndirəcəyini, daha doğrusu maliyyəni idarə etmək bacarığını və yeni ünsiyyət üsullarını əlavə edəcəyini vəd edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1f/458193859_670:0:3401:2048_1920x0_80_0_0_d5c5cf0585bfcd2fb34d4f1c8bd5604d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ilon mask, twitter, benyamin netanyahu
ilon mask, twitter, benyamin netanyahu
İlon Mask “X” sosial şəbəkəsindən istifadə üçün aylıq ödəniş tətbiq etmək istəyir
“Tesla” və “SpaceX”in rəhbəri belə bir tədbirin "bot orduları"ilə mübarizə aparmaq üçün lazım olduğunu izah edib.
BAKI, 19 sentyabr — Sputnik. “X” şirkəti platformadan istifadə edənlərdən hər ay pul almaq niyyətindədir.
Bunu amerikalı sahibkar və milyarder İlon Mask deyib.
İlon Mask İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündə saxta hesablarla mübarizə aparmağın yeganə yolunun ödəniş sistemindən keçdiyini bildirib.
“Biz “X” sistemindən istifadə üçün minimal aylıq ödəniş tətbiqinə keçirik”, - deyə dünyaca tanınmış iş adamı qeyd edib.
Amerikalı milyarderin sözlərinə görə, ödəniş az olacaq. Belə bir tədbirin "bot orduları"ilə mübarizə aparmaq üçün lazım olduğunu izah edib.
“Twitter” sosial şəbəkəsi 2023-cü ilin iyul ayında loqosunu dəyişərək, mavi quş şəklini ağ-qara “X” loqosu ilə əvəz edib. Sosial şəbəkənin adı “X” olaraq dəyişdirildikdən sonra “Twitter”dəki nəşrlərin “tvitlər” deyil, “X”lər adlandırılacağını deyən Mask sosial şəbəkənin yeni konseptində köhnə ad və loqonun artıq məna kəsb etmədiyini vurğulayıb. O, həmçinin sosial şəbəkənin funksionallığını genişləndirəcəyini, daha doğrusu maliyyəni idarə etmək bacarığını və yeni ünsiyyət üsullarını əlavə edəcəyini vəd edib.